
Şəmkirdə piyadanın ölümü ilə nəticələnən qəza olub.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Dəllər Cəyir kənd ərazisində qeydə alınıb.
Belə ki, 2008-ci il təvəllüdlü İlkin Hüseynov idarə etdiyi “VAZ” markalı avtomobillə həmkəndlisi, 1964-cü il təvəllüdlü Ramazan Əliyevi vurub.
O, dərhal xəstəxanaya aparılsa da, 62 yaşlı piyadanın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma başlanılıb.
Yunis Quliyev