• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Soyadın, adın, ata adının dəyişdirilməsinin qeydiyyatı üçün də ədliyyə nazirliyində elektron müraciət mümkündür

---

27-03-2023, 16:45

Soyadın, adın, ata adının dəyişdirilməsinin qeydiyyatı üçün də ədliyyə nazirliyində elektron müraciət mümkündür
Çox vaxt cəmiyyətdə elə adlara rast gəlinir ki, bu adları eşitdikdə təəccüblənirik, yaxud da qeyri-iradi gülümsəyirik. Eləcə də ad sahibləri adlarının daşıdığı mənalara görə az xəcalət çəkmirlər. Onların sırasında adlarının mənasından utandıqları üçün sonradan adlarını dəyişənlərə də rast gəlinir. Ailə Məcəlləsinə görə uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. Vətəndaş övladına ad, soyad və ata adının verilməsi üçün ASAN xidmət mərkəzlərinə və ya Ədliyyə Nazirliyi tabeliyində olan qeydiyyat idarələrinə müraciət edə bilər. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda, uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadına uyğun soyad verilir. Valideynlər arasında uşağın soyadına münasibətdə razılıq olmadıqda, yaranan fikir ayrılığı yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən qanunvericiliyə uyğun olaraq həll olunur.
Ad, аtа аdı və sоyаdın dəyişdirilməsi imkаnlаrı qanunvericilikdə nəzərdə tutulub. Bu sаhədəki ictimаi münаsibətlər, hаbеlə аd, аtа аdı və sоyаdın dəyişdirilməsinin prоsеdur qаydаlаrı Mülki Məcəllə, Аilə Məcəlləsi, hаbеlə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 mаy 2011-ci il tаriхli qərаrı ilə təsdiq еdilmiş "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları" ilə tənzimlənir.
Vətəndaşlar övladlarına bir çox hallarda xarici teleseriallardakı adları da qoyurlar. Azərbaycanda xarici serialların və cizgi filmlərinin personajlarının adını övladlarına vermək istəyən ailələr də var. Valideynlər bilməlidir ki, hansısa xarici ölkədə normal səslənən ad Azərbaycan dilində düzgün səslənmir və ya fərqli anlaşılır. Bu adlar kifayət qədər əcaib səslənir. Bu da gələcəkdə həmin uşaqların gülüş hədəfinə çevrilməsinə səbəb ola bilər. Ədliyyə Nazirliyi tərəfindən nəşr olunmuş “Azərbaycan dilinin böyük izahlı onomastik lüğəti” və “Azərbaycan dilində şəxs adlarının izahlı lüğəti” bütün qeydiyyat şöbələrinə və yerli icra hakimiyyəti nümayəndəliklərinə paylanıb. Vətəndaşlar nazirliyin elektron xidmətləri vasitəsilə də adlarla bağlı ətraflı məlumat ala bilərlər.
Son 10 ildə 24 mindən çox şəxs ad, soyad və ata adlarının dəyişdirilməsi üçün müraciət edib.
Uşağa ad valideynlərin razılığı əsasında verilir. Hazırda uşaqlara daha çox dini adlar qoyulur. Azərbaycanda doğulan oğlan və qızlara ən çox Əli, Yusif, Zəhra və Zeynəb adları verilib.
Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Lаkin yеrli icrа hаkimiyyətlərinin qəyyumluq və himаyə оrqаnlаrı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Adın, ata adının və soyadın dəyişdirilməsi məsələsinin düzgün həll olunması üçün qeydiyyat şöbəsi və ya konsulluq ərizə daxil olduğu vaxtdan 7 gün müddətində ərizə verən şəxslə bağlı bəzi məlumatları əldə etmək məqsədilə qeydiyyat orqanına, akt qeydi həmin orqanda olmadıqda isə Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətinə sorğu verir. Həmin akt qeydləri mövcud olduqda adın, ata adının və soyadın dəyişdirilməsi haqqında ərizəyə baxılır.
Ədliyyə Nazirliyinin əsas fəaliyyət istiqamətlərindən biri də аd, аtа аdı və sоyаdın dəyişdirilməsidir. Soyadın, adın və ata adnın dəyişdirilməsi üçün elektron müraciət mümkündür. Bu xidmt vasitəsilə vətəndaşlar soyadın, adın və ata adının dəyişdirilməsi üçün elektron müraciət edə bilərlər. Bunun üçün www.exidmet.justive.gov.az Elektron Hökumət Portalına daxil olub, Əldiyyə Nairliyi tərəfindən təqdim olunan e-xidmətlərin siyahısından soyadın, adın və ata adının dəyişdirilməsi üçün elektron müraciət” xidmətini seçə bilərlər. Soyadın, prоsеdur qаydаlаrı Mülki Məcəllə, Аilə Məcəlləsi, hаbеlə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 mаy 2011-ci il tаriхli 79 nömrəli qərаrı ilə təsdiq еdilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları» ilə tənzimlənir.
Soyadın, adın, ata adının dəyişdirilməsinin qeydiyyatı üçün də ədliyyə nazirliyində elektron müraciət mümkündür. Əhalinin ədliyyə fəaliyyəti barədə mütəmadi məlumatlandırılması, vətəndaşların ədliyyə orqanlarına əlçatanlığının təmin olunması məqsədilə həm kütləvi informasiya vasitələrinin, həm də vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı, eləcə də Ədliyyə Nazirliyinin rəsmi saytlarının və sosial şəbəkələrdəki səhifələrinin imkanlarından geniş istifadə olunması ənənəsi Ədliyyə Nazirliyinin elektron xidmətləri arasında "soyadın, adın və ata adının dəyişdirilməsi üçün elektron müraciət" xidməti mövcuddur. Bunun üçün istifadəçi tərəfindən elektron qaydada ərizə doldurulur.
18 yaşına çatmayanların soyadlarının sonluğuna dəyişiklik onların valideynlərinin və digər qanuni nümayəndələrinin ərizəsi əsasında həyata keçirilir. Hər iki valideynin soyadının sonluğu dəyişdirildikdə 18 yaşına çatmayanların soyadlarının sonluğu da dəyişdirilir. 10 yaşına çatmış uşağın soyadının sonluğu yalnız onun razılığı ilə dəyişdirilə bilər.
Nazirlər Kabinetinin 2011-ci il təsdiqlədiyi qaydalara əsasən, 18 yaşına çatmış hər bir vətəndaş ərizə verib soyadının sonluğuna dəyişiklik edə bilər. Qərara əsasən, Azərbaycan vətəndaşları -ov, -yev, sonluqlu soyadlarını -lı, -li, -lu, -lü; -zadə; -oğlu, -qızı sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər. Nazirlər Kabinetinin 2011-ci il təsdiqlədiyi qaydalara əsasən, 18 yaşına çatmış hər bir vətəndaş ərizə verib soyadının sonluğuna dəyişiklik edə bilər.
Soyadın sonluğuna dəyişiklik edilməsi haqqında ərizə vətəndaşın yaşayış yeri və ya müvafiq aktın olduğu yer üzrə qeydiyyat şöbəsinə və ya konsulluğa verilir. Soyadın sonluğuna dəyişiklik edilməsinə şəxs həm yetkinlik yaşına çatanadək, həm də yetkinlik yaşına çatdıqdan sonra yol verilir. Lakin soyadın sonluğuna yetkinlik yaşına çatdıqdan sonra növbəti dəfə dəyişiklik edilməsinə yol verilmir. Onu da qeyd edək ki, hər iki valideynin soyadının sonluğu dəyişdirildikdə, 18 yaşına çatmayanların soyadlarının sonluğu da dəyişdirilir. Lakin 10 yaşına çatmış uşağın soyadının sonluğu yalnız onun razılığı ilə dəyişdirilə bilər
Ad, аtа аdı və sоyаdın dəyişdirilməsi əvvəlki аdlа əldə оlunmuş hüquq və vəzifələrə хitаm vеrmir və yа bunlаrı dəyişdirmir.
Tələb olunan sənədlərə gəlincə, onların siyahısı da uzun deyil. Bunu elektron qaydada etmək mümkündür. Qərara əsasən, Azərbaycan vətəndaşları -ov, -yev, sonluqlu soyadlarını -lı, -li, -lu, -lü; -zadə; -oğlu, -qızı sonluqlu və ya sonluqsuz ifadə formaları ilə əvəz edə bilərlər. Soyad sonluğuna dəyişiklik edilməsi Milli Məclisin 2 fevral 1993-cü il tarixdə qəbul etdiyi 495-ci qərsrına uyğun olaraq həyata keçirilir.
Həmin qərara görə, Azərbaycan Respublikası vətəndaşları mövcud soyadının kökünə -lı, -li, -lu, -lü, -zadə, -oğlu, -qızı soyad sonluğu artırmaqla və ya heç bir sonluq artırmadan (Məsələn: Əliyev soyadında "yev" sonluğu atılır və Əli soyadı qalır) soyad seçə bilərlər.
Soyad sonluqlarının dəyişdirilməsinin məcburi olub-olmamasına münasibət bildirən nazirlik rəsmisi qeyd edib ki, soyad sonluqlarının dəyişdirilməsində heç bir məcburiyyət yoxdur.
Bu prosedur könüllüdür və hər bir vətəndaşın soyadının sonluğuna dəyişiklik edilməsinə həm yetkinlik yaşına çatanadək, həm də yetkinlik yaşına çatdıqdan sonra bir dəfə yol verilir. Yetkinlik yaşına çatdıqdan sonra soyadın sonluğuna növbəti dəfə dəyişiklik edilməsinə yol verilmir.
Xidmət rəhbəri uşaqlara verilən adlarla bağlı məsələyə aydınlıq gətirərək qeyd edib ki, qaydalara görə uşaqlara onların mənafeyinə xələl gətirən, habelə onun cinsinə uyğun gəlməyən və gülünc adın verilməsinə yol verilmir.
Hər iki valideynin soyadının sonluğu dəyişdirildikdə, 18 yaşına çatmayanların soyadlarının sonluğu da dəyişdirilir. 10 yaşına çatmış uşağın soyadının sonluğu yalnız onun razılığı ilə dəyişdirilir.
Soyadın sonluğuna dəyişiklik edilməsi ilə əlaqədar müvafiq akt qeydlərində bu barədə qeyd edilir və yeni şəhadətnamələr verilir.
Valideynlər övladlarına əcnəbi, mənasını bilmədikləri, səsləndirməkdə çətinlik çəkdikləri adları verməmələri mütəmadi tövsiyə olunur. Bununla da cəmiyyətə və övladının gələcəyinə təsir etmiş ola bilərlər. Övladın gələcəyi, cəmiyyətdə qarşılanacağı ona verilən adlardan asılıdır. Qeydiyyat şöbələrinin ən vacib vəzifələrindən biri bununla bağlı maarifləndirmə işi aparmaqdır.

Rəna Axundova
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Suraxanı rayon qeydiyyat şöbəsinin rəisi

Oxunub: 273
Paylaş:
Digər xəbərlər
ULUSƏS TV
Son xəbərlər
  • Dünən, 20:02
    “Endirimli Pensiyaçı Günləri” kampaniyası başlayır
  • Dünən, 18:53
    Azərbaycan beynəlxalq müstəvidə etibarlı tərəfdaş kimi qəbul edilir
  • Dünən, 14:01
    "Sen Bizim Kahramanımızsın" – "Biz bir millet, iki devletiz" ruhunun yaşayan bir temsilcisi
  • Dünən, 12:48
    Məmmədov Taleh: 14 İyul – Müasir Azərbaycanın uğur yolunun başlanğıc tarixi
  • Dünən, 12:31
    Millimizin qapıçısı “İmişli”də
  • Dünən, 12:28
    “Arsenal”ın vingeri “Beşiktaş” üçün İstanbula gəlir
  • Dünən, 12:23
    “Azərbaycandan qayıdandan sonra işlərim daha yaxşı gedib”
  • Dünən, 12:18
    Jurnalist vəsiqəsinə görə ödəniş ləğv edilir
  • Dünən, 12:14
    Media və Yayım Şurası yaradılır
  • Dünən, 12:10
    İlham Əliyev Makronu təbrik etdi
  • Dünən, 12:06
    Mənzil qalmaqalına görə istefa veribmiş
  • Dünən, 12:03
    Liderlər mətbuata bəyanatlarla çıxış edirlər
  • Dünən, 11:58
    “Siyasi təmaslarımız müntəzəm xarakter alır”
  • Dünən, 11:54
    “Expressbank” Xankəndi şəhərinə mediatur təşkil edib
  • Dünən, 11:48
    Şəhid Baş Leytenant Harun Alqayev – Əbədiyaşarlıq Zirvəsinə Ucalan Qəhrəman
  • Dünən, 10:31
    Şuşadan Azərbaycanın yeni geosiyasi mesajları verildi
  • 13-07-2026, 17:04
    LOR cərrahı Rəşad Məmmədov yayılan iddialara münasibət bildirdi: “Rəsmi ekspertiza əməliyyatın düzgün icra olunduğunu təsdiqləyib” - AÇIQLAMA
  • 13-07-2026, 16:10
    “Qəhrəman xanımı olmaq həm fəxarətdir, həm də böyük məsuliyyət…”
  • 13-07-2026, 11:34
    “Biz sərhədlərimizin bərqərar edilməsini istəyirik”
  • 13-07-2026, 11:30
    Smartfonlar tək gözləri deyil, bütün bədəni zədələyir
  • 13-07-2026, 11:27
    Hər 5 nəfərdən biri xərçəngə tutulacaq - ÜST-dən xəbərdarlıq
  • 13-07-2026, 11:20
    “Zəngəzur dəhlizi vacib layihədir”
  • 13-07-2026, 10:55
    “Borrelin dövründə aramızdakı münasibətlər tam uçuruma getmişdir”
  • 13-07-2026, 10:51
    Tramp niyə Türkiyədən başqa təyyarə ilə qayıtdı? - Sui-qəsd planı iddiası
  • 13-07-2026, 10:44
    “İslam ölkələri arasında həmrəyliyin tərəfdarı olmuşuq”
  • 13-07-2026, 10:37
    “Azərbaycan artıq ortasəviyyəli gücə çevrilir”
  • 13-07-2026, 10:33
    “Aqrar sahə neft-qazdan sonra iqtisadiyyatımızın əsas dayağı olmalıdır”
  • 13-07-2026, 10:28
    Sənəd qəbulu başladı - Tələbələrin diqqətinə
  • 12-07-2026, 11:39
    Qətərin keçmiş əmiri vəfat etdi
  • 12-07-2026, 11:31
    DÇ tarixində ilkə imza atdı
  • 12-07-2026, 11:28
    İran ABŞ bazalarını atəşə tutdu
  • 12-07-2026, 11:24
    “ABŞ ya vədlərinə əməl etməli, ya da bədəlini ödəməlidir”
  • 12-07-2026, 11:21
    Faktiki hava açıqlandı
  • 12-07-2026, 11:18
    Bu gün imtahan var
  • 12-07-2026, 11:15
    Hacıqabulda sərnişin avtobusu aşdı - Yenilənib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə