• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Pərvaz Kişiyevin fəaliyyəti ilə bağlı suallar açıq qalır – redaksiyamız araşdırmanı davam etdirir

gundem / manset / Səhiyyə

20-07-2026, 13:57

Pərvaz Kişiyevin fəaliyyəti ilə bağlı suallar açıq qalır – redaksiyamız araşdırmanı davam etdirir
Redaksiyamıza daxil olmuş məlumata əsasən, həkim-anestezioloq Pərvaz Kişiyevin hazırda "VIP Milan Hospital" tibb müəssisəsində LOR (otorinolarinqoloq) həkimi kimi fəaliyyət göstərdiyi bildirilir. Həmçinin əldə etdiyimiz məlumata görə, o, əvvəllər "Vimay" klinikasında anestezioloq vəzifəsində çalışıb.
Məlumatın ictimai maraq kəsb etdiyini nəzərə alaraq, Azərbaycan Respublikasının "Media haqqında" Qanununa və jurnalist etikasına uyğun şəkildə Pərvaz Kişiyevə və onun köməkçisinə "WhatsApp" vasitəsilə mətbuat sorğusu ünvanladıq.
Sorğumuzda aşağıdakı məsələlərə aydınlıq gətirilməsini xahiş etmişdik:
• Pərvaz Kişiyev hazırda "VIP Milan Hospital"da hansı vəzifədə çalışır?
• Onun LOR həkimi kimi fəaliyyət göstərməsi ilə bağlı hansı ixtisas və sertifikasiya sənədləri mövcuddur?
• Sertifikasiya imtahanını hansı ixtisas üzrə verib?
• Xəstəxanada LOR həkimi kimi pasiyent qəbul edib-etmədiyi barədə rəsmi mövqe nədir?
Sorğumuza cavab olaraq aşağıdakı məzmunda cavab təqdim edildi:
"Salam. Sorğunuz tərəfimizdən qeydə alınmışdır. Bildirmək istəyirik ki, xəstəxanamız həkimlərimiz və pasiyentlərimizlə bağlı hər hansı məlumatı yalnız qanunvericiliyin tələblərinə uyğun olaraq, səlahiyyətli hüquq-mühafizə orqanlarının rəsmi sorğusu əsasında təqdim edir. Qeyd edək ki, müraciətiniz və əlaqə nömrəniz artıq hüquq-mühafizə orqanlarına təqdim edilmişdir. Bundan sonrakı bütün məsələlər qanunvericiliyin tələblərinə uyğun qaydada araşdırılacaqdır. Təşəkkür edirik."
Bu cavabda redaksiyamızın ünvanladığı konkret suallara birbaşa cavab verilməyib. Xüsusilə, Pərvaz Kişiyevin hazırda hansı ixtisas üzrə fəaliyyət göstərməsi, sertifikasiya sənədinin hansı ixtisasa aid olması və LOR həkimi kimi fəaliyyəti barədə sorğuda qaldırılan məsələlər cavablandırılmayıb.
Media nümayəndələrinin vəzifəsi ictimai maraq doğuran məsələləri araşdırmaq və bütün tərəflərin mövqeyini işıqlandırmaqdır. Tibb sahəsi isə birbaşa insan sağlamlığı ilə bağlı olduğundan, həkimlərin ixtisası, sertifikasiyası və fəaliyyət istiqaməti barədə ictimaiyyətin suallar verməsi təbii qarşılanmalıdır. Bu cür suallara aydın və konkret cavabların verilməsi həm şəffaflığın, həm də ictimai etimadın güclənməsinə xidmət edir.
Redaksiyamız hər hansı nəticəyə gəlmək niyyətində deyil və yalnız faktların aydınlaşdırılmasını qarşıya məqsəd qoyur. Hazırda açıq qalan əsas suallar bunlardır:
• Pərvaz Kişiyev hazırda "VIP Milan Hospital"da rəsmi olaraq hansı ixtisas üzrə fəaliyyət göstərir?
• Onun qüvvədə olan sertifikasiya şəhadətnaməsi hansı ixtisasa aiddir?
• Əgər LOR həkimi kimi fəaliyyət göstərirsə, bunun hüquqi və peşəkar əsasları nədən ibarətdir?
Qeyd edək ki, redaksiyamız bu suallara cavab almaq üçün aidiyyəti dövlət qurumlarına da müraciət etməyi planlaşdırır. Məqsəd hər hansı şəxs və ya tibb müəssisəsi barədə ittiham irəli sürmək deyil, ictimai maraq doğuran məsələlərin rəsmi məlumatlar əsasında araşdırılmasıdır.
Onu da xatırladaq ki, redaksiyamıza daxil olmuş məlumata görə, Pərvaz Kişiyev əvvəllər "Vimay" klinikasında anestezioloq kimi çalışıb. Hazırda isə onun "VIP Milan Hospital"da LOR həkimi kimi fəaliyyət göstərdiyi bildirilir. Bu məlumatların dəqiqləşdirilməsi məqsədilə araşdırmamız davam edir.
Hal-hazırda "VIP Milan Hospital"ın rəhbəri Xuraman Muradovadır.
Redaksiyamız qarşı tərəfin mövqeyini dərc etməyə hazırdır. Mövzu ilə bağlı yeni rəsmi məlumatlar və ya izahat daxil olacağı təqdirdə, onlar olduğu kimi oxucularımıza təqdim ediləcək.

Oxunub: 0
Paylaş:
Digər xəbərlər

gundem / manset / Səhiyyə

13-07-2026, 17:04

LOR cərrahı Rəşad Məmmədov yayılan iddialara münasibət bildirdi: “Rəsmi ekspertiza əməliyyatın düzgün icra olunduğunu təsdiqləyib” - AÇIQLAMA

gundem / sosial

27-05-2025, 20:07

"Tuana" Estetik Mərkəzində fəaliyyət göstərən Esmira İbrahimli barəsində ciddi araşdırmalar başlanıb – iddialar nə qədər doğrudur?

gundem / manset / Səhiyyə

10-01-2026, 09:59

Bakıda yerləşən “İstanbul” klinikasında ixtisasca ümumi cərrah olan Fuad Abdullayev sertifikatı olmadığı halda plastik və estetik əməliyyatlar həyata keçirir.

gundem / ust / manset

13-06-2025, 20:38

Bakıda tanınmış həkim narkotacir kimi saxlanıldı - Rəsmi

gundem / Səhiyyə / manset

16-02-2026, 20:27

Paytaxtda müəmmalı ölüm: "Medi Hall" tibb müəssisəsində nə baş verir? - VİDEO

ULUSƏS TV
Son xəbərlər
  • Dünən, 19:23
    İSTİQLAL MEYDANLARINDAN MƏTBUAT SƏHİFƏLƏRİNƏ: SÖZÜN VƏ İMZANIN SANBALI
  • Dünən, 15:41
    Qabiliyyət imtahanında inşanı kompüterdə yazacaqlar - Abituriyentlərin nəzərinə!
  • Dünən, 15:37
    Taxıl sahələrinin 86 faizində biçin yekunlaşıb
  • Dünən, 15:32
    İlham Əliyev Mertslə təkbətək görüşdü
  • Dünən, 15:27
    Berlində Tehran izi - “Mühacirlər”in aksiyasını kim maliyyələşdirir?
  • Dünən, 15:16
    FETÖ dəfələrlə sui-qəsd təşkil etməyə çalışıb
  • Dünən, 15:12
    “Turan Tovuz” “Monpelye”nin yetirməsini transfer etdi
  • Dünən, 15:08
    Cəlilabadda “Toyota” aşdı - Yaralılar var
  • Dünən, 13:52
    Azərbaycan milli mətbuatı: şərəfli inkişaf salnaməsi
  • Dünən, 13:49
    “Azercell”in kibertəhlükəsizlik sahəsində potensialı beynəlxalq səviyyədə tanındı
  • Dünən, 13:06
    GİKM TƏRƏFİNDƏN REGİONLARDA SÜNİ İNTELLEKT MÖVZUSUNDA MAARİFLƏNDİRİCİ SESSİYALAR KEÇİRİLİB
  • 20-07-2026, 17:26
    Green Villa Baku (Greenville Residence) – müasir yaşayış konsepsiyasını təbiətlə birləşdirən nümunəvi layihə
  • 20-07-2026, 13:57
    Pərvaz Kişiyevin fəaliyyəti ilə bağlı suallar açıq qalır – redaksiyamız araşdırmanı davam etdirir
  • 20-07-2026, 12:18
    “Bank Avrasiya” yay kampaniyasına start verdi
  • 20-07-2026, 12:12
    Həyətindəki ağacı kəsən şəxs cərimə oluna bilər?
  • 20-07-2026, 12:06
    Rəqəmsal Biliklər Liseyinə şagird qəbulu davam edir
  • 20-07-2026, 11:59
    Bakı və Astara sakinlərinin nəzərinə!
  • 20-07-2026, 11:51
    Daha bir gəmi hücuma məruz qaldı - Azərbaycanlılar xilas edildi
  • 20-07-2026, 11:46
    Bu ərazilərdə leysan var
  • 20-07-2026, 11:42
    Vens 4-cü dəfə ata oldu
  • 20-07-2026, 11:20
    “Digər ölkələr də maliyyə dəstəyi göstərməlidir”
  • 20-07-2026, 11:16
    Klublarımız Avrokuboklarda rəqiblərini tanıyacaq
  • 20-07-2026, 11:13
    İrana qarşı növbəti hava zərbələri başa çatdı
  • 19-07-2026, 11:29
    Şəhid övladları Fransada
  • 19-07-2026, 11:21
    Çiyələk infarkt riskini azaldır
  • 19-07-2026, 11:17
    46 yaşlı qadın qızdırmadan öldü
  • 19-07-2026, 11:14
    Vurulan gəminin kapitanı dəfn edildi
  • 19-07-2026, 11:10
    Mərhum şahmatçı Vüqar Həşimovun qardaşına yüksək vəzifə verildi
  • 19-07-2026, 10:54
    “SONSUZ İNTELLEKTİN TƏZAHÜRLƏRİ” kitabından ixtisarla
  • 19-07-2026, 10:45
    Ağstafaya sel gəldi
  • 19-07-2026, 10:38
    Ölən hərbçimizlə bağlı yayılan paraşüt görüntüləri yalandır
  • 19-07-2026, 10:27
    Həmin uşaqların anası polisə çağırıldı - Yenilənib
  • 18-07-2026, 18:37
    Yay Fest 2026-nın ilk düşərgəsi – “Rəqəmsal Dövlət” uğurla başa çatıb
  • 18-07-2026, 12:48
    Bakıda xəstəxanaların həyətindən - Xoşagəlməz görüntülər
  • 18-07-2026, 12:13
    Maştağada 52 yaşlı kişinin meyiti tapıldı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə