Türkiyənin paytaxtı Ankarada dövlətin təhlükəsizliyi və ya daxili və xarici siyasi faydaları baxımından gizli qalması zəruri olan məlumatları əldə edərək yayanlar saxlanılıb.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, həmin şəxslər 2 istefada olan polkovnik, 1 zabit və 1 mülki şəxsdir.
Ankara Cümhuriyyət Baş Prokurorluğu onların nəzarətə götürülməsi ilə bağlı qərar verib: “Bu barədə məlumat Terror Cinayətləri İstintaq İdarəsi tərəfindən aparılan istintaq çərçivəsində həyata keçirilən izləmə ilə əldə olunub”.
Açıqlamada bildirilib ki, şübhəlilər yaxalanıb, istintaq hərəkətləri Ankara Baş Polis İdarəsində davam etdirilir.