İranın Nətənz Atom Elektrik Stansiyasının (AES) elektrik şəbəkəsində qəza baş veirb.
Ulusestv.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə İran Atom Enerji Təşkilatının sözçüsü Behruz Kəmalvəndi bildirib.
Onun sözlərinə görə, hadisə nəticəsində çirklənmə və xəsarət alan olmayıb.
“Hadisənin səbəbləri araşdırılır, daha sonra ətraflı məlumat veriləcək”, - İranın “Fars” agentliyi Kəmalvəndinin sözlərini sitat gətirir.