Pakistanda içərisində hərbçilərin olduğu avtomobil minaya düşüb.
Ulusestv.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “Dawn” qəzeti yazır. Məlumata əsasən, Bəlucistan əyalətində baş vermiş partlayış nəticəsində azı 3 hərbçi həlak olub, daha 3-ü isə yaralanıb. Həlak olanlardan biri Pakistan ordusunun mayoru, digər ikisi isə əsgər olub.
Bildirilir ki, partlayış terrorçuların ələ keçirdiyi əsirlərin azad olunması üçün həyata keçirilən əməliyyat zamanı qeydə alınıb.