Dünyanın ən böyük suveren fondu olan Norveç Suveren Fondu yeni texnologiyalar sektorunda investisiyalarının dəyərinin artması nəticəsində keçən il 1,58 trilyon Norveç kronu (176,8 milyard dollar) sərmayə gəliri əldə edib.
Bu barədə fondun hesabatında məlumat verilib.
Qurumun açıqlamasına görə, fondun 2021-ci ildəki investisiya gəliri onun ümumi vəsaitlərinin 14,5 faizi miqdarında olub.
Bu rəqəm fondun tarixində ikinci ən böyük illik gəlir kimi qeydə alınıb.
Bu sahədə rekord isə 2019-cu ildə əldə edilib və 1,69 trilyon Norveç kronu səviyəsində olub.
Mənbə:Oxu.Az