Böyük Britaniyanın Baş naziri Boris Conson İngiltərənin fevralın 24-dən etibarən COVID xəstələri üçün məcburi özünütəcrid tələbini aradan qaldıracağını açıqlayıb.
“Bu günün strategiyası İngiltərədəki həyatımızın necə olacağı ilə bağlıdır. Birincisi, ölkə daxilində qalan bütün məhdudiyyətləri qaldıracağıq. Bu cümə axşamı, fevralın 24-dən etibarən müsbət COVID testindən sonra özünütəcrid tələbini ləğv edəcəyik”, -deyə Conson parlamentdə çıxış edərkən bildirib.
Qeyd edək ki, yanvarın sonunda İngiltərə qapalı obyektlərə daxil olmaq üçün COVID-sertifikatlarından istifadə, məsafədən iş tələbini, eləcə də maska rejimini ləğv edib.
Mənbə:Oxu.Az