Avstraliyanın Brisben şəhərində yerli sakin keçmiş sevgilisinin evində baş verən yanğında ölüb.
Mərhum yanğını özü törədib və kişini öldürmək niyyətində olub.
Kvinslend polisi ölən şəxsin 31 yaşlı Sara Madc olduğunu bildirib. Onun keçmiş sevgilisi Stenli Obinin vəziyyəti isə ağırdır.
Həmçinin, yanğın zamanı evdə olan və qaçmağı bacaran üç azyaşlı uşaq xəstəxanaya aparılıb.
Müəyyən edilib ki, Madc martın 10-da gizlicə Obinin evinə girib və yatmış kişiyə tez alışan maddə atıb. Nəticədə Obinin bədəninin 90%-i yanıb, həkimlər onun həyatı üçün mübarizə aparırlar.
Mənbə:Oxu.Az