ABŞ Ukraynadan qaçqın axını ilə bağlı Moldovaya kömək etmək üçün bu ölkəyə 50 milyon dollar vəsait ayıracaq. Bu barədə ABŞ-ın BMT-dəki daimi nümayəndəliyinin mətbuat xidməti Linda Tomas-Qrinfild məlumat verib.
O qeyd edib ki, ayrılan vəsait həmçinin sərhədçilərin hazırlanmasına, insan alveri və korrupsiya ilə mübarizəyə yönəldiləcək.
Mənbə: Oxu.Az