Rusiyada digər kosmik cihazları sıradan çıxarmağa qadir “qatil peyklər”in yaradılması proqramı mövcuddur.
Bu barədə “National Interest” məlumat yayıb.
Nəşr xatırladır ki, ötən ilin avqustunda ABŞ Dövlət katibinin köməkçisi İlem Poblet Cenevrədə keçirilən silahsızlaşdırma məsələlərinə həsr olunan konfransda Rusiyanı belə peyklərin kosmosa buraxılmasında ittiham etmişdi.
Eyni zamanda Moskva iddia edir ki, bu peyklər nəzarət funksiyalarını həyata keçirir və digər peyklərin problemlərinin müəyyənləşdirilməsi üçün istifadə olunur.