Asiyada daha bir ingilisdilli ölkə olacaq. Tayvan 2019-cu ildən ingilis dilini rəsmən qəbul edəcək. Bununla bağlı Tayvanın baş naziri Uilyam Lay məlumat verib.
ulusestv.az bununla bağlı “Hong Kong FP” nəşrinə istinadla məlumat yayıb.
Onun sözlərinə görə, yeni qanun tayvanlılar arasında ingilis dilinə yiyələnmə səviyyəsini artıracaq və onlara ölkə sərhədlərindən kənarda iş tapmaqda yardımçı olacaq. Proqrama əsasən, ölkədə ikidilli məktəblər yaradılacaq.
Lay deyib ki, bu təşəbbüs Tayvanı çoxdilli ölkə edəcək. Nəşrin məlumatına görə, adada çin, tayvan dillərində və hakka dialektində də danışılır.
2017-ci ildə Tayvanda yerli dillərin inkişafı ilə bağlı qanun qəbul edilib.
Tayvan faktiki olaraq, ayrı respublikadır, hüquqi olaraq isə Çin Xalq Respublikasının vilayətidir.