Tanzaniyada sərnişin bərəsinin qəzaya uğraması nəticəsində ən azı 44 nəfər ölüb.
ulusestv.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Viktoriya gölündə baş verib.
Bildirilir ki, xilasetmə əməliyyatı nəticəsində 37 nəfəri sudan çıxarmaq mümkün olub.
Tanzaniya hökuməti suda boğulanların sayının 200-ə çatacağını istisna etmir.