Ermənistan parlamentinin seçki məcəlləsinə dəyişiklikləri təsdiqləməkdən imtina etməsi sabotajdır.
Bunu Ermənistan baş nazirinin səlahiyyətlətini icra edən Nikol Paşinyan deyib.
O, parlament çoxluğunu və onların tərəfdarlarını sabotaj siyasətini davam etdirməkdə günahlandırıb.
“Lakin bu o demək deyil ki, parlament seçkiləri dekabrda keçirilməyəcək”, - deyə o vurğulayıb.
Qeyd edək ki, Ermənistanda seçki qanunvericiliyinə dəyişikliklərin edilməsi üçün 63 səs tələb olunurdu.