Ermənistanda növbədənkənar parlament seçkiləri 2019-cu ilin may və ya iyun ayında keçiriləcək.
ulusestv.az Ermənistan mətbuatına istinadla xəbər verir ki, bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
“Maksimum növbəti ilin may ayında və ya iyunun ilk ongünlüyündə Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilməlidir”, - Paşinyan “Facebook”da canlı yayım zamanı bildirib.
O qeyd edib ki, seçkilər nəticəsində parlamentin baş nazirin istefası olmadan buraxılması üçün konstitusiyanın dəyişdirilməsi ətrafında işlər davam edir.