Rusiya Futbol İttifaqının İcraiyyə Komitəsinin üzvü İqor Lebedev qurumun prezidenti vəzifəsinə namizədliyini irəli sürə biləcəyini bəyan edib.
ulusestv.az TASS-a istinadən xəbər verir ki, İ. Lebedev hazırda məsələ ilə bağlı müzakirələrin aparıldığını bildirib.
Qeyd edək ki, 46 yaşlı İ. Lebedev Rusiya Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin oğludur. İ. Lebedev 1999-cu ildən Dövlət Dumasının deputatıdır.
Xatırladaq ki, Rusiya Futbol İttifaqının prezidenti Vitali Mutko dekabrın 19-da səlahiyyətlərinin icrasını dayandırıb.