Türkiyənin Diyarbəkir şəhərində Roma dövrünə aid 180 bürünc sikkə ələ keçirilib.
ulusestv.az AZƏRTAC-a istinadən xəbər verir ki, bölgənin Jandarma Komandanlığının Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları bir vətəndaşı sikkələri satmaq istəyərkən yaxalayıb. Tarixi əsərlər vətəndaşdan müsadirə edilib.