• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Şəhidimizin xanımı: “Xocalıdan gələnləri gördü, dedi, mən döyüşə getməliyəm”

gundem / manset

7-05-2024, 12:46

Şəhidimizin xanımı: “Xocalıdan gələnləri gördü, dedi, mən döyüşə getməliyəm”
32 ildən sonra şəxsiyyəti müəyyənləşən itkin düşmüş şəhidlərimizindən biri də Cəlal Rüstəmovdur. Onun nəşi Tərtər rayonunun Şəhidlər xiyabanında dəfn edilib və bu yaxınlarda şəxsiyyəti müəyyənləşən 73 nəfərdən biridir.

Cəlal Əbdülhəkim oğlu Rüstəmov 1965-ci ilin 9 aprel tarixində İsmayıllı rayonunun Mican kəndində anadan olub. Xocalı soyqırımından sonra Azərbaycanda və ölkədən kənarda yaşayan yüzlərlə azərbaycanlı könüllü döyüşmək üçün ordu sıralarına yazılıb. Xocalıda baş verən dəhşətlərdən təsirlənən Cəlal Rüstəmov da Rusiyadakı əmək fəaliyyətinə son verərək Azərbaycana qayıdıb. O, artıq mart ayında könüllü batalyonların tərkibində döyüşürdü.

Cəlal Rüstəmov Ağdərə döyüşünün fəal iştirakçılarından biri olmuş Azərbaycanın Milli Qəhrəmanı Şikar Şikarovun batalyonunda döyüşüb. 1992-ci ilin 14 sentyabr tarixində kəşfiyyat əməliyyatında olan zaman Cəlal Rüstəmov Ağdərə rayonunun ərazisində itkin düşüb. Həmin tarixdən etibarən taleyi naməlum olaraq qalıb.

Cəlal Rüstəmovun həyat yoldaşı Tahirə Rüstəmova şəhidimizin taleyi ilə bağlı Modern.az-a danışıb.

“Cəlal Bakıda texnikomu bitirib. Bizim fikrimiz var idi ki, Bakıdan ev alaq. Sonra elə oldu ki, o, Tümendə işləməyə getdi. Bizi görməyə gəlirdi. Sonuncu gəlişi Xocalı hadisəsinə təsadüf etdi. Xocalıdan xəstəxanalara gələn yaralıları gördü, dedi ki, mən döyüşə getməliyəm. O, fikrinə qoyduğunu mütləq etməli idi. Çox vətənpərvər insan idi. Cəlal 1990-ci ildə Tümendə işləyirdi. 1990-cı ildə 20 Yanvar hadisələri zamanı o Bakıda deyildi. Dedi, o vaxt Bakıda olsaydım, 20 Yanvar şəhidlərdən biri də mən olacaqdım. 1992-ci ildə müharibəyə könüllü yazıldı. O vaxt oğlumuzun iki yaşı var idi. Nə qədər getmə desəm də, dedi, mümkün deyil, getməliyəm. Sonuncu dəfə avqust ayında gəldi. Oğlunun ad gününü keçirdi, qızına ad qoydu”.

Tahirə xanım deyir ki, həyat yoldaşı ilə sonuncu dəfə sentyabrın 12-də danışıb.

“Hazırlaşırdı gəlməyə, ancaq elə oldu ki, itkin düşməsi barədə xəbər aldıq. Bizdən sənədlərini istəmişdi, dedi ki, məni Türkiyəyə hərbi məktəbə göndərmək istəyirlər. Onunla hər gün telefon əlaqəsi saxlayırdıq. Goranboyda, Tərtərdə olanda zəng edib danışırdıq.

Sentyabrın 14-ü zəng etdi. Dedi ki, gələcəyəm. Sonra hər gün onun zəngini gözləyirdik. Ailəsinə çox bağlı idi. Uşaqları çox sevirdi. Sentyabrın 22-sində televiziyada Cəlalı gördük. 3 dəqiqə çıxış etdi. Ancaq mən gördüm ki, sentyabrın 22-si yox, sentyabr 15-i yazılıb. O tarixi görəndə lap narahat oldum. Sonra qohumları və qardaşı gedib oradan çantasını gətirdilər. İçində onun əsgər paltarı, papağı, saatı var idi. İndi yayılan videolarını 1992-ci ildə mənə Şəmistan Əlizamanlı vermişdi. Şəmistan Əlizamalı məni çox hörmətlə qarşıladı. Dedi, Cəlalı tanıyırıq, çox igid oğlan idi. Onun itkin olduğu xəbərini aldıq. Ancaq ümidim var idi. Həm də bilirdim ki, sağdırsa, mütləq harada olsa, gələrdi. Mən bilirdim ki, o əsirlikdə qalmazdı. Bacarıqlı idi. Amma yenə də sevinirdim ki, meyitini görməmişəm. Görsəydim, intihar edərdim. Bəlkə də uşaqlarıma görə Allah belə etdi ki , onun meyitini görmədim. Onun yoxluğu heç vaxt yaddan çıxmır. Çünki çox ağır günlərimiz keçdi. Biz iki ildən sonra Bakıya gəldik. Əvvəldən də fikrimiz rayonda yaşamaq deyildi. Bakıda ev alacaqdıq. Xocalı hadisəsinə görə bütün planlarımız dəyişdi”.

32 il sonra şəxsiyyəti müəyyənləşən Cəlal Rüstəmovun həyat yoldaşı onun nəşinin nə vaxt və harada dəfn ediləcəyi barədə müzakirələrin aparıldığını bildirib:

“Mənim istəyim budur ki, Bakıda Şəhidlər xiyabanında dəfn olunsun”.

Oxunub: 93
Paylaş:
Digər xəbərlər

gundem / manset

26-04-2024, 11:30

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

gundem / manset

7-05-2024, 12:38

Birinci Qarabağ müharibəsi şəhidi ilə vida mərasimi keçirilir

ULUSƏS TV
Son xəbərlər
  • Dünən, 10:20
    FHN ötən həftə 41 nəfəri xilas edib - 8-i azyaşlıdır
  • Dünən, 10:16
    Bu 12 yolda tıxac var - Siyahı
  • Dünən, 10:12
    Bakı metrosunda problem - Stansiyalarda izdiham yaranıb - Yenilənib
  • Dünən, 10:05
    “Biz bu ehtiyatları çox sürətlə bərpa edirik”
  • Dünən, 10:02
    Gəncədə iki nəfər bıçaqlandı
  • Dünən, 09:58
    Bərdədə 2 yaşlı uşaq hovuza düşüb öldü
  • Dünən, 09:54
    Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq
  • Dünən, 09:50
    Zelenskidən Rusiyaya - Yeni sanksiya zərbəsi
  • Dünən, 09:46
    Gəncədə gəlin maşını işıq dirəyinə çırpıldı
  • Dünən, 09:43
    “Qarabağ” qələbə qazana bilmədi
  • 13-09-2026, 11:53
    “Miqrantları silah gücü ilə deportasiya edəcəyik” - Almaniyada qalmaqal
  • 13-09-2026, 11:49
    Kralın dəfnindən iki gün sonra bacısı vəfat etdi
  • 13-09-2026, 11:44
    Bakıda bu yollar bağlıdır - Sürücülərin nəzərinə!
  • 13-09-2026, 11:40
    “Qarabağ” “Zirə”yə qarşı
  • 13-09-2026, 11:35
    Kaşif Kozinoğlunun ölümü ilə bağlı üç nəfər həbs edildi
  • 13-09-2026, 11:28
    İndoneziyada 243 nəfəri daşıyan gəmi yoxa çıxdı
  • 13-09-2026, 11:25
    8 Noyabr prospektində təmir aparılacaq
  • 13-09-2026, 11:20
    “Sumqayıt”-“Şamaxı” matçında heç-heçə, “Kəpəz”dən qələbə
  • 13-09-2026, 11:16
    İran və Oman Hörmüzdə kritik razılığa gəldi - Açıqlanacaq
  • 13-09-2026, 11:12
    Qusarda kəsici alətlə ictimai qaydaları pozan şəxs saxlanıldı
  • 12-09-2026, 12:14
    Pakistan Ermənistana ilk səfirini təyin etdi
  • 12-09-2026, 11:37
    Sağlam qalmağın yolları açıqlandı
  • 12-09-2026, 11:15
    Ötmə qaydasını pozdu, sərnişin öldü - BDYPİ-dən xəbərdarlıq
  • 12-09-2026, 11:08
    FHN təlim keçirdi
  • 12-09-2026, 11:03
    Qəbulda yüksək nəticə göstərən gənclərlə Binəqədidə görüş keçirildi
  • 12-09-2026, 10:51
    “Bu, Rusiya ilə müharibə deməkdir”
  • 12-09-2026, 10:45
    Qarabağa səfərin ilk günündən bu görüntüləri paylaşdı
  • 12-09-2026, 10:37
    Nazirdən daha bir təyinat
  • 12-09-2026, 10:31
    Prezidentdən Fərid Şəfiyevlə bağlı - Sərəncam
  • 11-09-2026, 20:14
    Türkiyə Uluslararası Elmlər Akademiyasının fəxri professoru, hüquq elmləri üzrə fəlsəfə doktoru və tanınmış şair Raqif Nazimoğlunun təqdimatında
  • 11-09-2026, 11:03
    Fatma Yıldırım:Bakı İqlim Həftəsi Azərbaycanın qlobal iqlim gündəliyində fəal rolunun davamıdır
  • 11-09-2026, 10:06
    Bəzi yollarda tıxac var
  • 11-09-2026, 09:59
    “Demokratlar hakimiyyətə gəlsə, hər şeyi məhv edəcəklər” - Tramp
  • 11-09-2026, 09:55
    Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq
  • 11-09-2026, 09:51
    Merkuri 10 kilometrdən çox kiçilib
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə