İspaniya parlamenti ikinci cəhddən Pedro Sançesi hökümət başçısı postuna təsdiqləyib. ulusestv.az “Qafqazinfo”ya istinadən məlumatına görə, bu barədə “RİA Novosti” xəbər verib.
Sançes cəmi iki səs fərqi ilə Baş Nazir seçilib. Belə ki, 167 deputat onun lehinə, 165-i əleyhinə səs verib, 18-i isə səsvermə hüququndan istifadə etməyib.
Xatırladaq ki, səsvermənin birinci turu bazar günü keçirilmişdi. Onda Sançes yetərincə səs toplaya bilməmişdi.