“İran koronavirus epidemiyasının pik həddini aşıb”.
ulusestv.az “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, bu barədə İran Prezidenti Həsən Ruhani bildirib.
“Saylara görə, virusun pik həddini aşdıq, amma yenə də insanlara evdə qalmağı təklif edirəm və təcili vəziyyətdə bütün tibbi protokolları izləyin”, - deyə Ruhani koronavirusla mübarizədə operativ qərargahın iclasında çıxışı zamanı bildirib.
O, say deyərkən söhbətin virusa yoluxan, sağalan, yaxud da ölənlərdən gedib-getmədiyini açıqlamayıb.
Ruhaninin sözlərinə görə, 17 martdan etibarən Daxili İşlər Nazirliyi və Səhiyyə Nazirliyinin əməkdaşları şəhərlərin giriş və çıxışlarında açılacaq xüsusi buraxılış məntəqələrində vətəndaşların sağlamlıq vəziyyətlərini yoxlayacaqlar.
Qeyd edək ki, ümumiyyətlə İranda 14 991 nəfər COVİD-19-a yoluxub. Onlardan 853-ü ölüb, 4 996 nəfər xəstəlikdən sağalıb.