Bu gün Azərbaycan dünyanın inkişaf etmiş qabaqcıl ölkələrindən biri kimi beynəlxalq aləmdə müsbət imici ilə tanınır. Bu inkişaf özünü bütün sahələrdə aydın şəkildə biruzə verir. Vətən müharibəsində qazandığımız parlaq qələbədən sonra, azad olunmuş ərazilərdə yenidənqurma və bərpa işlərinin aparıldığı bu dövrdə məhz energetika sahəsində və nəqliyyat-logistika sahəsində əldə olunan inkişafdan və nailiyyətlərdən bəhs etmək yerinə düşərdi.
Azərbaycan dünya miqyasında nadir ölkələrdən biridir ki, enerji təhlükəsizliyi təminatına məhz öz potensialı hesabına tam nail ola bilmişdir. Hal-hazırda energetika sektoruna qoyulan sərmayələr, bu sahənin modernləşdirilməsi və həyata keçirilən digər kompleks tədbirlər nəticəsində demək olar ki, arzuolunan səmərəlilik əldə olunmuş, elektirik enerjisinin sərfiyyatında itkilərin səviyyəsi azalmış, keyfiyyət isə yüksəlmişdir.
Enerji tələbatının daima tam təminatı üçün yeni elektirik stansiyalarının tikilməsi nəzərdə tutulmuşdur. Yeni tikiləcək olan stansiyalar ölkə üzrə enerjiyə olan tələbatı tam ödəməklə yanaşı, elektirik enerjisinin digər ölkələrə ixrac olunmasına da geniş imkanlar yaradacaqdır.
AzərbaycanınTürkiyə, Rusiya, Gürcüstan və İranla bu sahə üzrə əməkdaşlığında ixracatçı və tranzit ölkə kimi əhəmiyyəti hər keçən gün daha çox
artır. Hazırki dövrdə energetika sektorunda bərpa oluna bilən enerji mənbələrindən geniş istifadə edilməsi, eyni zamanda bu sahədə bazar modelinə keçid etmək bizim üçün başlıca məqsədlərdən biridir və bu prosesin gedişatına ölkəbaşçısı İlhamƏliyev xüsusi nəzarət edir. Sevindirici haldır ki,bu gün dünyanın nəhəng enerji şirkətləri məhz ölkəmizdə bərpa olunan enerji növlərinin istehsal olunmasına maraqlıdırlar və sahəyə böyük investisiyalar ayırırlar.
Geridə qoyduğumuz 2020-ci ildə ölkəmiz Beynəlxalq Enerji Xartiyası Konfransına sədrlik etmişdir. Bu belə energetika sektorunda inkişafımızın hansı səviyyəyə yüksəldiyinin bariz göstəricisidir.
Hazırda inkişaf etməkdə olan nəqliyyat sahəsində də qazandığımız nailiyyətlər görə ölkəmiz dünyanın lider dövlətləri sırasında öz yerini almaqdadır. Bu onu deməyə əsas verirki, Azərbaycan da müasir nəqliyyat-logistik infrastrukturunun yaradılması prosesi uğurla davam etdirilir.
Beynəlxalq reytinq agentlikləri ölkəmizin nəqliyyat sahəsindəki uğurlarını yüksək qiymətləndirir. Çünki, nəqliyyat sektorumuz artıq qarşısında duran vəzifələri uğurla icra edə bilmək qabiliyyətinə malikdir. Bu sahəyə böyük sərmayələr yatırılır və məqsəd qeyd etdiyimiz inkişafın dayanıqlı olması, vətəndaşların bu sahənin imkanların da nrahatlıqla istifadə etməsidir. Bu isə qonşu ölkələrlə səmərəl iuğurlu əlaqələr yaratmağa geniş imkanlar açır.
Qürur hissi ilə qeyd edə bilərik ki, biz artıq işğa laltında olan torpaqlarımızı düşməndən azad edərək, ərazi bütövlüyümüzü təmin etmişik. Qısa zamanda azadolunan ərazilərdə normal həyat şəraiti tam bərpa olunacaq və yuxarıda qeyd etdiyimiz hər ik isahə üzrəəsaslı tədbirlər həyata keçiriləcəkdir.
Dövlət başçısıİlhamƏliyev çıxışlarının birində işğaldan azad olunan torpaqlarımızda müasir nəqliyyat infrastrukturunun yaradılmasına, böyük nəqliyya tlayihələrinin icrasına başlanıldığını bildirmişdir. Əminik ki, söhbət açdığımız nəqliyyat layihələrinin həyata keçirilməsində ən yüksəks tandartlar tətbiq olunacaqdır.
Muxtar Muxtarov,
Masallı rayonu.