“Merhemet.TV”-nin redaktoru Rəhimov Yediyar Saday oğlu vətəndən uzaqda olsa da müasir, müstəqil dövlətimizin memarı və qurucusu, ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə dahi şəxsiyyətin ruhunu ehtiramla yad etdi.
Rəhimov Yediyar bildirdi ki, hər bir azərbaycanlının qürur mənbəyi, müasir Azərbaycan siyasətinin banisi Ümummilli Lider Heydər Əliyev ömrünü xalqının inkişafına, dövlətçiliyin yenidən dirçəldilməsinə həsr etmişdir. Ulu Öndərin əsasını qoyduğu və onun layiqli davamçısı, Azərbaycana 44 günlük Vətən Müharibəsində tarixi qələbə bəxş edən müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu və məqsədyönlü siyasətin nəticəsidir ki, bu gün ölkə vətəndaşları müasir, firəvan, qalib və inkişaf etmiş dövlətdə yaşayırlar.
Gülnara Həmidova
AJB-nin üzvü