Prezidentlik dövründə xarici siyasət məsələlərinə də xüsusi diqqət yetirən, Azərbaycanın hücum diplomatiyasını, habelə qlobal həmlələrə qarşı adekvat reaksiyasını təmin edən, respublikamızın geosiyasi rəqabət meydanına çevrilməsinə yol verməyən dövlət başçısı cənab İlham Əliyev bu sahədə də mühüm nailiyyətlərə imza atmışdır. Milli mənafeləri önə çəkən bu çevik və qətiyyətli diplomatiya nəticəsində Azərbaycanın bölgədə və ümumən Avropa geopolitik arealında nüfuzu artmış, mövqeləri möhkəmlənmişdir. Cənab İlham Əliyevin fenomenal siyasi liderliyi sayəsində Azərbaycan milli mənafelərini dünya miqyasında müdafiə edə bilən praqmatik, çevik, təmkinli və səriştəli xarici siyasətini yeritməyə nail olmuşdur. Eyni zamanda, dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu, qarşılıqlı faydalı əlaqələr yaratmaq və inkişaf etdirməklə Azərbaycanın heç bir dövlətdən asılı olmadan müstəqil siyasət yeritməsi, beynəlxalq mövqelərinin güclənməsi təmin edilmişdir.
Hazırda respublikamızın özündən asılı olmayan səbəblərdən həll edə bilmədiyi yeganə problem Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Nəticədən asılı olmayaraq, hazırda Azərbaycanın danışıqlar prosesində iştirakını şərtləndirən mühüm amillərdən biri də respublikamızın haqlı mövqeyini beynəlxalq miqyasda və əsasən də mötəbər təşkilatlar çərçivəsində sübuta yetirmək üçün vaxt imkanı əldə etməsidir. Yəni, ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar prosesi Azərbaycana təcavüzkar dövləti ifşa etmək, onun işğalçı siyasəti barədə beynəlxalq miqyasda obyektiv rəy formalaşdırmaq baxımından mühüm əhəmiyyət kəsb edir. Rəsmi Bakının danışıqlar prosesində sonadək təmkinlə iştirakı ona həm də hərb yolunun seçilməsi üçün əsaslı arqumentlər verir. Yəni, danışıqlar prosesi sonadək nəticə verməsə, Azərbaycan hərb yolunun qaçılmazlığını beynəlxalq ictimaiyyətə əsaslandırmaq imkanı qazanacaq, bu istiqamətdə real addımlar atacaqdır.
Ötən illərə nəzər saldıqda əminliklə demək olar ki, ulu öndər Heydər Əliyev cənab İlham Əliyevə xitabən "Mən ona özüm qədər inanır və gələcəyinə böyük ümidlər bəsləyirəm" deyimində qətiyyən yanılmamışdır. Ümummilli lider Heydər Əliyevin siyasi kursunu davam etdirə biləcək yeganə şəxs məhz cənab İlham Əliyev idi və ötən 15 illik zaman məsafəsində bu həqiqət bir daha təsdiqini tapmışdır. İrs-varislik əlaqələrinə əsaslanan bu bağlılıq Azərbaycana inamla rəhbərlik edən cənab İlham Əliyevin ictimai inamı doğrultmasında da bir daha özünü göstərir. Xalq İlham Əliyevi hər zaman dəstəkləyir, onun seçkilərdə ən yüksək səs çoxluğu il
qazandığı qələbəsinə sevinir. Bir daha cənab Prezidentimizi təbrik edir, ona can sağlığı, nailiyyətlər diləyirəm.
Aybəniz Muxtarova
Sabunçu rayon 109 saylı Körpələr evi uşaq bağçasının müdiri