• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Bir milyona soyunan xanım, meyxana “söhbət”ləri, küskünlər: Şou-biznesin ötən ili nə ilə yadda qaldı?

gundem / manset

2-01-2023, 11:39

Bir milyona soyunan xanım, meyxana “söhbət”ləri, küskünlər: Şou-biznesin ötən ili nə ilə yadda qaldı?
Geridə qoyduğumuz 2022-ci ildə mədəniyyət, şou-biznes nümayəndələri ilin simvolundan “ilhamlanaraq” pələng kimi kükrədilər. İl ərzində kimisi gizlin, kimisi də aşkar şəkildə həmkarlarına söz atıb mübahisə etdi. Atılan eyhamlardan cavabsız qalanı da olmadı.

Oxu.Az-ın əməkdaşı söz atıb, mübahisə yaradan məşhurlarının siyahısını təqdim edir:

Aktyor Sərxan Kərəmoğlu “MTV maqazin” verilişinə müsahibəsi zamanı “Şou-biznesdə normal adam yoxdur, şou-biznesdə örnək olacaq adam da yoxdur” sözlərini dilə gətirib. Kərəmoğlunun bu sözləri cavabsız qalmayıb. Məşhur simalar Sərxana etirazlarını bildiriblər.

Əməkdar artist Vasif Məhərrəmli Kərəmoğluya irad tutaraq elə ən hörmətli adamların məhz müğənnilər olduğunu bildirib.

Müğənni Aysun İsmayılova isə aktyorun sözlərini məsxərəyə qoyaraq: “Özünü normal adam kimi görmür? Vallah, biz anormal deyilik, hamımız normalıq”, - deyə əlavə edib.

İfaçı Aytac Vidadiqızı isə Sərxan və onun kimi düşünənləri “sənəti ucuzlaşdıran insanlar” adlandırıb.

Müğənni Nadir Qafarzadə Sərxanın fikri ilə qismən razılaşıb.

Müğənni Əli Mirəliyev Xalq artisti, dünya şöhrətli muğam ifaçısı Alim Qasımovu sərt şəkildə tənqid edib, Azərbaycan muğamına xələl gətirməkdə günahlandırıb:

“Alim Qasımovun ifasını bəyənmirəm. Onun ifasını yalnız 1992-ci ilə qədər bəyənirdim, hətta gözüm dolurdu. Çünki həmin vaxta qədər çox gözəl, ağıllı-başlı oxuyurdu. İndi isə farslar, ərəblər kimi yerdə oturub, onlar kimi oxuyur, azan verir. Xeyir ola?! Məgər Üzeyir Hacıbəyov azan yazmışdı? Azan tamam başqa janrdır. Sən azan oxuyansan?! Axı sən xanəndəsən, xanəndə kimi də oxumalısan. Bax gör Mənsum İbrahimov, Təyyar Bayramov necə oxuyurlar. Sən isə dərviş kimi oxuyursan. Məgər biz dərvişik?!

Rübabə Məmmədova kimi oxuyan qızını da öz yoluna çəkib, bədbəxt eləmisən. Həmçinin Elnarə Abdullayevanı, Mirəlləmi bədbəxt etmisən. Siz Azərbaycan musiqisinin düşmənlərisiniz! Xalqın musiqisini bu günə qoyduğunuza görə şəxsən mən Əli Mirəliyevə cavab verəcəksiniz!”

Alim Qasımov Əli Mirəliyevin bu sözlərini cavabsız qoyub.

Daha bir mübahisə isə Afaq Aslanla Əli Mirəliyev arasında yaşanıb.

Müğənni Əli Mirəliyev müğənni Afaq Aslanın “1 milyona soyunaram” ifadəsinə reaksiya verərək “soyunsa, ona heç 50 manat da verməzlər” deyib.

Əli Mirəliyevin bu sözlərindən sonra Afaq Aslan olduqca sərt sözlərdən istifadə edib:

“Əli Mirəliyev babamın babası ilə yaşıddır və mən onun nəticəsi yerindəyəm. O deyir ki, guya Afaq Aslanı tanımır. Verilişdən sonra məni bağ evinə dəvət edib, gəl bir samovar çayı içək deyəndə bilmirdi ki, mən Afaq Aslanam?! Pişiyin ağzı ətə çatmayanda deyir ki, ət iylənib. Uzaqdan gələn kor belə, balığın iyindən bilir ki, bu, şor balıqdır”.

Əli Mirəliyev məclislərin birində centlmenlik edərək Afaq Aslanı çaya dəvət etdiyini əlavə edib.

Milli Məclisin deputatı Aqil Abbas Rəşad Dağlının törətdiyi cinayətə münasibət bildirərkən deyib ki, söyüş üstündə kimisə öldürmək düzgün hərəkət deyil:

“O adam deyil, narkomandır, “barıqa”dır, deyirlər. Deməli, küçədəki narkomanları, “barıqa”ları öldürməliyik?! Deyir, ağlım başımda olmayıb, affekt vəziyyətində olmuşam. Sən vurub xalqın uşağını öldürmüsən. Kim olur-olsun, nə olur-olsun, niyə öldürürsən?! Uzaqbaşı döyə bilərdin. Niyə öldürmüsən axı? Elə hamı onun tərəfini saxlayandan sonra bu hadisələr oldu. Adamlar belə şeylərə baxıb “qəhrəmanlıq” etmək istəyirlər”.

“Bunların hamısı cinayətə meyilli insanlardır ki, dəstəkləyirlər. Sosial şəbəkədə, saytlarda yazırlar, başqaları da ondan ruhlanırlar, deyirlər, mən də öldürəcəyəm. Belə şey olmaz axı?!” – deyə deputat fikirlərini yekunlaşdırıb.

Müğənni Roza Zərgərli Şəbnəm Tovuzluya atmaca göndərib:

“Mənim ayaqqabımı geyinə bilərsən, amma yerişimi yeriyə bilməzsən”.

Roza Zərgərli “Qırmızı güllər” mahnısını ifa edən həmkarı Şəbnəm Tovuzlunun ondan icazə almadığını vurğulayıb:

“Şəbnəm klipi çəkdirəndən sonra icazə almaq yadına düşüb. Bu hərəkəti xoşuma gəlmədi. Mən heç kimin mahnısını oxumuram. Umub-küsdüyüm insanların icazə alması mütləqdir. Bu mahnı onluq deyil”.

“Səhərdən-axşama kimi “WhatsApp”da bütün şəkillərimə təəccüb və xoş sözlər yazan Kənan mənim çox xətrimə dəydi. İnsan səmimi, dürüst olar. İndi sosial şəbəkə fenomeni Mia ilə bütün günü “TikTok”da canlı efir açıb “bambılılıq” edirlər”.

Bu sözləri “Miss Azerbaijan 2019” model yarışının qalibi Səmra Hüseynova “MTV maqazin” verilişinə müsahibəsində deyib.


Aylar əvvəl rejissor və aktyor Kənan Mahmudovla açdığı “TikTok”da “Əylənmişik” sözü ilə qarşı tərəfi özündən çıxaran Səmra bu qalmaqalın üstünə benzin töküb:

“Mənim Kənan kimi ərim olsa, onun başını kəsərəm. Pul xətrinə get gündə bir qızla oyna, “WhatsApp”laş, sonra de ki, efirdir də. Yəqin, Kənanın müğənni həyat yoldaşı Aygün müasir xanımdır”.

O, həmçinin “TikTok”da canlı açıb, pul qazanmaq üçün bir-birinin ünvanına nalayiq ifadə və təhqirlər səsləndirən sosial şəbəkə fenomenləri barədə də danışıb:

“TikTok”da pul yığmaq üçün bir yerdə çörək yeyən insanlar dalaşıb, söyüşürlər. Bilmirlər ki, necə orada “jeton” əldə etsinlər. Az qalır ki, üzlərində olan simalarını da cırıb qoysunlar. Onlar “jeton” xətrinə öz kişiliklərini də satmağa razıdırlar. Elə bilirlər ki, belə etməklə xal yığacaqlar. Düzdür, yığırlar, amma 3-5 gün olacaq”.

Məşhur meyxanaçılar Namiq Məna ilə Mehman Əhmədli arasında qalmaqal yaşanıb:

Namiq “Space maqazin”ə müsahibəsi zamanı meyxana janrının olmadığını, bədahətən deyilən şeirlərin, əslində, bədiyyə olduğunu bildirib. 

Bəzi həmkarları meyxanaçının bu fikrinə qarşı çıxıblar. Mehman Əhmədli isə Namiqə çox sərt şəkildə etiraz edib. O, bədiyyənin mövcud olmadığını, məclislərdə bədahətən deyilən şeirlərin meyxana olduğunu deyib. 

Mehmanın bu etirazından sonra Namiq dahi Nizami Gəncəvinin əsərinə yazdığı bir bədiyyəni söyləyib.

Bu zaman Mehman “Nizami Gəncəvi meyxana deyən olub? Yəni Namiq Mənanın savadı ora qədər çatır?” fikirləri ilə Namiqə atmaca atıb. Məna isə ona 15-16-17-ci əsrlərdə Azərbaycanda meyxana olduğunu sübut edən şəxs ortaya çıxarsa, 20 000 AZN pul verəcəyini bildirib. 

Bu il kifayət qədər səs-küylü keçib. 2023-cü ildə yaşanacaqları isə zaman göstərəcək. 

Nəzrin Vahid

Oxunub: 208
Paylaş:
Digər xəbərlər
ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 18:37
    Yay Fest 2026-nın ilk düşərgəsi – “Rəqəmsal Dövlət” uğurla başa çatıb
  • Bu gün, 12:48
    Bakıda xəstəxanaların həyətindən - Xoşagəlməz görüntülər
  • Bu gün, 12:13
    Maştağada 52 yaşlı kişinin meyiti tapıldı
  • Bu gün, 12:03
    Antibiotiklərin ömürə təsiri?
  • Bu gün, 11:59
    Mütəmadi baş ağrısı və ürəkbulanma ciddi xəstəlikdən xəbər verir.Həkim məsləhəti
  • Bu gün, 11:56
    FHN-in Şimal-Qərb Regional Mərkəzi təlim keçirdi
  • Bu gün, 11:37
    DÇ-2026-da III yer uğrunda mübarizə - Fransa, yoxsa İngiltərə?
  • Bu gün, 11:27
    “Azeri Light”ın qiyməti 90 dollara yaxınlaşır
  • Bu gün, 11:24
    İranın hücumundan sonra aeroportu bağladılar
  • Bu gün, 11:18
    Hərbçimiz həlak oldu
  • Bu gün, 11:14
    Sən kimə dua edirsən?..
  • Dünən, 14:04
    Bayramovla Lavrovun görüşü başlad
  • Dünən, 14:00
    “Bank Respublika” “Azərbaycanın ən yaxşı KOS bankı” mükafatına layiq görüldü
  • Dünən, 13:56
    Eks-bələdiyyə sədri 100 min manata yaxın zərər vurmaqda ittiham olunur
  • Dünən, 13:52
    Ramazan Nəbiyevə yüksək vəzifə verildi
  • Dünən, 13:48
    İsrail parlamenti buraxıldı
  • Dünən, 13:42
    Sumqayıtlı həkimdən beynəlxalq uğur!
  • Dünən, 13:37
    Antibiotik vurulan 5 aylıq hamilə qadın öldü
  • Dünən, 13:19
    İki gün sonra yeni sahibi bəlli olacaq - Dəyəri 1 milyondan çoxdur
  • Dünən, 13:15
    İlham Əliyev Donald Trampa təşəkkür etdi
  • Dünən, 12:14
    Xameneinin dəfn olunduğu məqbərədə yanğın baş verdi
  • Dünən, 12:07
    “Bu ölkəyə səfər etməyin” - ABŞ səfirliyindən xəbərdarlıq
  • Dünən, 11:03
    Göy qurşağı rəngli xatirələr...
  • 16-07-2026, 17:26
    Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov jurnalist Mərhəmət Lələyevi qəbul edib
  • 16-07-2026, 17:12
    Siyasi dialoqun və strateji tərəfdaşlığın inkişafında yeni mərhələ
  • 16-07-2026, 14:48
    Azərbaycanlı dənizçilərə çağırış edildi
  • 16-07-2026, 14:43
    Ümid Hacızadə – 24 yaşın mübarək!
  • 16-07-2026, 13:40
    Dünya bir nərdivandır...
  • 16-07-2026, 12:43
    Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü
  • 16-07-2026, 12:33
    “Pakistan diplomatiyası buna görə də təqdir olunmalıdır”
  • 16-07-2026, 12:24
    Yaslardakı zəhərlənmələr lavaşla bağlı olub - Açıqlama
  • 16-07-2026, 12:02
    Fələstinin Baş naziri Fəxri xiyabanda
  • 16-07-2026, 11:52
    Mövqe: Hüquqi qiymət verilmiş məsələ ətrafında dezinformasiyaya son qoyulmalıdır. LOR həkimi Rəşad Məmmədovun haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir.
  • 16-07-2026, 11:40
    Abşeronda növbəti vətəndaş qəbulları və görüşlər keçirilib
  • 16-07-2026, 11:34
    Bu dəfə onlar saxlanıldı - Sıla, İlyas Yalçıntaş...
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə