• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

20 yanvar faciəsinin ağır dərdlərini unutmuruq

gundem / manset

17-01-2023, 07:30

20 yanvar faciəsinin ağır dərdlərini unutmuruq
Qanlı 20 yanvar faciəsindən 33 il ötür...

Xoşbəxtlik gələndə zərif yel kimi gəlir, heç gəlişi də çox bilinmir. Bədbəxtlik isə tufan kimi gəlir, uçura-uçura, dağıda-dağıda gəlir. Özü də bədbəxtliyi heç kəs öz xoşuna seçmir, o özü gəlib bizi tapır. Xalqımızın başına açılan oyunlar kimi, Qanlı 20 yanvar kimi.
20 Yanvar Azərbaycan vətəndaşının yaddaşına müstəqilliyin qazanılması uğrunda mübarizənin zirvəsi kimi əbədi həkk olunmuş bir tarixdir. Məhz bu tarixdə, 1988-ci ildən başlamış xalq hərəkatı özünün kuliminasiya nöqtəsinə çatdı və Azərbaycanın yüzlərlə qəhrəman oğulları bu yolda, azadlıq və müstəqillik uğrunda şəhid olaraq gələcək nəsillərə istiqlaliyyət və azadlıq bəxş etdilər. Bəli, 20 Yanvar gecəsində minlərlə Azərbaycan övladını meydanlara, silahlı rus qəsbkarlarının qarşısına çıxaran qəlblərində gəzdirdikləri doğma torpağın bütövlüyü, toxunulmazlığı və azadlıq arzusu idi.
Bu faciə bizə müqəddəs bir and yeri miras qoydu. Doğma Bakımızın dağüstü Parkı kimi tannan məkan Şəhidlər Xiyabanına döndü.
İnsan üçün ən müqəddəs şəxs onu dünyaya gətirən anadırsa, onu müqəddəsliyə bağlayan vasitə Vətən torpağıdır. Çünki ana öz övladını onun özü üçün də müqəddəs olan Vətən torpağında dünyaya gətirir. Vətən bizim şöhrətimiz, qeyrətimiz, ülviyyətimizdir. İnsan üçün ən ümdə olanı Vətən torpağının azadlığı və
toxunulmaazlığıdr.
Hər cür qəribəliklərin, gərginliklərin, əksliklərin, ərlik-ərənliklərin, kişilik və xanımlıqların, qurdluq və manqurtluqların şahidi-o 20 Yanvar gecəsi!
O ağır günləri biz yaşadıq, indiki və gələcək nəsil daha yaşamasın. Azərbaycan tarixində çox böyük faciələr olub. Ən dəhşətlisi 20 yanvar müsibəti idi.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə. Bu tarixi heç vaxt qan yaddaşımızdan silə bilməyəcəyik. Azərbaycanın başına çökən bu ağırlıq bu gecədə böyük bir faciəyə səbəb oldu. Rus şovinistləri xain erməni ilə əlbir olub, öz pis niyyətlərini paytaxt Bakıda həyata keçirdilər.
Azərbaycan bizə ulu babalarlmızın müqəddəs əmanəti, ərmağanıdır. Bu torpağın hər bir qarışı ölüm-dirim çarpışmalarında şəhid olmuş ata-babalarrımızın qanından yoğrulmuşdur.
Ulu öndərin layiqli davamçısı, dövlətimizin başçısı İlham Əliyevin Azərbaycan ordusunun daha da qüdrətlənməsi, ən müasir döyüş silahları ilə təchiz olunması üçün həyata keçirdiyi siyasətin nəticəsidir, ki, torpaqlarımızın hər bir qarışı yağı düşməndən azad olundu, Milli Ordumuz düşmənin hər bir təcavüzünə layiqin cə cavab verdi.
Yanvarın 19-dan 20-nə keçən gecə şəhidlik zirvəsinə ucalan Vətən övladlarının əzmkarlığı, mübarizliyi müstəqilliyimizə gedən yolun başlanğıcını qoydu. Həmin gecə törədilən faciəyə baxmayaraq, xalqı iradəsini qırmaq mümkün olmadı. Xalqımız öz qəhrəman övladlarının xatirəsini daim dərin ehtiram və hüznlə yad edir. Şəhidlərimizin fədakarlığı heç vaxt unudulmamalı, gələcək nəsillərə çatdırılmalıdır. Gənclər vətənimizin hər qarışının şəhid qanı ilə yoğrulduğunu bilməli, vətənpərvərlik ruhunda böyüməlidirlər.
Hər il 20 Yanvar faciəsinin tarixi ildönümündə Şəhidlər Xiyabanı sanki gül yağışına qərq olur. Uşaqdan böyüyüədək bütün Azərbaycan xalqı həmin gün Şəhidlər Xiyabanını ziyarət edir.
Bəli, bu gün torpaqlarımız yağı düşmənlərdən, sərvətlərimizə diş qıcayan xəbis
ürəklilərdən biryolluq xilas olunub. Od oğlu-Azərbaycan övladı “intiqam! İntiqam”-deyərək ayağa qalxaraq, düşməndən oğul itirmiş anaların, ərini, sevgilisini itirmiş qız-gəlinlərimizin, atasız qalan uşaqların qisasını aldılar. Uzun illər başı bəlalar çəkən, torpaqları qarış-qarış qayçılanan Azərbaycanımızın vahidliyi, müstəqilliyi uğrunda igid oğullarımız “uf” demədən canlarından keçdilər.
Bu gün şəhidlərimizin ruhu şaddır. Onların səpdiyi azadlıq toxumunun cücərtiləri öz bəhrəsini verdi, Qarabağ, eləcə də işğal altında olan bütün torpaqlarımız düşməndən azad edildi, şəhidlərimizin qisası alındı. Yanvarın 20-də Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycanın oğul və qızlarının əziz xatirəsini ehtiramla yad etmək üçün hər il Şəhidlər xiyabanına minlərlə insan axışır. Azərbaycan xalqının tarixinə qanla yazılmış 20 Yanvar hadisələrindən 30 il ötür. Həmin gecə milli azadlıq hərəkatını boğmaq məqsədilə sovet rəhbərliyi tərəfindən Bakıya yeridilən ordu dinc əhalini atəşə tutdu. Yüzlərlə insan amansızcasına qətlə yetirildi və yaralandı. 32 il keçməsinə baxmayaraq, xalqımız bu faciəni unutmur və heç vaxt unutmayacaq. Şəhidlərimiz qanları ilə tarix yazdılar. Şəhidlər xiyabanı bizim üçün müqəddəs and yerinə çevrilib. Nəsillər dəyişsə də, şəhidlərin xatirəsi hər zaman ehtiramla anılacaq.
Həmin 20 Yanvar gecəsində vətənimizin azadlığı uğrunda şəhid olan insanlarımızn ruhu qarşısında baş əyərək deyirəm: “ruhunuz şaddır, Azətbaycanın hər qarış torpağı azad edildi, sizin qan haqqınız yerdə qalmadı”.
Ədliyyə işçisi olaraq şəhidlik zirvəsinə ucalan oğil və qızlarımızın xatirəsini həmişə hədsiz ehtiramla yad edəcəyik.
Öz mərd ölümləri ilə torpaqlarımıza azadlıq toxumu səpən şəhidlərimizin əziz xatirəsi qərinələr ötsə də, yaşayacaq, əbədi xatirələrdə qalacaqdır. Vətən yolunda
şəhid olan qəhrəmanlar heç vaxt unudulmur və onların xatirəsi əbədidir.


Lətafət Hacıyeva
Sabunçu rayon qeydiyyat şöbəsinin rəisi

Oxunub: 254
Paylaş:
Digər xəbərlər
ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 10:59
    İran Hörmüzün açılması üçün şərtini açıqladı
  • Bu gün, 10:54
    BMT-də Baş katib seçkiləri dalana dirəndi - “Böyük beşlik” veto qoydu
  • Bu gün, 10:49
    Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
  • Bu gün, 10:45
    Yasamal RİH başçısı sakinlərlə görüşdü
  • Bu gün, 10:34
    Gəncədə qanunsuz tikinti işləri araşdırılır
  • Bu gün, 10:29
    Ramiz Mehdiyev YAP-dan çıxarıldı - Təltiflərindən məhrum edilməsi təklif olundu
  • Bu gün, 10:23
    Füzuli: Zəfərdən dirçəlişə
  • Dünən, 20:22
    ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
  • Dünən, 18:59
    Cəmilə Sixəliyeva – uşaqların gələcəyinə sevgi və qayğı ilə yanaşan rəhbər
  • Dünən, 17:58
    MEHRİBAN SULTANOVA: “DÖVLƏTÇİLİYİMİZİN MÖHKƏMLƏNMƏSİ, MİLLİ BİRLİYİMİZİN QORUNMASI VƏ VƏTƏNPƏRVƏR NƏSLİN YETİŞDİRİLMƏSİ HƏR BİRİMİZİN ƏSAS VƏZİFƏSİDİR”
  • Dünən, 17:00
    Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
  • Dünən, 13:49
    Azərbaycan-Laos münasibətlərində yeni yol xəritəsi formalaşır
  • Dünən, 13:15
    Vətən olub torpağa qarışdılar...
  • Dünən, 09:40
    Milli Məclisin komissiyası bəyanat yaydı
  • Dünən, 09:34
    Məktəbin şüşələrini sındıran şəxs həbs edildi
  • Dünən, 09:19
    Pedro Sançezə qarşı istintaq başladı
  • Dünən, 09:12
    Turqut Hüseynovun rəhbərlik etdiyi “TOURGOOD TRAVEL” Azərbaycan turizmində liderliyini qoruyur
  • Dünən, 09:08
    “Şamaxı” “Şəfa”ya, “Sumqayıt” “Araz-Naxçıvan”a qarşı
  • Dünən, 09:01
    “Profili bağlı idi, şəklinə baxanda xoşuma gəldi” - Videomüsahibə
  • Dünən, 08:52
    Nişanlısı “ya anan, ya mən” deyibmiş - Məşhur aktyorun intiharının pərdəarxası
  • Dünən, 08:48
    Senatorlara şübhəli tozlu zərflər göndərildi - Seçkiöncəsi həyəcan siqnalı
  • Dünən, 08:42
    ABŞ-də ibtidai məktəbə silahlı hücum - 3 şagird və 1 müəllim öldürüldü
  • Dünən, 08:38
    İrana qarşı yeni sanksiyalar elan etdilər
  • Dünən, 08:31
    69 ölkədən tarixi qərar
  • Dünən, 08:26
    “1979-dan bəri belə çətinliklə üzləşməmişik”
  • 15-10-2026, 18:48
    “Bizi təhdid edənlər bu gün çayımızı bizim həbsxanalarda içirlər”
  • 15-10-2026, 18:41
    Liderlərin səmimi görüntüləri
  • 15-10-2026, 16:03
    “Zəruri olmayan xərclər üçün borc götürməyin” - AMB rəsmisi
  • 15-10-2026, 12:50
    Davud Qüdrətov – həkimlik peşəsinə sədaqət, insan sağlamlığına xidmət nümunəsi
  • 15-10-2026, 11:42
    Azərbaycan- Laos əlaqələri
  • 15-10-2026, 11:40
    Türkmənistan Prezidenti də Bakıdadır
  • 15-10-2026, 11:20
    Yeni tərəfdaşlıq coğrafiyası: Azərbaycan -Laos
  • 15-10-2026, 11:19
    Münasibətlərin tərəfdaşlıq səviyyəsi mühüm hadisədir
  • 15-10-2026, 11:12
    Laos-Yanardağ körpüsü
  • 15-10-2026, 11:09
    Uzaq-yaxın məmləkətlər
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə