• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

YAŞADAN YAŞAYIR...

gundem / manset

1-02-2023, 19:53

YAŞADAN YAŞAYIR...


DƏYİŞƏN DÜNYANIN DƏYİŞMƏZ İNSANLARI KİTABI

(Sənədli, publisistik roman)

YAŞADAN YAŞAYIR...

(ixtisarla)



Harada tibb sənəti sevilirsə, deməli orada insanlıq da sevilir.

(Naməlum)

Özün yan, başqasına işıq sal. Çünki, insanın qəlbi ömrünün sonunadək inkişafdadı. Həkimin qəlbinin işığı nə qədər gur yanarsa, o bir o qədər insanlığa onun şəfa tapmasına vəsilə olar. Elə peşələr var ki, onlar mütəmadi olaraq öz üzərində məlumatlanmağı, öyrənməyi, təkmilləşməyi, mükəlləşməyi tələb edir. Peşənin qədimi və şərəflisi olan təbiblik-həkimlik peşəsi! Heraklitdən (Hipokratın atası), Hipokrtadan üzü bəri inkişaf edə-edə gələn həkimlik. Bu peşə ən ali varlığa – dünyanı idarə edən insana xidmət edir. Sağlam bədən, sağlam gələcəyin bünövrəsidi, sağlam bədəndə, sağlam ruh kəlamı da elə-belədən ortaya çıxmayıb. Həkimlik peşəsi qürur deməkdi, həkim şəfa paylayandı, həkim xoşbəxtlik paylayandı, həkim yaradıcıdı. Hər dövrün istinad etdiyi məbədgahı olub. Tibb elminin “Allahı” sayılan Hipokrat şəfa allahlarına, ilahələrinə and içmişdir; məsləkində düz yoldan çıxmayacağına insanlığa ləyaqətlə qərərsiz xidmət edəcəyinə and içmişdir (düşmən əsgərini sağaltması, Hipokrat haqqında əsatirdən). Bu Hipokratın həkim əqidəsinə olan sədaqət nümunəsi idi. Dəyişən zamandır, əqidə isə dəyişməz qalır. Hipokrat: “Bütün tanrıların şahidliyi ilə and içirəm ki, verdiyim sözə və götürdüyüm öhdəliklərə gücüm, dərrakəm çatdığı qədər əməl edəcəyəm. Bu sənətdə müəllim valideynlərim kimi tanıdıqlarıma axıradək ehtiramla baş əyəcəyəm. Təbabət qanunlarına sadiq olacağıma, hara daxil olaramsa ancaq xəstənin sağlamlığımı düşünəcəyəm”... Əsirlər bir-birini əvəz etmiş Hipokratın adı bütün dünyada bu peşənin embeleminə çevrilmişdir. Dünyanın inkişaf etmiş ölkələrində Tibb Universitetinin məzunları eyni adı müqəddəs qəbul edərək “Hipokrat andı” içirlər.

Dünya yaranışından bəri insan övladının həyatda mövcud olub yaşaması üçün Allah hər bir şeyi öz yerində, öz qaydasında tənzimləyir. Nə az, nə çox, nə artıq, nə əskik. Bu Allahın nizam tərəzisidir. Dəyişməz, pozulmaz. İnsan bu həyatda yarandığı gündən (məqsədli insan) qarşısına qoyduğu məqsədləri həyata keçirmək üçün mücadilə meydanına atılır. Bu yolda rastlaşdığı maneələr məqsədli insanı yolundan azdıra bilmir. Rastlaşdığı maneələri həyatın uğursuzluğu deyil, dərsi, sınağı olaraq qəbullananlar qaliblərdi. Maneələr potensial şansların stimuludur. Peşəkar həkim məsləkinin aparıcı qüvvəsidir. Mən Musa həkimi əyani tanımıram, sadəcə yaxşı da, pis də tez gözə çarpır. Ərazisi kiçik, xarakteri böyük Azərbaycanımızda hər yaxşının öz tanıtımı, öz sağolu var. Pisdən danışıb bu yazıya neqativ yükləmək istəmərəm. Mən yaxşı insandan, peşəkar həkimdən, alimdən söhbət açıram.

1988-1994-cu illər Azərbaycan Tibb Universitetindən başlayaraq, sadədən-mürəkkəbə gedən yol (qradasiyaya qalxma). Mən hər inkişafı təbiət qanunlarına istinad edərək göstərirəm yazılarımda. Bəlkə bu həm də mənim birinci təhsilimin Bakı Dövlət Universitetinin Biologiya fakültəsi olması ilə əlaqəlidir. Hər kəs öz təhmətinin nəticəsi ilə ortama gəlir. “Məqsəd görürəm, maneə görmürəm” deyənləri çox sevirəm. Musa doktor kimi insanlara əgər əvvəl onlar peşəni seçib gəlirlərsə, sonra peşə onları seçir. Sonra isə peşə özü onlara tərəf xidmət etməyə başlayır. Bu isə Allahın nizam tərəzisində “Səndən hərəkət, məndən bərəkət” prinsipinə əsaslanaraq öz istinad nöqtəsini tapır. Uğur özünü yaradanların yol yoldaşıdır. Təhsilin əsası, nüvəsi təcrübə və fasiləsiz zəhmətdir. Qazanılmış təcrübənin mərkəzində narahat zəhmətli həyat dayanır. 1990-cı ildən başlayaraq 2020-ci ilədək davam edən, sadədən-müərkkəbə gedən yolun axarı.

Zəruri giriş:

2020-hal-hazırda – Mərkəzi Neftçilər Xəstəxanası, Bakı, Azərbaycan, Baş Direktor
2014-2020 - BONA DEA Beynəlxalq hospital, Bakı, Azərbaycan, Baş həkim / Baş direktorun müavini
2014 - Mərkəzi Klinika Xəstəxana, Bakı, Azərbaycan, Baş İcraçı direktor
2012 – 2014 - Mərkəzi Klinika Gəncə Diaqnostika Mərkəzi, Gəncə, Azərbaycan, Baş İcraçı direktor
2011-2014 - Mərkəzi Klinika Gəncə Xəstəxanası, Gəncə, Azərbaycan, Baş Həkim
2011-2012 - Mərkəzi Klinika Xəstəxanası (Mərdəkan filialı), Bakı, Azərbaycan, Baş Həkim
2009-2014 - Mərkəzi Klinika Ambulatoriya, Bakı, Azərbaycan, Baş Həkim
2003-2014 - Mərkəzi Klinika Xəstəxanası, Bakı, Azərbaycan, Həkim anestezioloq
2000-2003 - Müxtəlif özəl xəstəxanalar, Bakı, Azərbaycan, Həkim anestezioloq - reanimatoloq
1996-2000 - Dnepropetrovsk şəhər xəstəxanası, Ukrayna, Həkim anestezioloq – reanimatoloq
YAŞADAN YAŞAYIR...
Və, narahat insan, peşəkar həkim, alim və rəhbər işçi. Hərəsi özü-özlüyündə böyük zəhmət, məsuliyyət, peşəkarlıq tələb edən sahə. Musa Abbasov bu gün respublikanın nəhəng xəstəxanalarından birinin – Mərkəzi Neftçilər Xəstəxanasının baş direktoru vəzifəsini icra edir. Bu onun taledən gələn bəxşişidi. Uzun zəhmətli yolunun qoyduğu elmi sərmayəsinin uğurlu nəticəsidi. Tanrı etibarlı insanları çox sevir. Öz peşəsinə, məsləyinə, xalqına, vətəninə etibar müstəvisindən yanaşanlar göz önündədi, şəxsiyyət olaraq da, peşəkar olaraq da. Musa həkim kimi peşəkarlara durğunluq kəlməsi yaddır. Daim inkişaf, daim hərəkət, daim öyrənmək, oxumaq həkimlik peşəsinin özü belə dayanmağı, durğunluğu sevmir.

Zəruri giriş:

Təhsil və elmi dərəcələr:

2008-2013 – Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu, Azərbaycan, Tibb Üzrə Fəlsəfə Doktoru
2008-2009 - Ankara Bayandır Xəstəxanası, Türkiyə, Anesteziloq (Kardio-anestezioloq)
1994-1995 - Ak. M.Ə Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Azərbaycan, İnternatura (anestezioloq-reanimatoloq)
1988-1994 - Azərbaycan Tibb Universiteti, Azərbaycan, Müalicə işi
Təlim və konfranslar:

2017 - Xəstəxana e-İdarəetmə Sistemləri (İT, HIS), təlim, ABŞ
2012 - Avropa Anestezioloqlar Konqresi, Fransa
2010-2011 - Xəstəxana idarəetmə, təlim, Belçika
2010 - Xəstəxana idarəetmə, təlim, Almaniya
2009-2014 - Xəstəxana idarəetmə, təlim, Türkiyə (hər il)


Məqsədi, planı olan insanlar daxili potensiallarına inananlardı. Musa Abbasov belələrindəndir. Bunu mən demirəm, onun ortaya qoyduğu nəticələr işıqlı həyat yolu deyir. Məqsəd görürəm, maneə görmürəm prinsipi ilə yaşayanlardan biri olan narahat insan, peşəkar həkim, alim, doktor Musa Abbasov dedisə edəcək. Bu onun həyat fəlsəfəsidi, həyat amalıdı. Bu Musa həkimin 1994-2022-ci ilədək çıxdığı həyat yoludu. Çətin, keşməkeşli, zəhmətli və şərəfli. Bundan sonra da Musa həkimə bu yolda yeni-yeni uğurlar, qələbələr və peşə sevinləri arzusu ilə...



Hürü Hacızadə - Fərid Faiqoğlu

Yazıçı-publisist AJB-nin üzvü

Oxunub: 262
Paylaş:
Digər xəbərlər
ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 12:19
    Sağlamlıqla oynayanlar, Susdurulan zərərçəkən və şübhə doğuran qərar: Prokurorluq nəyi gizlədir? FOTO/VİDEO
  • Bu gün, 10:53
    Naxçıvanda üç nəfərin boğularaq öldüyü istirahət mərkəzinin sahibinə HÖKM OXUNDU
  • Bu gün, 10:50
    Pentaqon ABŞ-nin əsas prioritetlərini açıqladı
  • Bu gün, 10:45
    Ağcabədidə şahmat müəllimi ÖLDÜ
  • Bu gün, 10:43
    149 milyondan çox insanın məlumatları internetə sızdırılıb
  • Bu gün, 10:40
    Baş rol ifaçısı Doğukan Güngör Türkiyənin məşhur "Kızılcık şerbeti" serialını tərk etməli oldu
  • Bu gün, 10:37
    Avstraliyada koalaların sürətli artımı alimləri təşvişə saldı
  • Bu gün, 10:35
    Xərçəngin 30%-nin qarşısını almaq mümkündür: Rusiyalı həkimdən vacib açıqlamalar
  • Bu gün, 10:29
    Nyu-Yorkda qeyri-adi hadisə: Banka soxulan maral ofisdə xaos yaratdı
  • Bu gün, 10:26
    Donald Tramp İlham Əliyevə təşəkkür edib
  • Dünən, 20:25
    Qərbi Azərbaycan Amasiya rayonu Quzukənd icmasında «Xatirə gecəsi» keçirildi.
  • Dünən, 13:55
    XALQIN ADAMI
  • Dünən, 11:03
    Yaponiyada parlamentin aşağı palatası buraxıldı
  • Dünən, 10:59
    Bakıda 60 yaşlı kişi iynədən şoka düşüb öldü - TƏFƏRRÜAT
  • Dünən, 10:57
    WUF13 çərçivəsində keçiriləcək tərəfdaş tədbirləri üzrə müraciətlərin qəbulunun başa çatmasına son bir həftə qalıb
  • Dünən, 10:55
    KİV: Qrenlandiya sazişi Rusiya və Çin layihələrinə qadağanı nəzərdə tutur
  • Dünən, 10:52
    Bakı Dəmiryol Vağzalında ölüm
  • Dünən, 10:50
    Həftəsonu keçiriləcək maraqlı futbol oyunlarının AFİŞASI
  • Dünən, 10:48
    "İrşad"da "ŞAD Günlər" başladı
  • Dünən, 10:44
    Ağ Evin Venesuelaya birbaşa güc tətbiqini qadağan edən qətnamə qəbul olunmadı
  • Dünən, 10:41
    Bu gün Nizami rayonunda qaz olmayacaq
  • Dünən, 10:33
    Gümüşün qiymətində yeni rekord
  • 22-01-2026, 16:09
    Milli Məclisin deputatı Fəzail İbrahimli jurnalist Mərhəmət Lələyevi qəbul edib
  • 22-01-2026, 10:07
    Yük maşını sürücülərinin "qorxulu yuxusu": Avropanın ən stresli şəhərləri məlum oldu
  • 22-01-2026, 10:01
    Azərbaycanda ödənişli əsaslarla oxuyan bəzi şəxslərin təhsil haqqı dövlət tərəfindən ödəniləcək
  • 22-01-2026, 09:51
    Yevlaxda beş nəfər dəm qazından zəhərlənib, ölən var
  • 22-01-2026, 09:48
    Pişiklə danışmaq normaldır? - Psixiatrdan maraqlı açıqlama
  • 22-01-2026, 09:46
    UEFA Avropa Liqası: VII turun oyunları keçiriləcək
  • 22-01-2026, 09:41
    Meymunçiçəyi virusu dəyişir: Alimlər yeni mutasiya dalğasını aşkarladılar
  • 22-01-2026, 09:39
    20 saniyəlik möcüzə: Qucaqlaşmaq sağlamlığımıza necə təsir edir?
  • 22-01-2026, 09:36
    Məğlub olan "Mançester Siti"dən azarkeşlərinə qarşı maraqlı jest
  • 22-01-2026, 09:33
    Pis əhvali-ruhiyyənin daha bir səbəbi müəyyən edildi
  • 22-01-2026, 09:28
    Seneqal yığmasının üzvlərinə pul mükafatı və torpaq sahələri veriləcək
  • 22-01-2026, 08:00
    Zamanın yetişdirdiyi insan: Xalqın etibarına söykənən ömür yolu
  • 21-01-2026, 21:45
    Şəhid ailələri ölkə başçısına müraciət etdilər
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə