• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Qreq Saymons: “Türkiyənin danışıqlarda son dərəcə güclü mövqeyi var” - İSVEÇDƏN MÜSAHİBƏ

gundem / manset

3-04-2023, 13:37

Qreq Saymons: “Türkiyənin danışıqlarda son dərəcə güclü mövqeyi var” - İSVEÇDƏN MÜSAHİBƏ
Uzun müddət NATO-ya üzvlüyünü İsveçlə sinxronlaşdırmağa çalışan Finlandiya bu ideyadan vaz keçdi. Bunun ardınca Macarıstan və Türkiyə parlamentləri Helsinkinin Şimali Atlantika Alyansında iştirak ərizəsini təsdiqlədilər. Ankara və Budapeşt yaxın vaxtlara qədər Finlandiya və İsveçin NATO-ya qəbul qərarını gecikdirən yeganə üzv olaraq qaldılar.

Qaldı İsveç. Bu ölkə isə Türkiyənin hələ çox sualına cavab verməyib. İsveç “Türkiyə siyahısı”ndan olan şübhəlilərin, Türkiyədə ekstremizmdə ittiham olunan şəxslərin ekstradisiyasından imtinaya davam edir. Söhbət ilk növbədə Kürdüstan Fəhlə Partiyasının (PKK) fəallarından və FETÖ təşkilatının tərəfdarlarından gedir.

İsveçli analitik, professor, Uppsala Universitetinin Rusiya və Avrasiya Araşdırmaları İnstitutunun (IRES) elmi əməkdaşı Qreq Saymons vəziyyəti Oxu.Az-a şərh edib.

- Ankaranın Finlandiyanın müraciətinə razılıq verməsini bir növ Türkiyədə may ayında keçiriləcək prezident və parlament seçkiləri ilə bağlamaq olar?

- Xeyr, düşünmürəm ki, Türkiyənin bu jesti qarşıdan gələn seçkilərlə bağlı ola. Bu, Türkiyənin Finlandiyaya olan xoş niyyətinin təzahürü kimi qiymətləndirilə bilər. Eyni zamanda, Finlandiya ilə Türkiyə arasında münasibətlərin mürəkkəblik dərəcəsi İsveçlə müqayisədə daha azdır. Bundan əlavə, indi Türkiyə Finlandiyaya bu güzəşti etməklə İsveçə qarşı əlavə danışıqlar imkanları əldə edir ki, o, Türkiyə tərəfinə lazımi güzəştləri etsin.

- Bəs İsveçi nə gözləyir? Türkiyə onun NATO-ya üzv olmaq üçün müraciətini təsdiq edəcəkmi?

- İsveç artıq onilliklərdir ki, Türkiyəyə qarşı kifayət qədər didaktik və hətta təkəbbürlü münasibət sərgiləyir. Stokholmda şişirdilmiş özünəhörmət hissi var. Burada NATO üzvlüyünə layiq olduqlarını hesab etdilər və buna görə də bu yaxınlarda İsveç müstəsnalığı ideyasını qorumaq və Qərb qlobal liberalizminə və onun institutlarına tam inteqrasiya etmək ambisiyalarından əl çəkdilər. Eyni zamanda, NATO İsveçin qoşulmağa qərar verdiyi Avro-Atlantik təşkilatların sonuncusu oldu. Nəticə etibarı ilə Türkiyənin danışıqlarda son dərəcə güclü mövqeyi var. Bundan əlavə, Ankaranın vaxtı var, ona görə də İsveç bu asimmetriyanın “səhv”, zəif tərəfindədir.

- Bəs Finlandiya NATO-ya daxil olduqdan sonra dünyada geosiyasi uyğunlaşma necə dəyişir? Axı bu ölkənin Rusiya ilə 1000 km-dən çox quru sərhədi var.

- Finlandiya NATO-ya daxil olmaqla, həqiqətən də, Şimali Atlantika Alyansına Rusiya ilə böyük quru sərhədi verir. Əslində bu, Finlandiya üçün milli təhlükəsizlik problemidir, çünki bir tərəfdən, o, qeyri-sabit vaxtlarda geosiyasət obyektinə, digər tərəfdən isə NATO ilə müharibə olacağı təqdirdə Rusiyanın hədəfinə çevrilir. Helsinki Moskva ilə “soyuq dostluğu”nu Rusiya Federasiyasının düşməni statusuna dəyişir, bu, göz qabağındadır.

- Təbii ki, Cənubi Qafqazdakı vəziyyət barədə soruşmaya bilmərəm. Ankaranın Helsinkinin NATO-ya üzvlük ərizəsini təsdiqləməsi Rusiya ilə Türkiyə arasında münasibətləri və qarşılıqlı anlaşmanı pisləşdirə bilərmi? Bu, Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin olduğu bölgəmizə necə təsir edəcək?

- Düşünmürəm ki, Ankaranın Helsinkinin NATO-ya daxil olmasına razılıq verməsi Türkiyə ilə Rusiya arasında münasibətləri kökündən dəyişəcək və müvafiq olaraq, bu, Cənubi Qafqaz üçün nəticələrə gətirib çıxarmayacaq. Əsas səbəb həm Türkiyə, həm də Rusiyanın praqmatik olmaları və çoxqütblü dünyaya köklənmələridir. Ölkələr arasında müəyyən razılaşmaların olması və qarşılıqlı məqbul mübadilənin yaradılması istisna deyil. Beynəlxalq münasibətlərdə və geosiyasətdə iki ölkənin nəinki əməkdaşlıq, hətta məsələn, Liviya və Suriyadakı kimi mübahisə etdikləri hallar var. Bununla belə, onların hər ikisi funksional olaraq əlaqə saxlayır.

Əksi səsləndirilən müxtəlif proqnozlara baxmayaraq, 2020-ci ildə baş verən İkinci Qarabağ müharibəsinin Türkiyə ilə Rusiya arasında münasibətlərin dinamikasını əsaslı şəkildə dəyişmədiyini xatırlamaq olar.

Nair Əliyev

Oxunub: 158
Paylaş:
Digər xəbərlər

dunya / manset

31-03-2023, 07:58

Türkiyə parlamenti Finlandiyanın NATO-ya qəbul ərizəsini təsdiqlədi

dunya / manset

15-02-2023, 08:25

Stoltenberq: “İsveç və Finlandiya NATO-ya ayrı-ayrılıqda da üzv ola bilərlər”

dunya / manset

24-01-2023, 08:29

Dövlət Departamenti Quranın yandırılması barədə: “Türkiyə və İsveçin arasını vurmağa cəhd ediblər”

ULUSƏS TV
Son xəbərlər
  • 18-10-2026, 10:38
    Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında Memorandum imzalanıb
  • Bu gün, 17:26
    Sumqayıtda Zəfər Günü münasibətilə genişmiqyaslı ağacəkmə aksiyası keçirilib
  • Bu gün, 17:19
    Bu başçılar Polad Həşimovun anasını ziyarət etdilər - Foto
  • Bu gün, 15:46
    SİZ CAN VERDİNİZ, VƏTƏN YAŞASIN...
  • Bu gün, 14:17
    ZƏFƏR TARİXİNİN MÜƏLLİFİ... ALİ BAŞ KOMANDANIM!
  • Bu gün, 14:13
    Şuşa Zəfəri: şanlı Qələbənin rəmzi
  • Bu gün, 13:44
    “VƏTƏNİMDİR, VƏTƏNİMDİR, VƏTƏNİM!..”
  • Bu gün, 13:16
    HESABI AXIRDA KƏSƏN MİLLƏTƏM!
  • Bu gün, 11:10
    ATU-da Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirildi - Fotolar
  • Bu gün, 11:04
    Fatmayıda evdə partlayış, 2 nəfər yaralandı
  • Bu gün, 10:59
    “Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
  • Bu gün, 10:44
    Məşhur müğənni Güllü Muradovanın həyat yoldaşı həbs edildi – ŞOK SƏBƏB
  • Bu gün, 10:36
    Dünyanın ən kiçik avtomobili hərracda satılacaq
  • Bu gün, 10:19
    İnterpolla axtarılan şəxs Almaniyada tutulub Azərbaycana gətirildi
  • Bu gün, 10:05
    Casusluq riskinə görə BYD-yə məhdudiyyət qoymağa çağırdılar
  • Bu gün, 10:00
    İranın qalanını da məhv etməklə hədələdi - “Tezliklə öyrənəcəksiniz”
  • Bu gün, 09:56
    Türkiyədə sabiq nazir həbs edildi
  • Bu gün, 09:52
    “Ukrayna ilə bağlı böyük razılaşma əldə olunacaq”
  • Dünən, 11:00
    FHN-dən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə - Müraciət
  • Dünən, 10:54
    Anar Rzayevə ağır itki
  • Dünən, 10:45
    Şəhid anası faciəvi şəkildə öldü - Foto
  • Dünən, 10:19
    Beyləqanda Zəfər Günü ərəfəsində ağacəkmə aksiyası keçirildi - Fotolar
  • Dünən, 10:14
    Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi
  • Dünən, 10:10
    “EDU Company” yüksək nəticə göstərən abituriyentlərinə 20 min pul mükafatı verdi
  • Dünən, 10:04
    Sağlam qidalanma ilə bağlı - Bilməli olduğunuz vacib məqamlar
  • Dünən, 10:00
    Papa ilə görüşə kapüşonlu sviterdə getdi - Foto
  • Dünən, 09:56
    Faciəyə görə istefa verdi - Həmin qəza səbəbindən işdən çıxan nazirin yerinə gətirildi
  • Dünən, 09:52
    Gündüz yuxunuz gəlirsə - Bu xəbəri mütləq oxuyun!
  • 4-11-2026, 20:51
    Fədakarlığı və şərəfli fəaliyyəti ilə ucalan səhiyyə ulduzu – Lamiyə Mirzəyeva
  • 4-11-2026, 11:06
    Qəbələdə ölkənin ən böyük qastronomiya tədbiri baş tutdu - Qastronomiya Sammiti 2026
  • 4-11-2026, 11:00
    Neftimiz 113 dollara ticarət edilir
  • 4-11-2026, 10:55
    “Abşeron” TM-in qarşısında ağır qəza, piyada öldü
  • 4-11-2026, 10:50
    Texasda 32 il sonra Demokratlar qalib gəldi - Mask rəqibinə 200 milyon ayırmışdı
  • 4-11-2026, 10:45
    Bu yolda hərəkət məhdudlaşdırılacaq - Sürücülərin nəzərinə!
  • 4-11-2026, 10:40
    ABŞ-də 30 ildə ilk dəfə qızılcadan ölüm qeydə alındı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə