• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Baxmutdan necə sağ çıxdım?

gundem / manset

22-04-2023, 11:23

Baxmutdan necə sağ çıxdım?
Mübariz Aslanov yazır...

İlk dəfə idi ki, bu qədər gözləyirdim. Bundan əvvəl, son bir ildə - Ukraynada müharibə başlayandan bəri Donetsk vilayətinə 4 və ya 5 dəfə gəlmişəm. Hər dəfə də vilayətin inzibati mərkəzi olan Kramatorskda ən uzağı bir gecə qaldıqdan sonra təyinatı üzrə cəbhə nöqtəsinə yollanırdım.

2014-cü ildə Donetsk şəhərinin işğalından sonra Ukrayna bu vilayətin inzibati mərkəzi kimi Mariupol şəhərini seçmişdi. Ötən il isə Rusiyanın Mariupolu dağıdıb işğal etməsindən sonra vilayətdəki ukraynalı rəsmilər inzibati mərkəz kimi Kramatorsk şəhərində qərarlaşıblar.

2023-cü ilin qışının sərtliyi Donetsk vilayətində özünü göstərirdi. Həmçinin hərbi sahədə də vəziyyət gərginləşmişdi. Məsələn, ay yarım əvvəlki səfərimlə müqayisədə artıq bir qədər yaxınlaşan Rusiya ordusu və separatçılar artıq Kramatorsku vururdular. Bura hazırda Ukraynanın ən qaynar və həlledici nöqtəsi olan Baxmutdan cəmi 25-30 kilometr məsafədə yerləşir.

Yenə də Baxmutda mümkün çəkilişlər etməyə, son vəziyyəti işıqlandırmağa gəlmişdim. Artıq 2 gündür Kramatorskda gözləməyimə baxmayaraq, hələ də Baxmut istiqamətindəki Ukrayna ordusunun N saylı briqadasının mətbuatla əlaqələrə məsul zabiti (burada onu “press-zabit” çağırırlar) cavab üçün yubanırdı. Kramatorskda həmyerlilərimizin mənim üçün kirayə tutduğu evin vaxtının azalması, havanın sərt soyuqluğu, “press-zabit”in kaprizi və ən əsası da bekar oturub gözləmək səbrimi zorlayırdı. Nəhayət, ertəsi gün Baku TV-nin səhər proqramına canlı bağlantıya hazırlaşan vaxt “press-zabit” Sergey zəng etdi:

“Hazır ol! 15 dəqiqəyə səni Kramatorskda qaldığın yerdən götürürlər”.

Səhər efirinə canlı bağlantıdan gec ayrılmağım isə başqa bəla yaratdı. Sergeyin göndərdiyi hərbçilər məni gözləyib, zənglərini cavabsız buraxdığım üçün qayıdıb getmişdilər. Telefonu açanda Sergeyin saysız-hesabsız qəzəbli səs mesajlarını dinləməli oldum...
Başqa variant yox idi. Dil töküb ukraynalı zabiti yola gətirdim, 15 kilometrlik məsafədə olan Konstantinovkada məni gözləmələrinə nail oldum. Özüm isə bu ərazidə samanlıqda iynə tapmağa bərabər olan taksi tapıb, yolda düşdüm. 300 qrivenlik məsafəni 1000 qrivenə (40 qriven - 1 ABŞ dolları idi həmin gün) apardı..

Konstantinovkada onlara qoşulanda maşında Polşadan bir fotoreportyoru da gördüm - adı Mark idi. Yol boyu söhbətimizdən (Ukrayna dilini bilir) məlum oldu ki, əslən Almaniyadandır, milliyyətcə yəhudidir. Amma qatı xristiandır, tez-tez xaç çəkirdi.

Baxmuta bu dəfə əsas yoldan yox, Konstantinovka istiqamətindəki kəndlərdən girdik. Çünki dekabrda girdiyimiz əsas yol artıq yaxınlaşmış Rusiya “vagner”çilərinin atəşi altda idi. Şəhərdən əsər-əlamət qalmayıb. Güclü qar da yağır. Yamyaşıl ovalıq relyefi olan Donetsk vilayətinin gözəlliyinə görə seçilən Baxmut şəhəri indi xarabalığı xatırladır. Rusiyalılar dayanmadan şəhərin hər küçəsini 5-10 kilometrlik məsafədən raket və mərmi atəşinə tuturlar. Bir küçədə yarım kilometr düz getmək mümkün deyil, aramsız mərmi atəşinə tuş gələ bilərsən.

Bura qədər gəlmişkən normal çəkiliş etməliydim. Ciddi israrımdan sonra Sergey məni və Markı mərkəzdə düşürərək, az qala yalvarırdı ki, küçə ortası ilə getməyin, binaların dibi ilə hərəkət edin, səs eşidən kimi tez yerə uzanın. Mark əməl etsə də, etiraf edim, məndə alınmırdı. Çünki maraq güc gəlirdi. Küçələrə də dayanmadan mərmi yağırdı. Polşalı həmkarım buna rəğmən mənə yarızarafat bir replika da atdı:

“Siz müsəlmanlarda nədənsə insan həyatına ucuz yanaşırlar”.

Mən də cavabsız qalmadım:

“Çünki biz sizdən fərqli olaraq bu dünyadan çox yapışıb durmuruq, o biri dünyaya çox inanırıq”. Ürəkdən güldü.

Xeyli aralanmışdım. Bu vaxt uzun-uzadı vıyıltı səsi gəldi, ardınca da 3 dəfə partlayış oldu. Yaxınlığımızı vurdular. Özümü qarışısından keçdiyim bir yarıdağılmış binanın blokundan içəri atdım, uzandım. Xeyli keçdi. Ara sakitləşdi. Qalxıb hərəkətə davam edəndə, binanın zirzəmisindən 65-70 yaşlı bir sakin də çıxdı. Onunla salamlaşıb, birgə addımlayırıq. Xahiş etdim, mənə geriyə, mərkəzə doğru kəsə yol göstərsin. Adı Nikolay idi. Təxminən 150-200 metr getmişdik. Arxadakı binadan qızı çağırırdı, nə soruşduğunu anlamadım. Şəhərdə aramsız atışma səsləri imkan vermirdi. Nikolay mənə dayanmağımı işarə edib, qızını gözlədi. Nədənsə hövsələm çatmadı, irəliləməyə başladım. Əlimdəki çəkiliş üçün quraşdırdığım telefonla ətrafı çəkərək, təxminən 200-300 metr aralanmışdım ki, dəhşətli bir partlayış sanki yeri-göyü birləşdirdi. Ayağım yerdən üzüldü. Özümü vakuumda hiss etdim. Kənarda yerə çırpıldım. Qulaqlarım tutuldu. Ətraf qar tozanağına büründü. Bilmirəm, dəqiq nə qədər, bəlkə də, 5-10 dəqiqə keçdi. Özümü tarazlayıb, qalxıb əlimdən uçub gedən telefonu axtarıb tapdım. Şükür, salamat qalmışdıq. Nikolay tərəfə baxdım ki, yerə uzanıb. Yanında da yeni qaçıb gəlmiş qızı bağırır. Raketlər onun yaxınlığına - haradasa 300 metrlik məsafədə düşüb bir binanı darmadağın etmişdi. Tez o tərəfə qaçdım. Mən çatanda artıq keçinmişdi. Beynimdə isə dayanmadan yalnız bu dolanırdı, yaxşı ki, Nikolayın işarəsinə əməl edib onunla burada gözləmədim...

Rusiyalılar “Solntsepek” (TOS-1A) tipli “Qrad” qurğusundan durduğumuz yeri atəşə tutmuşdular. Bu, elə bir raket sistemidir ki, 7 kilometrdən uzaq uçmasa da, böyük dağıntı gücü ilə yanaşı, olduqca dəhşətli dalğa effekti də var. Nikolay da məhz onun dalğasına tab gətirməyib.

Onlardan ayrılıb, mərkəzə doğru tək hərəkət etdim. Mark və Sergey məni orada gözləməliydilər...

Baxmutdan geri qayıtmaq üçün.

Bizimlə əlaqə saxlayın

Oxunub: 144
Paylaş:
Digər xəbərlər

dunya / manset

6-03-2023, 08:26

Zelenski: “Ukrayna hərbçiləri Donetsk və Luqansk vilayətlərində ən çətin döyüşlərini aparır”

ULUSƏS TV
Son xəbərlər
  • Dünən, 13:23
    Enerji təhlükəsizliyində yeni mərhələ
  • Dünən, 12:24
    Yol Quruculuğunda Peşəkarlıq və Sədaqət Nümunəsi – İlham Əzimov
  • Dünən, 10:39
    Dağ saflığına bələnən şair - Tapdıq Əlibəyli - 65
  • Dünən, 10:24
    Aşıq İsgəndər Ağbabalının 100 illik yubileyinə hazırlıq.
  • Dünən, 08:24
    Hind okeanında ABŞ esminesi vuruldu
  • Dünən, 08:22
    “9 min amerikalı bölgəni tərk edib”
  • Dünən, 08:20
    Dron uçuşları və hava çəkilişlərini qadağan etdilər
  • Dünən, 08:18
    İran İsrail Müdafiə Nazirliyini vurduğunu açıqladı
  • Dünən, 08:15
    BƏƏ həmin xəbəri təkzib etdi
  • Dünən, 08:13
    İsrail İrana geniş hücum dalğasına başladı
  • Dünən, 08:11
    “Lazım gəlsə, Hörmüzdən keçən tankerləri müşayiət edəcəyik”
  • Dünən, 08:09
    “Hörmüzdə 10 tankeri vurduq”
  • Dünən, 08:07
    İran bu ölkədəki ABŞ bazasını hədəf aldı
  • Dünən, 08:05
    “İranda nüvə silahı aşkar edilməyib”
  • 3-03-2026, 20:26
    Qəhrəmanın yolu və ya azadlığa gedən yolun fəlsəfi traktatı
  • 3-03-2026, 08:52
    ABŞ hərbçiləri bu ölkədə etirazçılara atəş açdı
  • 3-03-2026, 08:50
    Ulduz futbolçu İran üçün orduya qoşulmaq istəyir
  • 3-03-2026, 08:48
    “Səfirliyimizə hücuma tezliklə cavab veriləcək”
  • 3-03-2026, 08:45
    “ABŞ əsgərlərinin toplandığı ərazini vurduq, 40-ı ölüb”
  • 3-03-2026, 08:43
    “Real”dan gözlənilməz məğlubiyyət
  • 3-03-2026, 08:41
    “Hörmüz boğazı bağlandı, keçməyə çalışan hər bir gəmini vuracağıq”
  • 3-03-2026, 08:39
    İrandan İsrailə cavab hücumları
  • 3-03-2026, 07:58
    “O ölkələri dərhal tərk edin!” - ABŞ-dən xəbərdarlıq
  • 3-03-2026, 07:56
    İsrail Tehrana yenidən hücum etdi
  • 3-03-2026, 07:54
    “ABŞ ordusunun ən ağır zərbələri hələ qabaqdadır”
  • 2-03-2026, 15:26
    10 İLLİK UĞURLU MEDİA YOLU
  • 2-03-2026, 08:18
    “Silahları yerə qoysunlar, yoxsa ölümlə qarşılaşacaqlar”
  • 2-03-2026, 08:16
    Bəzi Avropa ölkələrindən İrana sərt xəbərdarlıq - “Dəhşətə gəldik”
  • 2-03-2026, 08:13
    Britaniya İrana zərbə endirmək üçün bazalarını ABŞ-yə açdı
  • 2-03-2026, 08:11
    İsraildə fövqəladə vəziyyət rejimi uzadıldı
  • 2-03-2026, 08:09
    İran həlak olan generalların adlarını açıqladı - Siyahı
  • 2-03-2026, 08:07
    “İranla münaqişə 1 ay davam edə bilər”
  • 2-03-2026, 08:05
    “Bu gecə dünya sionistlərin təkəbbürünün sonuna şahidlik edəcək” - Əlirza Ərafi
  • 2-03-2026, 08:03
    SEPAH müdafiə nazirinin ölümünü təsdiqlədi
  • 2-03-2026, 08:01
    34 yaşlı qadın hamamda dəm qazından boğulub öldü
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə