• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyət-Heydər Əliyev

gundem / manset

27-04-2023, 14:33

Dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyət-Heydər Əliyev
Heydər Əliyev! Dünya şöhrətli siyasət adamı, Azərbaycan xalqının böyük oğlu, bütün cahan dövlət başçılarının daima hörmət və ehtiramını qazanmış güclü lider, öz ağlı, uzaqgörən siyasəti ilə tarixə öz imzasını goymuş nəhəng insan, sadəliyi və səmimiliyi ilə xalqın sevimlisinə çevrilən sadə Azərbaycanlı, usağla uşaq, böyüklə böyük olmağı bacaran əsl insanlıq nümunəsi, bu günün, dünənin və sabahın lider partiyası olan yeni Azərbaycan partiyasının yaradıcısı. .... Azərbaycan əlifbasının bizə verdiyi bütün imkanları səfərbər edib bu sıralamanı çoxx uzada bilərik ki, bu şəxsiyyəti anlada bilək. Görkəmli dövlət xadimi olan Heydər Əliyevin dünya dövlətçilik tarixində ilk dəfə olaraq Ümummilli Lider statusu qazanan dahi şəxsiyyətdir.Ulu öndır Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi siyasi sıanqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararqq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Müstəqil Azərbaycan ulu öndərin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Mu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbayvanlının şərəfli vəzifəsidir. Azərbaycan xalqının ümummilli lideri, dünya səviyyəli siyasi xadim Heydər Əliyev çoxəsrlik dövlətçilik tariximizdə yeni parlaq səhifə açan nadir, bənzərsiz şəxsiyyətdir. Tarixin yaddaşında əbədi iz qoymaq hər insana nəsib olmayan böyük xoşbəxtlikdir. Bu yalnız Heydər Əliyev kimi dahi şəxsiyyətlərin qismətinə düşən müstəsna taledir. Bütün həyatını xalqının xoşbəxt gələcəyinə, qüdrətli Azərbaycan dövlətinin yaradılmasına və inkişafına həsr etmiş bu dahi şəxsiyyətin Vətən və xalq qarşısındakı xidmətləri misilsizdir. Xalqımızın yaddaşında yaradıcı, qurucu və xilaskar obrazını daim yaşadıb, qəlblərdə özünə əbədi məhəbbət qazanıb. Ümummilli lider hakimiyyətə gəldiyi ilk illərdən Azərbaycanın gələcəyi üçün dilimizi, mənəviyyatımızı, milli-mənəvi dəyərlərimizi, ənənələrimizi qoruyub saxlamağın vacibliyini mühüm şərt kimi qarşıya qoydu. Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə gənc dövlətin siyasi və iqtisadi əsasları yaradıldı, eyni zamanda, Azərbaycan xalqının milli-mənəvi irsini ehtiva edən ideya – azərbaycançılıq ideologiyası təşəkkül tapdı.
2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə dövlət başçısı İlham Əliyevin 2022-ci il 29 sentyabr tarixli Sərəncamı ilə 2023-cü il ölkəmizdə “Heydər Əliyev İli” elan edilmişdir.
Ümummilli liderin zəngin dövlətçilik təcrübəsi, siyasi irsi Müstəqil Azərbaycan tarixinin ən mühüm və silinməz səhifələrini təşkil edir. Bu mənada dövlət başçısı İlham Əliyevin 2023-cü ilin “Heydər Əliyev İli” elan etməsi haqqındakı tarixi Sərəncamı çoxəsrlik Azərbaycan tarixində xüsusi yeri olan Heydər Əliyev fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin daha dərindən araşdırılmasına, zəngin irsinin əhatəli təbliğinə geniş imkanlar yaradacaqdır.
Sərəncamda da vurğulandığı kimi, ulu öndər Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Davamlı yüksəliş yolunda inamla irəliləyən müasir Azərbaycan ulu öndər Heydər Əliyevin həyat amalının təntənəsidir. Dahi şəxsiyyət hələ hakimiyyətinin birinci dövründə Azərbaycanın müstəqil gələcəyini düşünərək biri-birindən mühüm addımlar atmışdır.
Buna görə də Azərbaycan ədliyyəsinin davamlı inkişafı yolunda əldə olunan nailiyyətlər bütün ədliyyə işçilərində böyük ruh yüksəkliyi doğurmaqla, hamımızın qurub-yaratmaq əzmini daha da artırır və biz elə çalışmalıyıq ki, ədliyyə və məhkəmə sisteminin inkişafı ölkəmizdə sosial-iqtisadi tərəqqisindən geri qalmasın.
Ədliyyə işçiləri ulu öndər Heydər Əliyevin müəyyən etdiyi və uğurla həyata keçirilən dövlətçilik amallarına daim sadiq qalaraq ölkəmizin daha da qüdrətlənməsi və demokratik hüquqi dövlət quruculuğu işində möhtərəm Prezidentimiz cənab İlham Əliyevə yardımçı olmağı özlərinin vəzifə və vətəndaşlıq borcu sayırlar.
Bu gün Azərbaycanın suverenliyini, müstəqilliyini, ərazi bütövlüyünü qorumağa tam qadir olan, torpaqlarımızı erməni işğalından azad edən güclü və qalib Orduya malik olması Heydər Əliyevin misilsiz xidmətlərindən sadəcə biri sayıla bilər. Ümummilli lider uzun illər ordu quruculuğu ilə yanaşı, Qarabağ həqiqətlərini bütün dünya ictimaiyyətinə olduğu kimi çatdırmaq üçün var qüvvəsi ilə çalışıb. Ulu öndər istər dövlət başçıları, istərsə də xarici ölkələrdə olan Azərbaycan diasporunun nümayəndələri, iş adamları, qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşlərində Dağlıq Qarabağın Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olması fikrini əsaslandırıb və buna da nail olub. Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirməsi nəticəsində işğal altında olan torpaqlarımız azad edildi.
Əsasını ulu öndərin qoyduğu müasir və güclü Azərbaycan Ordusu cəmi 44 günə düşmənin silahlı qüvvələrini darmadağın etdi. Ata-baba torpaqlarımızın işğaldan azad olunması ilə bitən möhtəşəm zəfərdə Ali Baş Komanda İlham Əliyevin də qeyd etdiyi kimi Azərbaycan gəncləri əsas rolu oynadılar. Qorxmaz, igid gənclərimiz canları və qanları bahasına torpaqlarımızı işğaldan azad edərək adlarını Azərbaycan tarixinə qızıl hərflərlə yazdılar. Təbii ki, gənclərin belə vətənpərvər, milli ruha sadiq yetişdirilməsində ulu öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasətin müstəsna əhəmiyyəti var. Vətən müharibəsi Azərbaycanda vətənpərvər gənc nəslin yetişdiyini bir daha sübut etdi.
Müasir Azərbaycanın qurucusu ulu öndər Heydər Əliyevi anadan olmasının 100-cü ildönümü ilə əlaqədar hörmətlə və minnətdarlıqla anırıq. Əbədi yaşar lider xalqı üçün etdiyi bütün fədəkarlıqları ilə hər zaman qəlbi Azərbaycanla döyünən bütün azərbaycanlıların qəlbində ən xoş duyğularla yaşayacaq.

Aytən Muradova
2 saylı Asan xidmət mərkəzinin qeydiyyat şöbəsinin rəisi, kiçik ədliyyə müşaviri

Oxunub: 225
Paylaş:
Digər xəbərlər

gundem

26-02-2023, 16:22

Bütün sahələrə qayğı və diqqət Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 12:38
    Könül Vəlibəylinin qızı da xəstəxanaya yerləşdirilib - Vəziyyəti orta ağırdır
  • Bu gün, 12:36
    “Arada hirslənmək lazımdır” - Qurban Qurbanov
  • Bu gün, 12:32
    Müzakirələrə səbəb olan görüşdən - Fotolar
  • Bu gün, 12:29
    Prezident açılışda
  • Bu gün, 12:27
    Ağdamın elektrik şəbəkəsi yenilənir
  • Bu gün, 12:25
    Yanğın anından video paylaşdı - Bu restoranı ittiham etdi
  • Bu gün, 11:09
    “Bu gün tanış olmuşduq, xəbər gəldi ki, rəhmətə gedib…”
  • Bu gün, 11:02
    Prezident ailəsi Lənkəranda fermer təsərrüfatı ilə tanış oldu
  • Dünən, 20:15
    TAİB-in aydınları- Tapdıq Əlibəyli
  • Dünən, 12:00
    YAP milli maraqlara xidmət edən fəaliyyəti ilə xalqın etimadını qazanıb
  • Dünən, 11:20
    Nazir ABŞ nümayəndələri ilə görüşdü
  • Dünən, 11:18
    Frida bununla da tarixə düşdü - 54,7 milyonluq hərrac
  • Dünən, 11:15
    Ukraynadan sülh planına bu tarixə qədər razılaşmağı tələb edirlər
  • Dünən, 11:05
    Yasamalda YAP-ın 33-cü ildönümü qeyd edildi
  • Dünən, 11:03
    Təxirə salınmış “Sabah”-“Qarabağ” matçının saatı açıqlandı
  • Dünən, 10:57
    Qəzada ölən əmioğlular həkimə gedirmişlər...
  • Dünən, 10:54
    “65 manata göndərilən malı onlar təyyarə bileti qiymətinə çatdırırlar...”
  • Dünən, 10:52
    Sümük iliyi transplantasiyası onkoloji xəstələrin müalicə imkanlarını genişləndirir
  • Dünən, 10:50
    Prezidentdən forum iştirakçılarına - Müraciət
  • Dünən, 10:47
    Ermənistan nümayəndə heyəti Bakıdadır
  • Dünən, 10:30
    Yeni Azərbaycan Partiyası dövlətçiliyin partiyasıdır
  • 20-11-2025, 20:08
    Şirvanda YAP-ın təsis olunmasının 33-cü ildönümü qeyd edilib
  • 20-11-2025, 10:57
    ABŞ Dövlət katibinin müavini Şəhidlər xiyabanında
  • 20-11-2025, 10:55
    Polis Akademiyası təbliğat-təşviqat tədbirlərini davam etdirir
  • 20-11-2025, 10:52
    Baş nazirdən əlilliyi olan şəxslərlə bağlı - Qərar
  • 20-11-2025, 10:49
    Tramp Putinlə Azərbaycan haqda bunları danışıb - Özü açıqladı
  • 20-11-2025, 10:46
    Türkiyə millisinin rəqibi bəlli olur
  • 20-11-2025, 10:44
    Onların sanatoriya-kurort müalicəsi ilə bağlı - Yeni qaydalar
  • 20-11-2025, 10:42
    SAF 2025-in qalibləri mükafatlandırıldı
  • 20-11-2025, 10:39
    Əliyevalar Yeni Klinikada mərkəzlərin açılışında
  • 20-11-2025, 10:37
    Tramp nadir hədiyyəni Ronaldoya da verdi
  • 20-11-2025, 10:33
    İki şəhidin məzarı qarət olundu - “Tək təsəllimizi aparıblar”
  • 19-11-2025, 12:14
    Gələn il təhsil və elmə 5,2 milyard ayrılacaq
  • 19-11-2025, 12:08
    ABŞ Ukraynada müharibənin dayandırılması üçün gizli plan hazırlayır - "Axios"
  • 19-11-2025, 12:06
    Mədəniyyət Nazirliyinə ittihamlar: Araşdırma başladı - Nə baş verir?
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə