• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

15 iyun Milli Qurtuluş Günü müasir tariximizin ən şanlı səhifələrindəndir

gundem / ust / manset

10-06-2023, 07:30

15 iyun Milli Qurtuluş Günü müasir tariximizin ən şanlı səhifələrindəndir
Azərbaycan dövlətinin, xalqının taleyində böyük əhəmiyyəti olan, tariximizə qızıl hərflərlə yazılan 15 İyun-Milli Qurtuluş Günündən 30 il ötür. XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycan böyük təhlükələrlə üzləşmişdi. Xalqın təkidli tələbi ilə Bakıya qayıdan ulu öndər Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri, həmin il oktyabrın 3-də isə Azərbaycanın Prezidenti seçildi. Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycan dinamik inkişaf yoluna qədəm qoydu. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlamış, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter almışdır. Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni düşdüyü vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Əslində bu, bütün xalqın ürəyinin səsi idi. Xalqımız Heydər Əliyevin ətrafında sıx birləşməklə öz gələcək taleyini özü həll etmək niyyətində idi. Ümummilli lider hakimiyyətə gəldikdən sonra Azərbaycanın dövlət müstəqilliyini təhdid edən bütün proseslərin qarşısı alındı və dövlət quruculuğu istiqamətində əsaslı işlər görüldü. Ulu öndərin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycanda vətəndaş qarşıdurmasına birdəfəlik son qoyuldu, ölkəmiz sosial-iqtisadi böhrandan, siyasi çəkişmələrdən və xaosdan xilas oldu. Həmin gün, sözün həqiqi mənasında ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başladı. Bu, sözün həqiqi mənasında "Ömrümün qalan hissəsini də xalqıma bağışlayıram" deyib meydana atılan böyük ürəkli, Vətən oğlunun, dahi siyasətçinin öz xalqı, Vətəni qarşısında misilsiz fədakarlığı idi. Məhz bu səbəblərə görə Azərbaycan xalqının taleyində böyük əhəmiyyəti olan günlərdən biri və ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış gün-15 iyun-Milli Qurtuluş Günü kimi daxil oldu. Azərbaycan xalqının Milli Qurtuluş günü -Azərbaycan Respublikasında rəsmi bayramlardan biri kimi 1997-ci il 15 iyun günündən bayram elan edilib. Bu əlamətdar gündən ötən 30 il Azərbaycanın qurtuluş və zəfər dövrüdür. Ölkəmizin tərəqqisinə və xalqımızın rifahına hesablanmış genişmiqyaslı və ardıcıl islahatlar bu gün öz real bəhrəsini verməkdədir. Artıq üçüncü ildir ki, Milli Qurtuluş günü ölkəmizdə fərqli əhval-ruhiyyədə qeyd olunur. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Vətən müharibəsində parlaq qələbə qazanaraq işğal altındakı torpaqlarımızı azad edib, ölkəmizin ərazi bütövlüyü təmin olunub. Ulu öndərin ən böyük arzusu Azərbaycanı bütöv görmək idi. Onun arzuları reallaşdı. Milli qurtuluş günü Azərbaycanın müasir tarixinin ən əhəmiyyətli günlərindən biridir. Azərbaycan xalqının tarixində və taleyində böyük əhəmiyyət kəsb edən hadisələrdən olan 15 iyun Qurtuluş günü müasir tariximizin ən şanlı səhifələrindəndir. Tariximizə qızıl hərflərlə yazılmış bu tarixi gün xalqımızın nicatına doğru gedən yolun başlanğıcı olmaqla yanaşı, eyni zamanda bugünkü zəfərimizin başlıca təməlidir. Bugünkü müstəqil və qüdrətli Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir. 15 iyun -Milli Qurtuluş günü böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür, xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Ulu öndərimiz Heydər Əliyevdir. Heydər Əliyevin adı tariximizə həm də böyük xilaskar kimi düşüb. Ədliyyə işçisi olaraq 15 iyun-Milli Qurtuluş günü münasibətilə hər kəsi təbrik edir, möhkəm can sağlığı və xoşbəxtlik arzulayıram. Arzu edirəm ki, vətənimizdə həmişə sülh və əmin-amanlıq hökm sürsün! Qoy Azərbaycanın müstəqilliyi, xalqımızın azadlığı əbədi olsun! Əminəm ki, bundan sonra da Azərbaycan xalqı Müzəffər xalq kimi, qalib dövlət kimi əbədi yaşayacaq.

Aytən Muradova
2 saylı Bakı Asan Xidmət Mərkəzinin qeydiyyat şöbəsinin rəisi,
kiçik ədliyyə müşaviri

Oxunub: 268
Paylaş:
Digər xəbərlər
ULUSƏS TV
Son xəbərlər
  • Dünən, 18:37
    Yay Fest 2026-nın ilk düşərgəsi – “Rəqəmsal Dövlət” uğurla başa çatıb
  • Dünən, 12:48
    Bakıda xəstəxanaların həyətindən - Xoşagəlməz görüntülər
  • Dünən, 12:13
    Maştağada 52 yaşlı kişinin meyiti tapıldı
  • Dünən, 12:03
    Antibiotiklərin ömürə təsiri?
  • Dünən, 11:59
    Mütəmadi baş ağrısı və ürəkbulanma ciddi xəstəlikdən xəbər verir.Həkim məsləhəti
  • Dünən, 11:56
    FHN-in Şimal-Qərb Regional Mərkəzi təlim keçirdi
  • Dünən, 11:37
    DÇ-2026-da III yer uğrunda mübarizə - Fransa, yoxsa İngiltərə?
  • Dünən, 11:27
    “Azeri Light”ın qiyməti 90 dollara yaxınlaşır
  • Dünən, 11:24
    İranın hücumundan sonra aeroportu bağladılar
  • Dünən, 11:18
    Hərbçimiz həlak oldu
  • Dünən, 11:14
    Sən kimə dua edirsən?..
  • 17-07-2026, 14:04
    Bayramovla Lavrovun görüşü başlad
  • 17-07-2026, 14:00
    “Bank Respublika” “Azərbaycanın ən yaxşı KOS bankı” mükafatına layiq görüldü
  • 17-07-2026, 13:56
    Eks-bələdiyyə sədri 100 min manata yaxın zərər vurmaqda ittiham olunur
  • 17-07-2026, 13:52
    Ramazan Nəbiyevə yüksək vəzifə verildi
  • 17-07-2026, 13:48
    İsrail parlamenti buraxıldı
  • 17-07-2026, 13:42
    Sumqayıtlı həkimdən beynəlxalq uğur!
  • 17-07-2026, 13:37
    Antibiotik vurulan 5 aylıq hamilə qadın öldü
  • 17-07-2026, 13:19
    İki gün sonra yeni sahibi bəlli olacaq - Dəyəri 1 milyondan çoxdur
  • 17-07-2026, 13:15
    İlham Əliyev Donald Trampa təşəkkür etdi
  • 17-07-2026, 12:14
    Xameneinin dəfn olunduğu məqbərədə yanğın baş verdi
  • 17-07-2026, 12:07
    “Bu ölkəyə səfər etməyin” - ABŞ səfirliyindən xəbərdarlıq
  • 17-07-2026, 11:03
    Göy qurşağı rəngli xatirələr...
  • 16-07-2026, 17:26
    Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov jurnalist Mərhəmət Lələyevi qəbul edib
  • 16-07-2026, 17:12
    Siyasi dialoqun və strateji tərəfdaşlığın inkişafında yeni mərhələ
  • 16-07-2026, 14:48
    Azərbaycanlı dənizçilərə çağırış edildi
  • 16-07-2026, 14:43
    Ümid Hacızadə – 24 yaşın mübarək!
  • 16-07-2026, 13:40
    Dünya bir nərdivandır...
  • 16-07-2026, 12:43
    Əli Əsədov Fələstinin Baş naziri ilə görüşdü
  • 16-07-2026, 12:33
    “Pakistan diplomatiyası buna görə də təqdir olunmalıdır”
  • 16-07-2026, 12:24
    Yaslardakı zəhərlənmələr lavaşla bağlı olub - Açıqlama
  • 16-07-2026, 12:02
    Fələstinin Baş naziri Fəxri xiyabanda
  • 16-07-2026, 11:52
    Mövqe: Hüquqi qiymət verilmiş məsələ ətrafında dezinformasiyaya son qoyulmalıdır. LOR həkimi Rəşad Məmmədovun haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir.
  • 16-07-2026, 11:40
    Abşeronda növbəti vətəndaş qəbulları və görüşlər keçirilib
  • 16-07-2026, 11:34
    Bu dəfə onlar saxlanıldı - Sıla, İlyas Yalçıntaş...
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə