• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Qərbi Azərbaycan İcması Roma Papası Fransiskə məktub göndərib

gundem / ust / manset

13-06-2023, 12:04

Qərbi Azərbaycan İcması Roma Papası Fransiskə məktub göndərib
Qərbi Azərbaycan İcması Roma Papası Fransisk həzrətlərinə məktub göndərərək, Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərini, qəbiristanlıqlarını və müqəddəs yerlərini ziyarət edə bilmələrinə dəstək göstərməsini xahiş edib.

Bu barədə Qərbi Azərbaycan İcmasının Mətbuat Xidməti məlumat yayıb.

Oxu.Az müraciəti təqdim edir:

“Zati-müqəddəsləri, Ermənistandan qovulmuş azərbaycanlıların hüquqlarının müdafiəsi ilə məşğul olan Qərbi Azərbaycan İcması adından ədalət və barışıq üçün sizə ürək ağrısı ilə səmimi müraciət yazırıq. Qərbi Azərbaycan İcması Ermənistan hökumətinin tərəfindən böyük ədalətsizliklərə məruz qalmış azərbaycanlıların vahid səsini təmin etmək üçün 1989-cu ildə yaradılıb.

Xalqımızın acı tarixini böyük kədər hissi ilə sizə nəql edirik. Ermənistan bütün azərbaycanlıları öz evlərindən zorla qovub, onların dini və mədəni ocaqlarını təhqir edib və dağıdıb. Bu qeyri-insani hərəkət təkcə beynəlxalq hüququ deyil, həm də sülh, birgəyaşayış və qarşılıqlı hörmət prinsiplərini pozur.

Ermənistanın azərbaycanlıları və digər etnosları öz ərazisindən qovmaqla monoetnik məkan yaratması siyasəti regionumuzun zəngin etnik və dini müxtəliflik tarixi ilə birbaşa ziddiyyət təşkil edir. Ermənistanın bizim əsas hüquqlarımızı pozması və inkar etməsi bizi sonsuz əzablara düçar edir və davamlı sülh və barışıq perspektivlərinə mane olur.

Zati-müqəddəsləri, biz dinlərarası dialoq və barışığın yorulmaz müdafiəçisi kimi sizə müraciət edirik. Sizin möhtərəm mövqeyiniz böyük mənəvi çəkiyə malikdir və biz təvazökarlıqla sizdən azərbaycanlıların Ermənistanda qalmış evlərini, qəbiristanlıqlarını və müqəddəs yerlərini ziyarət etmələrinə imkan verəcək etimad quruculuğu tədbirlərinin həyata keçirilməsində yardımınızı xahiş edirik. Xalqımıza öz irsi ilə yenidən qovuşmağa və onlar üçün dərin mənəvi əhəmiyyət kəsb edən yerlərdə dua etməyə imkan verən bu sadə akt şəfa və barışıq yolunda güclü bir addım olardı.

Zikr, fədakarlıq və barışığı təcəssüm edən qarşıdan gələn Qurban bayramı bu məsələnin aktuallığına diqqəti çəkmək və Ermənistandan qovulmuş azərbaycanlılara dəstək və həmrəylik ifadə etmək üçün əlverişli məqamdır. Azərbaycanlıların öz vətənlərinə qayıtmaq hüquqlarını tanımağınız və müdafiə etməyiniz, oradakı müqəddəs ocaqlarımızı ziyarət etməyimizə kömək etməyiniz böyük əzab-əziyyətə düçar olmuş insanların qəlbinə təsəlli verməklə yanaşı, bölgədə sülhün və barışığın təşviqinə töhfə verərdi.

Əminik ki, sizin möhtərəm müdaxiləniz Ermənistandan qovulmuş azərbaycanlılar üçün ədalətin bərpasına və insan hüquqlarının həyata keçirilməsinə böyük təsir göstərəcək. Məzlumların müdafiəsində əks-səda doğuran şəfqətli səsiniz müsbət dəyişikliklər və anlaşma, birgəyaşayış ruhunu inkişaf etdirmək üçün böyük çəkiyə malikdir.

Vətənə qayıtmaq arzusunda olan azərbaycanlılar adından bu mühüm işə göstərdiyiniz diqqətə görə sizə dərin minnətdarlığımı bildiririk.

Qoy xalqımızı öz Vətənində təhlükəsiz və ləyaqətlə yenidən yaşaya biləcəyi gələcəyə istiqamətləndirən sülh və barışıq arzusu qalib gəlsin”.

Oxunub: 204
Paylaş:
Digər xəbərlər

gundem / manset

16-03-2023, 11:19

Qərbi Azərbaycan İcması Fransaya çağırış edib

gundem / manset

19-03-2023, 11:24

İcma: “Qərbi Azərbaycan mövzusu Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində gündəliyə gəlib”

dunya / manset

28-04-2023, 08:24

Tarixdə bir ilk: Roma Papası qadınlara səsvermə hüququ verəcək

ULUSƏS TV
Son xəbərlər
  • 18-10-2026, 10:38
    Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında Memorandum imzalanıb
  • Bu gün, 17:26
    Sumqayıtda Zəfər Günü münasibətilə genişmiqyaslı ağacəkmə aksiyası keçirilib
  • Bu gün, 17:19
    Bu başçılar Polad Həşimovun anasını ziyarət etdilər - Foto
  • Bu gün, 15:46
    SİZ CAN VERDİNİZ, VƏTƏN YAŞASIN...
  • Bu gün, 14:17
    ZƏFƏR TARİXİNİN MÜƏLLİFİ... ALİ BAŞ KOMANDANIM!
  • Bu gün, 14:13
    Şuşa Zəfəri: şanlı Qələbənin rəmzi
  • Bu gün, 13:44
    “VƏTƏNİMDİR, VƏTƏNİMDİR, VƏTƏNİM!..”
  • Bu gün, 13:16
    HESABI AXIRDA KƏSƏN MİLLƏTƏM!
  • Bu gün, 11:10
    ATU-da Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirildi - Fotolar
  • Bu gün, 11:04
    Fatmayıda evdə partlayış, 2 nəfər yaralandı
  • Bu gün, 10:59
    “Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
  • Bu gün, 10:44
    Məşhur müğənni Güllü Muradovanın həyat yoldaşı həbs edildi – ŞOK SƏBƏB
  • Bu gün, 10:36
    Dünyanın ən kiçik avtomobili hərracda satılacaq
  • Bu gün, 10:19
    İnterpolla axtarılan şəxs Almaniyada tutulub Azərbaycana gətirildi
  • Bu gün, 10:05
    Casusluq riskinə görə BYD-yə məhdudiyyət qoymağa çağırdılar
  • Bu gün, 10:00
    İranın qalanını da məhv etməklə hədələdi - “Tezliklə öyrənəcəksiniz”
  • Bu gün, 09:56
    Türkiyədə sabiq nazir həbs edildi
  • Bu gün, 09:52
    “Ukrayna ilə bağlı böyük razılaşma əldə olunacaq”
  • Dünən, 11:00
    FHN-dən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə - Müraciət
  • Dünən, 10:54
    Anar Rzayevə ağır itki
  • Dünən, 10:45
    Şəhid anası faciəvi şəkildə öldü - Foto
  • Dünən, 10:19
    Beyləqanda Zəfər Günü ərəfəsində ağacəkmə aksiyası keçirildi - Fotolar
  • Dünən, 10:14
    Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi
  • Dünən, 10:10
    “EDU Company” yüksək nəticə göstərən abituriyentlərinə 20 min pul mükafatı verdi
  • Dünən, 10:04
    Sağlam qidalanma ilə bağlı - Bilməli olduğunuz vacib məqamlar
  • Dünən, 10:00
    Papa ilə görüşə kapüşonlu sviterdə getdi - Foto
  • Dünən, 09:56
    Faciəyə görə istefa verdi - Həmin qəza səbəbindən işdən çıxan nazirin yerinə gətirildi
  • Dünən, 09:52
    Gündüz yuxunuz gəlirsə - Bu xəbəri mütləq oxuyun!
  • 4-11-2026, 20:51
    Fədakarlığı və şərəfli fəaliyyəti ilə ucalan səhiyyə ulduzu – Lamiyə Mirzəyeva
  • 4-11-2026, 11:06
    Qəbələdə ölkənin ən böyük qastronomiya tədbiri baş tutdu - Qastronomiya Sammiti 2026
  • 4-11-2026, 11:00
    Neftimiz 113 dollara ticarət edilir
  • 4-11-2026, 10:55
    “Abşeron” TM-in qarşısında ağır qəza, piyada öldü
  • 4-11-2026, 10:50
    Texasda 32 il sonra Demokratlar qalib gəldi - Mask rəqibinə 200 milyon ayırmışdı
  • 4-11-2026, 10:45
    Bu yolda hərəkət məhdudlaşdırılacaq - Sürücülərin nəzərinə!
  • 4-11-2026, 10:40
    ABŞ-də 30 ildə ilk dəfə qızılcadan ölüm qeydə alındı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə