• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Coğrafiyası genişlənən futbolumuz: Proqressiv qərarlara nə kölgə sala bilər?

gundem / manset

17-06-2023, 14:25

Coğrafiyası genişlənən futbolumuz: Proqressiv qərarlara nə kölgə sala bilər?
Azərbaycan Premyer Liqasında komanda sayının dəyişdirilməyəcəyi gözlənilən idi və dünən AFFA İcraiyyə Komitəsinin iclasından sonra bu dəqiqləşdi.

Ümumən qərarlar mütərəqqidir. İlk növbədə ona görə ki, nəhayət, idman prinsipi qorundu!

Sonuncu dəfə nə vaxt I Divizionun qalibi Premyer Liqaya yüksəlib? - Bu sual artıq ritorik deyil və cavabı bəllidir. “Araz Naxçıvan” layiqli şəkildə elitadadır.

Əvvəllər niyə yüksələ bilməmələrinin də səbəbləri aydındır. Bir çox hallarda I Divizionun ən güclüsü Premyer Liqa üçün tələbləri qarşılaya bilmirdi. Bu halda AFFA himayə etdiyi digər klubu qaldırırdı və ya heç bir klub aşağı düşmürdü.

İndi vəziyyət fərqlidir. Premyer Liqa klublarına birbaşa dövlət tərəfindən 3 milyon manat yardım ayrılır. Beləliklə, prinsipial fərq qalmır: O məbləğ “Şamaxı”nın istifadəsinə verildi, yoxsa “Araz Naxçıvan”ın. Hansı klub daha doğru yararlanmağı bacarsa, o da davamlılığa nail olacaq.

Əvəzedicilərin yarışının I Diviziondan ayrılması, II Divizionun yaradılması növbəti proqressiv qərarlardır. Gələn mövsüm üç peşəkar liqada (Hərçənd II Divizion yarım-peşəkar hesab edilir - red.) ümumilikdə 32 komanda yarışacaq. Beləliklə, ölkənin ümumilikdə 23 nöqtəsində futbol olacaq. Bir vaxtlar “Bakı birinciliyi” ilə məhdudlaşan futbol coğrafiyası artıq Naxçıvana qədər uzanır.

Bununla belə, yenə narazılıq yaradan məqamlar yox deyil. Bəzən arqumentlər, həqiqətən, inandırıcıdır.

Premyer Liqaya yüksəlmə ilə bağlı idman prinsipinin qorunması müsbət məqamdır. Amma bu heç də aşağı liqalara tam şamil olunmayıb və bu, seçilmə meyarlarını sorğulamaq imkanı yaradır.

Məsələn, Region Liqasının qalibi olan “Qusar” II Divizionda oynayacaq, amma ötən mövsüm bu turnirdə pley-offda dayanan “Karvan” və “Araz Saatlı”, qrup səddini aşa bilməyən “İrəvan” və “Difai” I Divizionda çıxış edəcəklər. Region Liqasının finalına qədər irəliləmiş “Çinar Zəngilan” isə heç bir yarışa buraxılmayıb. Son məlumata görə, klub qərardan sonra fəaliyyətini dayandırıb.

Seçim bölgələrin təmsil olunması prinsipi üzrə aparılıbsa, Cənub zonasında qrupun lideri olan “Xəzər Lənkəran 42” deyil, 4-cü yeri tutan “Lerik”in II Diviziona buraxılması yenə idman prinsipinin pozulması deməkdir.

Region Liqasının peşəkar statuslu olmaması və oradakı nəticələrin meyar kimi qəbul edilməməsi, infrastruktur məsələləri səbəb kimi göstərilə bilər. Ancaq bu halda da sonuncu Lənkəranı göstərmək kifayətdir. Orada futbol üçün kifayət qədər normal şərait mövcuddur və bu bölgə uzun illər ölkə futbolunda üst səviyyədə təmsil olunub.

Siyahı İcraiyyə Komitəsinin iclasının ardınca deyil, bir neçə saat keçdikdən sonra açıqlandığından AFFA-nın baş katibi Sərxan Hacıyevin brifinqi zamanı ona bu suallar ünvanlanmadı. Suallar və narazılar çoxdur. Qurum seçimlərin hansı meyarlarla aparıldığını bəyan etməlidir. Yalnız bu halda prosesin mütərəqqiliyi tamamlana bilər.

Faiq Tahirov

Oxunub: 166
Paylaş:
Digər xəbərlər

idman / manset

2-04-2023, 10:44

Premyer Liqa: “Qarabağ” Şamaxı, “Qəbələ” Masazır səfərində - AFİŞA

gundem / manset

22-04-2023, 10:58

Premyer Liqa: “Neftçi” və “Sabah”ın səfər sınağı - AFİŞA

ULUSƏS TV
Son xəbərlər
  • Dünən, 14:05
    Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş futzal turniri başa çatdı
  • Dünən, 13:11
    Prezident Mərkəzi Bankın yeni binasının açılışında iştirak etdi
  • Dünən, 13:08
    Böyümə, yaşlanma və xərçəng riski bir genlə əlaqəlidir
  • Dünən, 13:05
    Bir çox cütlük səhv seçim edir: mütəxəssis seks üçün ən uyğun vaxtı açıqladı
  • Dünən, 13:01
    Alternativ Şuşa yolu istifadəyə verildi - Video
  • Dünən, 12:50
    Torpaq sevgisindən doğan qəhrəmanlıq...
  • Dünən, 12:41
    “SONSUZ İNTELLEKTİN TƏZAHÜRLƏRİ” kitabından ixtisarla
  • Dünən, 12:03
    Onilliklərin ən güclü istisi gözlənilir - Xəbərdarlıq
  • Dünən, 11:45
    ADSEA Xankəndidə 3 mindən çox abonentə xidmət göstərir
  • 2-06-2026, 19:02
    Yaddaşdan silinməyən ilk "Döyüş"
  • 2-06-2026, 17:56
    Bir ananın fəryadı: “Oğlum məktəbdə alçaldılıb, indi isə yaşamaq istəmir”
  • 2-06-2026, 16:18
    Şamaxıda “Elləroyuğu” Yaylaq Festivalı keçirilib
  • 2-06-2026, 08:59
    5 yaşlı uşaq su anbarına düşüb öldü
  • 2-06-2026, 08:45
    Livanda atəşkəs olduğunu açıqladı
  • 2-06-2026, 08:42
    Müqavimət göstərən sürücü saxlanıldı
  • 2-06-2026, 08:38
    “Hizbullah” İsraillə atəşkəsi təsdiqlədi
  • 2-06-2026, 08:33
    Bu ərazilərdə işıq olmayacaq
  • 2-06-2026, 08:30
    101 yaşı var, hələ də maşın sürüb sevgi romanları oxuyur
  • 2-06-2026, 08:27
    Millimiz AÇ-nin 1/4 finalında
  • 2-06-2026, 08:23
    “İranla gələn həftə razılaşma əldə edə bilərik”
  • 2-06-2026, 08:19
    Hörmüzdən keçən gəmilərlə bağlı statistika - Açıqlandı
  • 2-06-2026, 08:10
    Rusiya Ukraynanı vurdu - Ölənlər var
  • 1-06-2026, 21:41
    Düşmən gülləsinə sinəsini sipər edən qəhrəman – Vidadi Nizami oğlu Zalovun igidlik salnaməsi
  • 1-06-2026, 21:34
    “İnklüzivliyin Sirri” – Humanist dəyərlərin təntənəsi və uşaqların yaradıcılıq bayramı
  • 1-06-2026, 21:24
    Hikmət ŞİKAROV - SƏDAQƏT, MÜBARİZƏ VƏ ZƏFƏRLƏ YAZILAN ÖMÜR
  • 1-06-2026, 15:32
    İsmayıllı rayon 8 nömrəli tam orta məktəbin direktor dərdi
  • 1-06-2026, 12:58
    “Azərbaycan oğluyam”
  • 1-06-2026, 12:19
    Şəhid Asəf Məmmədovun doğum günü ehtiramla qeyd edildi
  • 1-06-2026, 09:23
    Rauf Hacıyevin ailəsində itki
  • 1-06-2026, 09:18
    O da “A.B.İ.”yə gəlir
  • 1-06-2026, 08:58
    Əlcəzair Prezidenti Azərbaycanla bağlı sənədi təsdiqlədi
  • 1-06-2026, 08:53
    Arda mövsümün ən yaxşısı seçildi
  • 1-06-2026, 08:50
    Zelenski onların vəzifəsini dəyişmək istəyir
  • 1-06-2026, 08:44
    Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır
  • 1-06-2026, 08:41
    Livan Baş naziri İsraili atəşkəsə çağırdı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə