• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Müqəddəs Quranda Qurban bayramı barədə

gundem / sosial / ust / manset

22-06-2023, 21:26

Müqəddəs Quranda Qurban bayramı barədə
“Rəbbin üçün namaz qıl və qurban kəs!", "De ki: "Mənim namazım da, kəsdiyim qurban da, həyatım və ölümüm də aləmlərin Rəbbi – Allah üçündür", "Biz hər bir ümmət üçün bir qurbangah müəyyən etdik ki, Allahın onlara ruzi verdiyi dördayaqlı heyvanların üstündə (onları kəsdikləri zaman) Allahın adını çəksinlər" kimi münasibətlər göstərilir. Ənəs ibn Malikdən rəvayət olunan hədisdə isə Peyğəmbər demişdir: "Bayram namazından sonra qurban kəsən ibadətini tamamlamış və müsəlmanların sünnəsinə (yoluna) əməl etmişdir". Qurban bayramında hər bir imkanlı müsəlman qurban kəsib, onun ətini imkansızlara, kasıblara paylamalıdır. Burda əsas məqsəd dindarlığa nail olmaqdır. Quranda yazılıb: "Allaha nə ət, nə onun qanı çatmır, ancaq sizin dindarlığınız çatır". İnsan Allahın yaratdığı ən şərəfli və ən üstün məxluqdur. Allah özünün yaratdığını özü yolunda qurban kəsilməsini qəbul etmir.
İsmayıl Qurbanında kəsilən heyvanlarda bir sıra şərtlər vacib sayılır. Qurbanlıq kimi seçilən heyvan qoç, iribuynuzlu dana, yaxud da dəvə olmalıdır. Nəsil artımında dişi heyvanların müstəsna rolu olduğuna görə qurbanlıq heyvanın erkək olması daha üstün tutulur. Qurbanlıq qoçun yaşına gəlincə, bu, ən azı altı aylıq heyvan olmalıdır. Lakin dana, yaxud dəvənin bir yaşı tamam olsa, daha yaxşıdır. Qurbanlıq dəvənin beş yaşı tamam olmalıdır. Qurban bayramında kəsilən heyvanın sağlam olması da vacib şərtdir. Əzalarında hər hansı nöqsanı olan, buynuzunun, yaxud qulağının biri olmayan, axtalanmış heyvanın qurban kəsilməsi İslamda məsləhət görülmür. Kəsiləcək qurbanlıq gözəgəlimli olmalıdır.
Bu bayramın əsas mahiyyəti Allah yolunda kəsilmiş qurbanlıq heyvanın ətini Allahın imkansız bəndələri ilə bölüşmək, onları sevindirmək və ayinin də əsasında, orucluqda olduğu kimi, xeyirxahlıq, paklıq və Allaha inam və sevgi durur.
Bəzən bir neçə adam bir heyvan alıb onu öz aralarında bölüşməklə, yaxud gedib bazardan ət alıb gətirməklə öz qurbanını kəsmiş hesab edirlər. Lakin İslam dininə görə bunlar qurbanlıq hesab olunmur. Əlbəttə, bir neçə nəfər yığışıb bir dananı qurban kəsə bilərlər, bu şərtlə ki, hər bir şəxsə düşmüş ət payını ən azı üç hissəyə bölmək mümkün olsun. Bu hissələrdən biri onların öz ailəsinə sərf olunmalı, qalan hissələr isə fəqir-füqəraya paylanmalıdır.
Qurbanlığın ən gözəl xüsusiyyətlərindən biri odur ki, burada din, məzhəb ayrı-seçkiliyinə yol verilmir. Bu bayramda istənilən dindən olan yetimin, kimsəsizin və yoxsulun haqqı var ki, varlının imkanlarından bəhrələnsin, adi günlərdə yeyə bilmədiyi qurbanlıq ətindən dadsın. Qurbanlıq o deməkdir ki, insanlar Allahın xoşuna gələcək bir əməli icra edirlər.
Qurbanlığın şərtlərindən biri də budur ki, qurban kəsmək yalnız buna imkanı olan varlı adamların boynunda haqdır. İmkanı olmayan adama isə qurban kəsmək vacib deyil. Qurban kəsmək üçün borc pula heyvan almaq İslamda təqdir olunmur, çünki bu bayramın əsas mahiyyəti zənginlərlə imkansızların birliyi, qardaşlığıdır. Bu bayramda hamı sevinməlidir: varlılar-Allaha xoş gedən əməli icra etdikləri və kasıbları sevindirdiklərinə görə, kasıblar isə-dünya nemətindən əldə etdiklərinə və başqalarından gördükləri mərhəmətə və qayğıya görə.
Dünyada yaşayan Azərbaycanlıların və dünya müsəlmanlarının müqəddəs “Qurban Bayramı”nı təbrik edirəm.

İqrar Həsənov
"Avtopilot" MMC-nin rəhbəri

Oxunub: 245
Paylaş:
Digər xəbərlər
ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 17:30
    Din, uşaqların gələcəyi və seçim azadlığı
  • Bu gün, 10:59
    İran Hörmüzün açılması üçün şərtini açıqladı
  • Bu gün, 10:54
    BMT-də Baş katib seçkiləri dalana dirəndi - “Böyük beşlik” veto qoydu
  • Bu gün, 10:49
    Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
  • Bu gün, 10:45
    Yasamal RİH başçısı sakinlərlə görüşdü
  • Bu gün, 10:34
    Gəncədə qanunsuz tikinti işləri araşdırılır
  • Bu gün, 10:29
    Ramiz Mehdiyev YAP-dan çıxarıldı - Təltiflərindən məhrum edilməsi təklif olundu
  • Bu gün, 10:23
    Füzuli: Zəfərdən dirçəlişə
  • Dünən, 20:22
    ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
  • Dünən, 18:59
    Cəmilə Sixəliyeva – uşaqların gələcəyinə sevgi və qayğı ilə yanaşan rəhbər
  • Dünən, 17:58
    MEHRİBAN SULTANOVA: “DÖVLƏTÇİLİYİMİZİN MÖHKƏMLƏNMƏSİ, MİLLİ BİRLİYİMİZİN QORUNMASI VƏ VƏTƏNPƏRVƏR NƏSLİN YETİŞDİRİLMƏSİ HƏR BİRİMİZİN ƏSAS VƏZİFƏSİDİR”
  • Dünən, 17:00
    Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
  • Dünən, 13:49
    Azərbaycan-Laos münasibətlərində yeni yol xəritəsi formalaşır
  • Dünən, 13:15
    Vətən olub torpağa qarışdılar...
  • Dünən, 09:40
    Milli Məclisin komissiyası bəyanat yaydı
  • Dünən, 09:34
    Məktəbin şüşələrini sındıran şəxs həbs edildi
  • Dünən, 09:19
    Pedro Sançezə qarşı istintaq başladı
  • Dünən, 09:12
    Turqut Hüseynovun rəhbərlik etdiyi “TOURGOOD TRAVEL” Azərbaycan turizmində liderliyini qoruyur
  • Dünən, 09:08
    “Şamaxı” “Şəfa”ya, “Sumqayıt” “Araz-Naxçıvan”a qarşı
  • Dünən, 09:01
    “Profili bağlı idi, şəklinə baxanda xoşuma gəldi” - Videomüsahibə
  • Dünən, 08:52
    Nişanlısı “ya anan, ya mən” deyibmiş - Məşhur aktyorun intiharının pərdəarxası
  • Dünən, 08:48
    Senatorlara şübhəli tozlu zərflər göndərildi - Seçkiöncəsi həyəcan siqnalı
  • Dünən, 08:42
    ABŞ-də ibtidai məktəbə silahlı hücum - 3 şagird və 1 müəllim öldürüldü
  • Dünən, 08:38
    İrana qarşı yeni sanksiyalar elan etdilər
  • Dünən, 08:31
    69 ölkədən tarixi qərar
  • Dünən, 08:26
    “1979-dan bəri belə çətinliklə üzləşməmişik”
  • 15-10-2026, 18:48
    “Bizi təhdid edənlər bu gün çayımızı bizim həbsxanalarda içirlər”
  • 15-10-2026, 18:41
    Liderlərin səmimi görüntüləri
  • 15-10-2026, 16:03
    “Zəruri olmayan xərclər üçün borc götürməyin” - AMB rəsmisi
  • 15-10-2026, 12:50
    Davud Qüdrətov – həkimlik peşəsinə sədaqət, insan sağlamlığına xidmət nümunəsi
  • 15-10-2026, 11:42
    Azərbaycan- Laos əlaqələri
  • 15-10-2026, 11:40
    Türkmənistan Prezidenti də Bakıdadır
  • 15-10-2026, 11:20
    Yeni tərəfdaşlıq coğrafiyası: Azərbaycan -Laos
  • 15-10-2026, 11:19
    Münasibətlərin tərəfdaşlıq səviyyəsi mühüm hadisədir
  • 15-10-2026, 11:12
    Laos-Yanardağ körpüsü
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə