• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü

gundem / siyaset / sosial / ust / manset

23-06-2023, 16:26

26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü
İlk dəfə Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 18 sentyabr tarixli fərmanı ilə təsis edilmiş və 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan ordusunun yaradılması barədə Azərbaycan Ali Sovetinin qərarının qəbul edildiyi tarix – 9 oktyabr, Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 22 may 1998-ci il tarixli Fərmanına əsasən həmin fərman qüvvədən düşürülmüş və 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilmişdir.
1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlandı. Avqustun 1-də AXC-nin Hərbi Nazirliyi təsis edildi. İstedadlı general Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əlağa Şıxlinski nazir müavini təyin edildilər. Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etdi. Bu hərbi birləşmələr Muğanda və Əsgəranda milli hökumətə qarşı baş vermiş qiyamları yatırmaqda yüksək səriştəlilik göstərdi, Qazaxda Azərbaycan sərhədlini pozmuş erməni nizami ordu hissələrini darmadağın etdi. Azərbaycan ordusunun Hüseynxan Naxçıvanski, İbrahim ağa Usubov, Həmid Qaytabaşı, Kazım Qacar, Cavad bəy Şıxlinski, Həbibbəy Səlimov kimi istedadlı generalları var idi. AXC süqut etdikdən sonra bolşevik hökuməti Milli Ordunu ləğv etdi.
Onun rəhbərlərinin əksəriyyəti Nargin adasına aparılıb güllələndi. Sovet hakimiyyəti dövründə də Rusiya imperiyasının azərbaycanlılara qarşı hərbi siyasəti dəyişməmişdi. Sovet dövründə çar dövründən fərqli olaraq azərbaycanlı gənclər hərbi xidmətə çağırılırdılar. Lakin onlar döyüş üçün nəzərdə tutulmuş hərbi hissələrdə yox, əsasən tikinti batalyonlarında xidmət edirdilər.
Məqsəd aydın idi - azərbaycanlılar arasında hərb elminə dərindən yiyələnən, müasir silahlarla rəftar etməyi bacaran hərbçilərin yetişdirilməsinə imkan verməmək. Bu siya- sətin mahiyyətini yaxşı başa düşən Heydər Əliyev Azərbaycanda hakimiyyətə gəldikdən sonra, 1971-ci il iyunun 20-də C. Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəb təşkil etdi. Dövlət başçımız azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmasına nail olmuşdu.
C. Naxçıvanski adına Hərbi Liseyin milli zabit kadrlarımızın yetişdirilməsində və o dövrdə ali hərbi məktəbləri bitirmiş şəxslərin silahlı qüvvələrin formalaşmasında müstəsna rolu vardır. Bu məktəblərdə yetişən Azərbaycan hərbçiləri Birinci Qarabağ müharibəsində misilsiz igidliklər göstərmişlər. Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdikdən sonra milli ordunun yaradılması günün ən vacib məsələsinə çevrilmişdi.
Lakin hələ 1991-ci il sentyabrın 5-də Müdafiə Nazirliyinin yaradılması barədə qərarın və həmin ilin oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti tərəfindən silahlı qüvvələrin yaradılması haqqında qanunun qəbul edilməsinə baxmayaraq, o dövrün Respublika rəhbərliyi bu qərarların həyata keçirilməsi üçün heç bir səy göstərmirdi. Ermənistanın gündən-günə genişlənməkdə olan hərbi təcavüzü Milli Ordunun yaradılması işini sürətləndirməyi tələb edirdi. Lakin ilk vaxtlar yaradılmış hərbi hissələr müxtəlif siyasi qüvvələrin əlində alətə çevrilmişdi.
Ordu quruculuğuna yalnız 1993-cü ildən başlamaq mümkün oldu. Bu dövrdən etibarən ölkədəki silahlı qüvvələr dövlətin tam nəzarətinə keçdi. Görülmüş tədbirlər nəticəsində qısa zaman kəsiyində Füzuli və Ağdam rayonlarının bir sıra yaşayış məntəqələri işğaldan azad edildi, cəbhədə təşəbbüs Azərbaycan ordusunun əlinə keçdi. Bu uğurların müvəqqəti olduğunu güman edən düşmən öz havadarlarının köməyindən və silah sursatından istifadə edərək 1994-cü ilin ilk aylarında bütün cəbhə boyu irimiqyaslı hücum əməliyyatlarına başladı. Lakin Azərbaycan ordu hissələrinin Füzuli, Beyləqan, Ağdam və Tərtər istiqamətlərindəki müqaviməti ilə rastlaşan və Azərbaycan əsgərinin qəhrəmanlıq nümunələrinin şahidi olan düşmən cəbhədə atəşkəsə razılıq verməli oldu.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında fərman imzalamışdır. Prezidentin 20 avqust 2001-ci il tarixli fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən məktəblər Azərbaycan Ali Hərbi Məktəbi, Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbi adlandırılmışdır. Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Bu ordu işğal olunmuş ərazilərimizi düşməndən azad etməli, ölkəmizin ərazi bütövlüyünü qorumalıdır. Tarixi varislik ənənəsinə uyğun olaraq Prezidentin fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun yarandığı 26 iyun günü Azərbaycan Silahlı Qüvvələri Günü kimi bayram edilir.
26 iyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü
Yaşar İbadov
“Psixogigiyena və Tibbi Psixoloji Diaqnostika” Laboratoriyasının müdiri, “YAY-OSİDO” İnnovasiya İnkişaf Mərkəzinin təsisçisi, professor və “Alternativ Psixologiya” elminin müəllifi


Oxunub: 172
Paylaş:
Digər xəbərlər

gundem / siyaset / sosial / ust / manset

23-06-2023, 16:17

İyunun 26-da Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 105-ci ildönümü tamam olur

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 21:25
    Azərbaycanın Xalq Artisti Yevgeniya Nevmerjitskaya – 60 illik səhnə yubileyi təntənə ilə qeyd olundu. VİDEO
  • Bu gün, 09:05
    Bu yollarda tıxac var - Siyahı
  • Bu gün, 09:03
    “Wi-Fi” sizi gizlicə izləyə bilər - Xəbərdarlıq
  • Bu gün, 08:16
    Dünyanın ən bahalı ədviyyatıdır, artıq istifadə etsəniz...
  • Bu gün, 08:13
    Fransa xal itirdi, İsveç evdə uduzdu - DÇ-2026
  • Bu gün, 08:11
    Bu ölkədə prezident “yoxa çıxdı”
  • Bu gün, 08:08
    “Ruh yoxdursa, çətin komanda ola...”
  • Bu gün, 08:05
    Ukraynaya daha 100 milyon avro ayıracaqlar
  • Bu gün, 08:03
    Mahirdən Almaniyadakı klubu haqda - “Onlara yaraşmır”
  • Bu gün, 07:59
    “Niyə Azərbaycan öz millisinə qiymət vermir?”
  • Bu gün, 07:56
    “İstəyirlərsə, həbsxanada yatacağam”
  • Dünən, 19:13
    Azadlığa könül verən bu sevdadan dönən deyil...
  • Dünən, 17:22
    İctimai xadim Pərvanə İmamquliyeva: “Almaniyada Azərbaycan diasporu Vətən Azərbaycana sədaqət nümayişi”.
  • Dünən, 13:38
    MDB məkanında əməkdaşlıq və qarşılıqlı hörmətin yeni mərhələsi
  • Dünən, 12:33
    İlham Əliyev bir qrup dəmiryolçunu təltif etdi - SİYAHI
  • Dünən, 12:26
    Trampa İsrailin ən yüksək mükafatı verildi
  • Dünən, 12:10
    Şahin Mustafayev: "Azərbaycan, İran və Rusiya rəsmiləri sabah infrastruktur obyektlərinə baxış keçirəcəklər"
  • Dünən, 11:57
    ABŞ-də Yaxın Şərqdə sülh üçün əsas şərti açıqladılar
  • Dünən, 11:39
    Bakıda Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyası işə başlayıb: İlham Əliyev iştirakçılara müraciət edib
  • Dünən, 11:36
    Müğənnilərə avtomobil satan TANINMIŞ İŞ ADAMI ev dustaqlığına buraxıldı
  • Dünən, 11:27
    I sinfə qeydiyyata üzrlü səbəbdən gecikən uşaqların qəbulu davam edir
  • Dünən, 11:19
    Şahin Mustafayev: "2028-dən Şimal-Cənub dəhlizi ilə Azərbaycandan ildə azı 5 milyon ton yük daşınacaq"
  • Dünən, 11:17
    İlahə Şükürova vəzifəsindən azad edildi
  • Dünən, 11:12
    QHT sədri Cəmilə Çiçək Milli Məclisin deputatı ilə görüşüb - FOTO
  • 12-10-2025, 13:46
    Azərbaycan dörd ölkə ilə birgə hərbi təlimə qatılacaq
  • 12-10-2025, 13:38
    Qərbi Azərbaycan Xronikası: "İran" adından əvvəl Səfəvilər, Əfşarlar, Qacarlar gerçəyi var"
  • 12-10-2025, 13:34
    Pakistanın baş naziri Əfqanıstanla sərhəddə baş vermiş silahlı toqquşmalardan danışıb
  • 12-10-2025, 13:31
    DÇ-2026: Seçmə mərhələnin növbəti oyunları keçiriləcək
  • 12-10-2025, 13:28
    Pakistan-Əfqanıstan sərhədində toqquşma - Ölənlər var
  • 12-10-2025, 13:24
    İlham Əliyev İspaniya kralını təbrik etdi
  • 12-10-2025, 13:21
    Azərbaycanda 16 yaşlı qız ana oldu
  • 12-10-2025, 13:19
    Gürcüstan ərazisinə daxil olmamış şəxslərin sığınacaq müraciətləri bundan sonra birbaşa sərhəddə araşdırılacaq.
  • 12-10-2025, 12:56
    Qara Qarayevin qızından 750 minlik mənzillə bağlı - Açıqlama
  • 12-10-2025, 12:41
    “Bütün gün oyun oynayır...”
  • 11-10-2025, 12:59
    ABŞ-də 4 mindən çox dövlət qulluqçusu işdən çıxarılır
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə