• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

DİN-dən ƏMƏLİYYAT: 13 milyon manatlıq narkotik vasitə aşkarlanıb

gundem / ust / manset

30-06-2023, 11:37

DİN-dən ƏMƏLİYYAT: 13 milyon manatlıq narkotik vasitə aşkarlanıb
Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi son 10 gün ərzində “qara bazar”da dəyəri 13 milyon manat olan 243 kiloqram narkotik vasitəni qanunsuz dövriyyədən çıxarıb.

Bu barədə DİN-in Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Nazirliyin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən son 10 gündə İrandan qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik vasitələr göndərən mütəşəkkil dəstənin Azərbaycandakı üzvlərinə, eləcə də daxildə narkotiklərin satışını təşkil edən şəxslərə qarşı Bakı, Sumqayıt, Lənkəran şəhərləri, Abşeron, Beyləqan rayonları, eləcə də digər bölgələrdə həyata keçirilən əməliyyatlar zamanı daha 31 nəfər saxlanılıb.

Qanunsuz dövriyyədən ”qara bazar”da dəyəri 13 milyon manat olan 243 kiloqram narkotik vasitə - heroin, tiryək, həşiş, marixuana, psixotrop maddə olan metamfetamin, eləcə də 5300 ədəd metadon həbi çıxarılıb. Narkotik tərkibli çətənə bitkilərinin kultivasiyası ilə məşğul olan və qanunsuz olaraq odlu silah əldə edib saxlayan şəxslərə qarşı keçirilən əməliyyatlar zamanı isə 183 ədəd çətənə kolu, 2 ədəd odlu silah, 17 patron və 1 ədəd əl qumbarası aşkar edilib.

Bu sahədə Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşlarının Sabunçu, eləcə də Abşeron rayonunda həyata keçirdikləri sonuncu əməliyyatlar zamanı paytaxt sakinləri Əşrəfağa Əlizadə və Azad Əmirov saxlanılıblar. Onlardan ümumilikdə 42 kiloqram, o cümlədən 19 kiloqram heroin, 13 kiloqram marixuana, 10 kiloqram psixotrop maddə olan metamfetamin aşkarlanıb.

Habelə, qeyd olunan dövr ərzində DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi və Dövlət Sərhəd Xidməti əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Beyləqan rayonu ərazisində saxlanılan Bakı şəhər sakini Qorxmaz Hüseynovdan 102 kiloqram narkotik vasitə, o cümlədən 97 kiloqram marixuana, 5 kiloqram heroin, 1200 ədəd metadon həbi və 1 ədəd bank kartı aşkar olunaraq götürülüb.

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən Lənkəran şəhərində keçirilən əməliyyat zamanı isə İrandan qanunsuz yollarla göndərilən narkotiklərin əsas tədarükçülərindən biri olan əvvəllər məhkum olunmuş Qədir Cəfərov saxlanılıb. Onun üzərindən və idarə etdiyi avtomobildən 54 kiloqram narkotik vasitə, o cümlədən 11 kiloqram heroin, tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş 41 kiloqram marixuana, 2 kiloqram həşiş qətranı və 3000 ədəd metadon həbi aşkar edilib.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Milli genefondumuza mənfi təsir göstərən narkotiklərə qarşı Daxili İşlər Nazirliyi tərəfindən qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Bizimlə əlaqə saxlayın

Oxunub: 181
Paylaş:
Digər xəbərlər

gundem / manset

26-03-2023, 11:54

Bərdədə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olan 11 nəfər saxlanılıb

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 10:59
    İran Hörmüzün açılması üçün şərtini açıqladı
  • Bu gün, 10:54
    BMT-də Baş katib seçkiləri dalana dirəndi - “Böyük beşlik” veto qoydu
  • Bu gün, 10:49
    Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
  • Bu gün, 10:45
    Yasamal RİH başçısı sakinlərlə görüşdü
  • Bu gün, 10:34
    Gəncədə qanunsuz tikinti işləri araşdırılır
  • Bu gün, 10:29
    Ramiz Mehdiyev YAP-dan çıxarıldı - Təltiflərindən məhrum edilməsi təklif olundu
  • Bu gün, 10:23
    Füzuli: Zəfərdən dirçəlişə
  • Dünən, 20:22
    ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
  • Dünən, 18:59
    Cəmilə Sixəliyeva – uşaqların gələcəyinə sevgi və qayğı ilə yanaşan rəhbər
  • Dünən, 17:58
    MEHRİBAN SULTANOVA: “DÖVLƏTÇİLİYİMİZİN MÖHKƏMLƏNMƏSİ, MİLLİ BİRLİYİMİZİN QORUNMASI VƏ VƏTƏNPƏRVƏR NƏSLİN YETİŞDİRİLMƏSİ HƏR BİRİMİZİN ƏSAS VƏZİFƏSİDİR”
  • Dünən, 17:00
    Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
  • Dünən, 13:49
    Azərbaycan-Laos münasibətlərində yeni yol xəritəsi formalaşır
  • Dünən, 13:15
    Vətən olub torpağa qarışdılar...
  • Dünən, 09:40
    Milli Məclisin komissiyası bəyanat yaydı
  • Dünən, 09:34
    Məktəbin şüşələrini sındıran şəxs həbs edildi
  • Dünən, 09:19
    Pedro Sançezə qarşı istintaq başladı
  • Dünən, 09:12
    Turqut Hüseynovun rəhbərlik etdiyi “TOURGOOD TRAVEL” Azərbaycan turizmində liderliyini qoruyur
  • Dünən, 09:08
    “Şamaxı” “Şəfa”ya, “Sumqayıt” “Araz-Naxçıvan”a qarşı
  • Dünən, 09:01
    “Profili bağlı idi, şəklinə baxanda xoşuma gəldi” - Videomüsahibə
  • Dünən, 08:52
    Nişanlısı “ya anan, ya mən” deyibmiş - Məşhur aktyorun intiharının pərdəarxası
  • Dünən, 08:48
    Senatorlara şübhəli tozlu zərflər göndərildi - Seçkiöncəsi həyəcan siqnalı
  • Dünən, 08:42
    ABŞ-də ibtidai məktəbə silahlı hücum - 3 şagird və 1 müəllim öldürüldü
  • Dünən, 08:38
    İrana qarşı yeni sanksiyalar elan etdilər
  • Dünən, 08:31
    69 ölkədən tarixi qərar
  • Dünən, 08:26
    “1979-dan bəri belə çətinliklə üzləşməmişik”
  • 15-10-2026, 18:48
    “Bizi təhdid edənlər bu gün çayımızı bizim həbsxanalarda içirlər”
  • 15-10-2026, 18:41
    Liderlərin səmimi görüntüləri
  • 15-10-2026, 16:03
    “Zəruri olmayan xərclər üçün borc götürməyin” - AMB rəsmisi
  • 15-10-2026, 12:50
    Davud Qüdrətov – həkimlik peşəsinə sədaqət, insan sağlamlığına xidmət nümunəsi
  • 15-10-2026, 11:42
    Azərbaycan- Laos əlaqələri
  • 15-10-2026, 11:40
    Türkmənistan Prezidenti də Bakıdadır
  • 15-10-2026, 11:20
    Yeni tərəfdaşlıq coğrafiyası: Azərbaycan -Laos
  • 15-10-2026, 11:19
    Münasibətlərin tərəfdaşlıq səviyyəsi mühüm hadisədir
  • 15-10-2026, 11:12
    Laos-Yanardağ körpüsü
  • 15-10-2026, 11:09
    Uzaq-yaxın məmləkətlər
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə