• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

İki (y)üzlü “müxalifət”

gundem / ust / manset

15-08-2023, 18:33

İki (y)üzlü “müxalifət”
1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ölkəmizin yeni dövrü başlandı, lakin çox çətin, hətta nəticəsi görünməyən bir müstəqillik dövrü. Təsadüfi deyil ki, 1991-1993-cü illər aralığında ölkədə xaos hökm sürməkdə idi. Bir-birini ardıcıllıqla dəyişən yarıtmaz hakimiyyət xalqımızın da gələcəyə olan ümidlərini qırır, ölkəmizin müstəqilliyini təhlükə altına salırdı. Bunun nəticəsi idi ki, düşmən ermənistan hakimiyyəti ölkədə siyasi hərc-mərclikdən istifadə edərək, Azərbaycanın ən vacib, strateji, səfalı regionlarından olan Qarabağ ərazisi və ətraf rayonları işğal etməyə başladı. Qısa müddət ərzində ölkəmizin ərazisinin 20 faizi işğal olundu, Azərbaycanın ərazi bötüvlüyü pozuldu.
Sözsüz ki, baş verənlər fonunda Azərbaycan xalqı öz xilaskarını axtarırdı. Bir tərəfdən düşmən hücumu və torpaqların işğalı, digər tərəfdən isə ölkədəki xaos xalqımızı əldən salmışdı. Buna görə də, Azərbaycan xalqı və ölkənin sayılıb-seçilən ziyalıları xalqımızı bu ağır dövrdən xilas edəcək xilaskarı olan Heydər Əliyevə müraciət etdi. Sözsüz ki, 1969-1982-ci illər aralığında Azərbaycana rəhbərlik edən, 20 Yanvar faciəsində hər şeyə gözə alaraq öz etirazını çatdıran Heydər Əliyev bu çətin və məsuliyyətli təklifi gözünü qırpmadan qəbul etdi, 15 iyun 1993-cü il tarixindən Azərbaycana rəhbərlik etməyə başladı. Bu tarix həm də Azərbaycan xalqının qurtuluş tarixinə çevrildi.
Növbəti 30 il ərzində istər Ümummilli lider Heydər Əliyevin, istərsə də onun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin hakimiyyəti dövrlərində Azərbaycan dövləti və xalqımız nəyinki böhrandan xilas oldu, o cümlədən, qısa zamanda bir çox sahələrdə dünyada öz sözünü deyə bildi.
2020-ci ildə şanlı Azərbaycan Ordusu İlham Əliyevin rəhbərliyində 30 illik həsrətə son qoydu və işğal altında olan torpaqlarımız işğaldan azad edildi. Bu tarixi qələbə dövlətimiz və xalqımızın birliyinin bariz nəticəsidir.
Sözsüz ki, əldə olunan parlaq qələbələr, ölkəmizdə olan daxili stabillik, Azərbaycanın beynəlxalq arenada artan nüfuzu vaxtilə ölkənin müstəqilliyininin az qala sonuna çatdırmış, özlərini “peşəkar müxalifət” adlandıran və illərdir hakimiyyəti xəyalları ilə yaşayan şəxslərin planlarını pozur. Xalqımız öz dövlətinə və ölkə başçısına olan etimadını keçirilən seçkilərdə nümayiş etdirməklə, həm də müxaliflərin son ümidlərini hər dəfə dəfn etməkdədir.
Daxildə heç bir dəstək ala bilməyən, xalqın güvənini qazanmayan bu ünsürlər özlərini diqqətdə saxlamaq və maddi təmin edilməkləri üçün xarici havadarlara üz tuturlar. Sözsüz ki, Azərbaycanı bəyənməyən və daxili stabilliyi pozmağa cəhd edən xarici havadarlar bu kimi xainlərə müəyyən pul ödəyərək istədiklərinə nail olmağa çalışırlar.
Zaman keçdikcə heç bir nəticə əldə edə bilməyən xarici havadarlar bunların da yarıtmazlığını gördükdə edilən ödənişləri ya azaldır, ya da kəsir. Belə olan halda isə sözsüz ki, heç nəyə ümidləri qalmayan “müxalifət”çilər zamanla hər şeyi açıb deməyə məcbur olurlar.
2020-ci ildə qazanılan tarixi qələbəni həzm edə bilməyən, hər vəchlə erməniləri və havadarlarını dəstəkləyən Tofiq Yaqublu və onunkimilər artıq etdiklərinin faydası olmadığını dolayı yolla etiraf edirlər. Bir müddət öncə Tofiq Yaqublu özü də xarici havadarlardan asılı olduğunu, iki yüz dollar aldığını çıxışında bildirib.
İki yüz dollara əsl üzlərini göstərən, sözdə xalqın taleyinə biganə qalmayan, amma əməllərində tam əksini nümayiş etdirən iki üzlü ünsürlər üçün xalq və dövlət anlayışlarının önəmi yoxdur.
Ulu Öndər Heydər Əliyevin tədbirlərin birində o dövrün müxaliflərini söylədiyi fikir kimi, müxalifətçilik də gərək müxalifətçilik olsun. Amma təəssüf ki, indiki müxaliflər nəyinki iqtidar anlayışını və onun əhəmiyyətini anlamır, hətta müxalifətçilik anlayışını da tam dərk edə bilməyiblər.
Bu kimi ünsürlərə mesajımız odur ki, Azərbaycan xalqı 30 il öncə sizin “məharətinizi” artıq görüb, bilir. Sizlər bu xülyalarınızdan əl çəkmələrinizi, heç olmasa bundan sonra özünüzü gözdən salmamağı məsləhət görürük. Çox yaxşı bildiyiniz kimi, bu xalq öz başçısına, dövlətinə güvənir və bundan sonra da güvənəcək, yanında olacaqdır!


Fuad Heydər - siyasi şərhçi

Oxunub: 131
Paylaş:
Digər xəbərlər

gundem / ust / manset

21-06-2023, 18:07

Milli Qurtuluş Günü - Azərbaycanın taleyini dəyişən zəfər tarixi

gundem / ust / manset

15-06-2023, 13:13

Azərbycanın Milli Qurtuluş günü - zəfər tarixi

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 09:33
    Dünyanın ən gənc monarxının yerinə televiziya aparıcısı kral oldu
  • Bu gün, 09:17
    İraqda 12 illik dövr başa çatdı
  • Bu gün, 09:08
    Motosikletlə skuter toqquşdu - Xəsarət alanlar var
  • Bu gün, 09:05
    Bu ölkədə subaylara hökumət sevgili tapacaq
  • Bu gün, 08:53
    “İran sonda təslim olacaq”
  • Bu gün, 08:49
    110 illik işi 19 saniyəyə gördü
  • Bu gün, 08:44
    Xəzər dənizində zəlzələ oldu
  • Bu gün, 08:41
    ABŞ İrana yeni sanksiyalar tətbiq etdi
  • Bu gün, 08:36
    Bu ərazilərdə qaz olmayacaq
  • Bu gün, 08:33
    Cəlilabadda salatdan zəhərlənmə - 10 nəfər xəstəxanalıq oldu
  • Dünən, 20:30
    Səyyar Gənclər Xidməti növbəti dayanacağı olan Salyan ilə fəaliyyətinə davam edir
  • Dünən, 18:40
    ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT
  • Dünən, 18:13
    “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Səbaildə Ulu Öndər Heydər Əliyevin milli memarlıq irsinə həsr olunan tədbir keçirilib
  • Dünən, 13:42
    “Dəyişən dünyanın dəyişməz insanları” layihəsində...
  • Dünən, 12:32
    İlham Əliyevin FIFA prezidenti ilə görüşündən maraqlı
  • Dünən, 12:28
    Prezident İnfantinonu qəbul etdi
  • Dünən, 12:16
    “Faiq Məmmədov Qarabağ Universitetində heç vaxt çalışmayıb” - Rəsmi
  • Dünən, 12:03
    Nazir görüş keçirdi
  • Dünən, 11:49
    Bakı bu il gözlənilən leysanlara nə dərəcədə hazırdır?
  • Dünən, 11:44
    Azərbaycanlılara qarşı etnik təmizləmənin BMT müstəvisində müzakirəsi
  • Dünən, 11:37
    Qazi aşpazın ölüm səbəbi - Şüşəyə yumruq vurubmuş...
  • Dünən, 11:31
    Konsertdən 1 saat əvvəl xəsarət alsa da, səhnəyə çıxıb
  • Dünən, 11:26
    Turşu hazırlayarkən yıxıldı - Əlindəki bıçaqdan xəsarət aldı
  • 28-09-2026, 14:53
    Azərbaycan regionda ən rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkədir
  • 28-09-2026, 13:21
    ƏDALƏT, ŞƏFFAFLIQ VƏ HUMANİZM — MƏHKƏMƏ PROSESİNDƏ HÜQUQUN ALİLİYİ
  • 28-09-2026, 10:49
    ANIM GÜNÜ İLƏ BAĞLI GİKM-İN REGİONAL NÜMAYƏNDƏLİK VƏ BÖLMƏLƏRİNDƏ SİLSİLƏ TƏDBİRLƏR KEÇİRİLİB
  • 28-09-2026, 09:28
    Həkimləri çağırışa çatdıran sürücü - Sükan arxasında öldü
  • 28-09-2026, 09:24
    Novxanı- Pirşağı yolunda ağır qəza - 2 nəfər yaralandı - Video
  • 28-09-2026, 09:18
    Bakının bu ərazilərində işıq olmayacaq
  • 28-09-2026, 09:12
    Meloni İlham Əliyevə təşəkkür etdi
  • 28-09-2026, 09:08
    Bioloji yaşlanmanın qarşısını almağın yolu açıqlandı
  • 28-09-2026, 09:02
    İran Hörmüzdə ABŞ-yə məxsus pilotsuz sualtı aparatı ələ keçirdi
  • 28-09-2026, 08:59
    Serbiya Prezidenti istefa verdi
  • 28-09-2026, 08:55
    “Suveren Azərbaycan çoxlarının kabusu və qorxunc röyası idi!” - Elşən Musayev
  • 28-09-2026, 08:40
    Çin İrandan üz çevirir? - Ağ Evdəki görüşün detalları
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə