• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Azərbycanın Milli Qurtuluş günü - zəfər tarixi

gundem / ust / manset

15-06-2023, 13:13

Azərbycanın Milli Qurtuluş günü - zəfər tarixi
Azərbaycannın tarixində mühüm əhəmiyyətli elə günlər olmuşdur ki, həmin günlərdə ölkənin, xalqın gələcək həyatını müəyyən edən mühüm başlanğıcların bünövrəsi qoyulmuşdur. Belə tarixlərdən biri də 15 iyun-Milli Qurtuluş Günüdür. Həmin gün xalqımızın, ölkəmizin həyatında mühüm siyasi-ictimai əhəmiyyətli bir gündür. Həmin tarixin yaradıcısı yenə də bu il 100 illik yubileyini böyük təntənə ilə, dövlət səviyyəsində qeyd etdiyimiz, müstəqilliyimizin qorunmasında, möhkəmlənməsində müstəsna xidmətləri olan, xalqına arxalanan Ümummilli Lider Heydər Əliyev olmuşdur.
Məlum məsələdir ki, XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsət qazanan Azərbaycan az vaxtdan sonra onun itirilmək təhlükəsi ilə qarşılaşdı. Ölkədə böhranlı vəziyyət yarandı. . Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma həm dövlət müstəqilliyimizi, həm də milli mövcudluğumuzu təhlükə altına saldı. Həmin dövrdəki xaotik vəziyyəti Heydər Əliyev belə qiymətləndirmişdi: “...Azərbaycan böyük təhlükə qarşısında idi. Çünki Azərbaycanın müstəqil yaşamasının əleyhinə olan həm daxildəki qüvvələr güclü idi, həm də Azərbaycan kimi böyük coğrafi-strateji əhəmiyyətə, zəngin təbii sərvətlərə malik olan ölkənin tam müstəqil olması başqa ölkələrdə bəzi dairələri qane etmirdi. Ermənistanın Azərbaycana etdiyi təcavüz və bunun nəticəsində Azərbaycanın zəifləməsi, məğlubiyyətə uğraması, ikinci tərəfdən də daxildə hakimiyyət çəkişməsi 1992-ci ilin iyun ayında hakimiyyətə gəlmiş qüvvələri bir ildən sonra hakimiyyətdən saldı, xalq özü saldı”.
Ərazilərimizin ermənilər tərəfindən işğal edilməsi, əhalinin sosial vəziyyətinin ağırlaşması, ölkədə güclü bir liderə ehtiyac olduğunu şərtləndirdi.
Cəmiyyətin bütün təbəqələri əmin idi ki, müstəqilliyini yenicə bərpa etmiş ölkəni belə bir ağır və mürəkkəb vəziyyətdən çıxara biləcək dahi şəxsiyyət yalnız Heydər Əliyev ola bilər. Xalqı Heydər Əliyevin ətrafında sıx birləşməklə özünün gələcək taleyini həll etmək niyyətində idi. Beləliklə, 1993-cü il iyunun 9-da ulu öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı və Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi. Həmin gün, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı.
İyun ayının 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinə sədr seçildi və bütün çətinliklərə rəğmən, xalqın qurtuluşu missiyasını- belə bir ağır missiyanı öz üzərinə götürdü.
Ümummilli Lider: “Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”, – deyərək problemlərin həlli üçün xalqı vətəndaş həmrəyliyinə, sabitliyə çağırdı: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”. Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikanı məhvə sürükləyən ictimai-siyasi böhranı aradan qaldırdı, gələcək inkişafın təməlini qoydu. Beləliklə də, ölkədə uzun illər davam edən gərginliyin, qarşıdurmanın qarşısı alındı, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu.
Nəticədə xalqın dərin sevgisini qazanan Ümummilli Lider 1993-cü il oktyabrın 3-də xalqımızın böyük əksəriyyəti tərəfindən Prezident seçildi. Ölkəmiz müstəqil və sürətli inkişaf yoluna qədəm qoydu.
Heydər Əliyevin uzaqförən siyasəti nəticəsində bu gün dünyada Azərbaycanın nüfuzu gündə-günə artır. Beləliklə, bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk oldu və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd edilir.
Ümummilli Liderin müdrikliyi və qətiyyəti sayəsində Azərbaycan müstəqil, demokratik və dünyəvi dövlət kimi inkişaf etməyə başladı. Respublikanın qarşısında duran problemlər mərhələlərlə həll olundu, əmin-amanlıq, siyasi sabitlik yarandı. İctimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatda əsaslı dönüş başlandı, xalqımızın bütövlüyü, milli birliyi təmin edildi.
Beynəlxalq aləmdə Azərbaycana münasibətdə artan inam və marağın nəticəsində 1994-cü ilin sentyabrında “Əsrin müqaviləsi”nin imzalandı, Heydər Əliyevin rəhbərliyi ilə respublikamız qədim İpək Yolunun bərpası, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz xətlərinin çəkilişi kimi qlobal layihələrin fəal iştirakçısı, təşəbbüskarı oldu.
Heydər Əliyevin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi. Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi Azərbaycandır.
Ğlkəmizin qazandığı bütün müvəffəqiyyətlərin bünövrəsində Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Həmin siyasi kursun həyata keçirilməsi nəticəsində Azərbaycan gələcəkdə daha böyük uğurlara imza atacaq. Çünki ölkənin idarəsi gənc olsa da, siyasi istiqamətdə təcrübəsi olan, biliyi, tədbirli olması ilə bir çox dövlət başçılarından yüksəkdə dayanan, ən əsası isə, Ulu Öndər Heydər Əliyevin yanında xüsusi məktəb keçmiş, onun siyasi varisi Prezident İlham Əliyevin əlindədir.
İnanırıq ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha gözəl nailiyyətlərə imza atacaq.


Prof. Həcər Hüseynova
ADPU, filologiya, Azərbaycan dilçiliyi
MMU, HETİ, Humanitar Şöbə

Oxunub: 161
Paylaş:
Digər xəbərlər

gundem / ust / manset

12-06-2023, 18:01

Milli Qurtuluş Günü - xalqımızın şərəf tarixi!

gundem / sosial / ust / manset

14-06-2023, 10:57

Milli Qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü biruzə verir

gundem / ust / manset

10-06-2023, 07:30

15 iyun Milli Qurtuluş Günü müasir tariximizin ən şanlı səhifələrindəndir

ULUSƏS TV
Son xəbərlər
  • Dünən, 22:59
    Cəbrayıl məktəblisi Tunar Rüstəmzadə ardıcıl iki dəfə Avropa çempionu oldu
  • Dünən, 13:38
    Qadınların ölkədən çıxış məhdudiyyətini ləğv etdilər
  • Dünən, 13:28
    Kardiologiya İnstitutunda - Yeni təyinat
  • Dünən, 13:21
    QHT Agentliyindən türk dövlətlərinə - Çağırış
  • Dünən, 13:15
    “Əl-Nəsr”dən gedir
  • Dünən, 13:06
    Rusiyada xərçəngə qarşı peyvənd tətbiq olundu
  • Dünən, 13:03
    Biləsuvarın bəzi yerlərində işıq olmayacaq
  • Dünən, 12:29
    Bu gün “Qarabağ” Avropa Liqasına vəsiqəni təmin edə bilər
  • 15-05-2026, 18:11
    Türkiyə Uluslararası Elmlər Akademiyasının fəxri professoru, hüquq elmləri üzrə fəlsəfə doktoru və tanınmış şair Raqif Nazimoğlunun təqdimatında
  • 15-05-2026, 08:36
    Orbanın həmin qərarını ləğv etdi
  • 15-05-2026, 08:33
    Kosmosa insan embrionları göndərildi
  • 15-05-2026, 08:30
    CIA rəhbəri Kubaya gözlənilməz səfər etdi
  • 15-05-2026, 08:26
    Gün boyu enerjili qalmağın - Qaydaları
  • 15-05-2026, 08:22
    “UAZ” dərəyə aşdı - Ölən var
  • 15-05-2026, 08:18
    “Çin lideri mənə dedi ki, İrana hərbi yardım etməyəcəklər”
  • 15-05-2026, 08:15
    Serenay Türkiyəni tərk edir
  • 15-05-2026, 08:12
    Milyarderi montaj olunmuş görüntülərlə şantaj edib - 1,2 milyard dollar istədi
  • 15-05-2026, 08:04
    Daha bir serial sevgisi gerçək oldu
  • 15-05-2026, 08:01
    “Poseydon” bu nisbəti dəyişdirəcək
  • 14-05-2026, 09:00
    Sarkozinin 7 il həbsi tələb edildi
  • 14-05-2026, 08:41
    “Kızılcık Şerbeti”ndə sürpriz ayrılıqlar
  • 14-05-2026, 08:38
    Rekord istilər gözlənilir - Xəbərdarlıq
  • 14-05-2026, 08:35
    “Trampın siyirməsində Vensə məktub var”
  • 14-05-2026, 08:21
    Rubionun adını dəyişdirib Çinə buraxdılar
  • 14-05-2026, 08:18
    Milyardlıq biznesindən əl çəkib din xadimi olur
  • 14-05-2026, 08:14
    “İranla danışıqlarda irəliləyiş əldə etmişik”
  • 14-05-2026, 08:09
    Almaniyada bir pediatr 130 cinsi cinayətə görə mühakimə olunacaq
  • 14-05-2026, 08:06
    İran Fars körfəzində gəmiyə hücumda Küveyti günahlandırır
  • 14-05-2026, 08:03
    Bu ərazilərdə işıq olmayacaq
  • 13-05-2026, 18:50
    Tapdıq Əlibəyli- 65
  • 13-05-2026, 18:09
    Vatikanın “Bambino Gesu” pediatrik xəstəxanasının nümayəndə heyəti Azərbaycan Tibb Universitetində olub
  • 13-05-2026, 15:55
    “Vətən, vətəndir, onu dar ayaqda atmaq olmaz” deyənlərin hekayəsi – "Xüsusi Təyinatlı Qüvvələrin qaziləri, şəhid ailələri və veteranları" ictimai birliyinin sədri Məmmədzadə Bəhruz Qasım oğlunun qəhrəmanlıq yolu...
  • 13-05-2026, 08:48
    Tramp Çinə gedir
  • 13-05-2026, 08:45
    Dünyanın ən dinc ölkəsi açıqlandı
  • 13-05-2026, 08:38
    103 yaşlı həkim uzunömürlülüyün - 3 sirrini açıqladı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə