
Azərbaycan xalqının böyük oğlu, müasir Azərbaycan Respublikasının memarı və xilaskarı, Yeni Azərbaycan Partiyasının yaradıcısı, Ümummilli lider Heydər Əliyev öz zəngin dövlətçilik təcrübəsi və bənzərsiz liderlik keyfiyyətləri ilə Azərbaycanı müstəqillik yolunda inkişaf etdirməyə – müstəqilliyi daimi, dönməz və əbədi etməyə müvəffəq olmuş, xalqımıza qürur və iftixar mənbəyi olan çoxsaylı tarixi nailiyyətlər qazandırmış, yeni, müasir və müstəqil Azərbaycan reallığını yaratmış müdrik dövlət xadimidir.
Heydər Əliyev ideyaları həm xalqımızın mənəvi-siyasi sərvəti, həm də Azərbaycan dövlətinin inkişafını, xalqımızın xoşbəxt gələcəyini təmin edən dəyərlər sistemi kimi müstəsna əhəmiyyətə malikdir. Ulu Öndərin ideyaları, eyni zamanda, milli həmrəyliyi təmin edən, dünya azərbaycanlılarını vahid məqsəd ətrafında – Azərbaycan naminə birləşdirən məfkurədir.
Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra da ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hüquqi dövlət quruculuğu prosesi çərçivəsində ədliyyə orqanlarında əsaslı islahatlar aparıldı, ədliyyə sisteminin hərtərəfli inkişafı üzrə tarixi əhəmiyyətli qərarlar qəbul olundu, bu orqanların fəaliyyətində köklü mütərəqqi dəyişikliklərə başlanıldı.
Ulu öndər Heydər Əliyev ölkənin bütün sahələrində olduğu kimi, ədliyyə sistemində də mühüm islahatlar aparılmasına nail oldu və Azərbaycan ədliyyəsi öz inkişafının növbəti mərhələsini yaşamış oldu.
Unutmaq olmaz ki, ümumilli liderim Heydər Əliyev xalqımızın israrlı istəyi və tələbi ilə hakimiyyətə gəldikdən sonra ölkəmizdə müxtəlif sahələrdə ciddi islahatlar apararaq dövlətçiliyin ilkin və sarsılmaz təməlləri atılmış, respublikamızın hüquq sistemi yenidən qurularaq təkmilləşdirilib.
Məhz Heydər Əliyevin fəaliyyəti nəticəsində 1993-2003-cü illərdə hüquqi və demokratik Azərbaycan Respublikası qurulmasında iştirak edənlərdən biri kimi ədliyyə orqanları diqqətdən kənarda qalmamış və bu qurumlara qayğı ilə yanaşmışdır. Bu qayğının sayəsində Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətləri yenidən müəyyənləşdirilərək təkmilləşdirilmiş, ədliyyə fəaliyyətinin o zamanki dövrün tələblərinə cavab verməsi üçün müvafiq struktur dəyişiklikləri aparılmış, bir çox yeni qurumlar yaradılmışdır.
Ədliyyə sahəsinin inkişafının şanlı tarixi məhz Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin Azərbaycan Respublikasna rəhbərlik etdiyi bütün dövrlər ərzində ədliyyə sahəsi daim diqqət və qayğısı ilə əhatə olunmuşdur.
Ədliyyə Nazirliyinin yenidən təsis edilməsi Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir.
Ulu Öndər Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə ədliyyə sisteminin inkişafı yeni mərhələyə qədəm qoydu. Azərbaycan ədliyyəsinin inkişafının əsaslı dönüş mərhələsi məhz Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonrakı dövrə təsadüf edir. Həmin dövrdə – 1993-2003-cü illərdə hüquqi dövlət quruculuğu prosesində yaxından iştirak edən ədliyyə orqanlarının inkişafı daim diqqət mərkəzində saxlanılmışdır. Bu istiqamətdə qəbul olunan qanunlar Ədliyyə Nazirliyinin fəaliyyət dairəsini daha da genişləndirdi, cəmiyyətdəki rolunu əhəmiyyətli dərəcədə artırdı. Ümummilli Liderin diqqət və qayğısı sayəsində ədliyyə fəaliyyətinin yeni qanunvericiliyin tələbləri səviyyəsində qurulması məqsədilə müvafiq struktur dəyişiklikləri də aparıldı. Nəticədə yeni qurumlar yaradıldı, onların işinin təşkili üzrə zəruri tədbirlər görüldü.
Bir əsrdən çox fəaliyyəti olan ədliyyə sistemi bu gün özünün yeni inkişaf mərhələsini yaşayır. Bu inkişafın əsası Ulu Öndər tərəfindən qoyulub. Ümummilli Lider Heydər Əliyevin 2000-ci ildə imzaladığı Sərəncamla hər il 22 noyabr ədliyyə işçilərinin peşə bayramı kimi qeyd edilir.
Bu gün Azərbaycan ədliyyəsinin beynəlxalq əlaqələri xeyli dərəcədə genişləndirilib və daha da möhkəmləndirilib. Ulu Öndərin siyasi kursuna bütün sahələrdə sadiqlik göstərən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ədliyyəsinin inkişafı üçün əsaslı islahatlar davam etdirilir. Xüsusilə qeyd etmək istərdim ki, müasir informasiya-kommunikasiya sistemlərinin tətbiqi nəticəsində ədliyyə orqanlarının fəaliyyətində şəffaflıq artıb, vətəndaşlara mülki hüquq münasibətlərindən irəli gələn məsələlərin həlli üçün geniş imkanlar yaradılıb.
Ümummilli Lider Heydər Əliyevin dövlət inkişafı kursunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ədliyyəsinin inkişafı üzrə mütərəqqi islahatlar aparılır. Belə ki, Ədliyyə sahəsində islahatların davamlığının təmin olunması məqsədilə dövlət başçısının müxtəlif vaxtlarda “Azərbaycan ədliyyəsinin inkişafına dair Dövlət Proqrqmı” ilə bağlı Sərəncamlar imzalamışdır.
Son illər ədliyyə sisteminin müasirləşdirilməsinə xidmət edən elektron hökümətin inkişafı və rəqəmsal hökümətə keçid ilə bağlı tədbirlər informasiya və kommunikasiya texnologiyalardan istifadə olunması, innovativ həllərin tətbiqi ədliyyə sahəsində prioritet məsələrdən birinə çevrilmişdir.
İndi bizim ölkəmiz üçün yeni dövr başlayır. Biz tam əminik ki, 100 illiyini böyük ruh yüksəkliyi ilə qeyd edən ədliyyə işçiləri Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi və uğurla həyata keçirilən dövlətçilik amallarına daim sadiq olaraq ölkəmizin daha da qüdrətlənməsi və demokratik hüquqi dövlət quruculuğu işində möhtərəm Prezidentimiz İlham Əliyevə yardımçı olacaq, üzərimizə düşən öhdəlikləri və vəzifə borcumuzu şərəflə yerinə yetirəcəyik.
Ədliyyə Nazirliyinin təkmil struktur kimi formalaşması və inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Dahi öndər fəaliyyətinin bütün dövrlərində ədliyyə sisteminin inkişafına qayğılı münasibət göstərib, həyata keçirdiyi mütərəqqi hüquq islahatları çərçivəsində nazirliyin fəaliyyətində əsaslı dəyişikliklər aparılıb, yeni üçpilləli məhkəmə sistemi yaradılaraq fəaliyyətə başlayıb.
Ümummilli Liderin müəyyənləşdirdiyi hərtərəfli inkişaf kursu cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Bütün sahələrdə, o cümlədən ədliyyə və məhkəmə-hüquq sistemində nailiyyətlər əldə olunub. Dahi öndərin ideyalarının hərtərəfli və geniş təbliğində respublikamızın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın mühüm fəaliyyəti var.
Ədliyyə işçisi olaraq hər birimiz ümumilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlətin ali məqsədlərinə sadiq qalaraq müasir, demokratik və inkişaf edən Azərbaycan Respublikasına öz töfhələrimizi vermək üçün var gücümüzlə çalışacayıq. Ulu öndər Heydər Əliyev ədliyyə işçiləri olaraq hər birimizin qəlbində öz əməlləri, ölməz ideyaları ilə əbədi qalacaqdır. Onun möhkəm özüllər üzərində qurduğu daxili və xarici siyasət kursu ölkəmizi daim irəliyə doğru aparacaq. Müdrik şəxsiyyətin həyatının və fəaliyyətinin bütün istiqamətləri xalqımızın bugünü və gələcəyi üçün nurlu yoldur. Qüdrətli və qalib Azərbaycan Heydər Əliyevin əbədiyaşar ideyaları, zəngin siyasi irsi əsasında tərəqqi və Zəfər yolunda əmin addımlarla irəliləyir, tarixi nailiyyətlərə imza atır.
Azərbaycan ədliyyəsinin davamlı inkişafı yolunda əldə olunan nailiyyətlər bütün ədliyyə işçilərində böyük ruh yüksəkliyi doğurmaqla, hamımızın qurub-yaratmaq əzmini daha da artırır və biz elə çalışmalıyıq ki, ədliyyə və məhkəmə sisteminin inkişafı ölkəmizdə sosial-iqtisadi tərəqqisindən geri qalmasın.
Son illər ədliyyə sisteminin müasirləşdirilməsi üzrə aparılan genişmiqyaslı islahatlar nəticəsində Ədliyyə Nazirliyinin səlahiyyətlərinin genişləndirilməsi, ona hüquq-mühafizə orqanı statusu verilməsi Heydər Əliyev kursunun inamla davam etdirildiyini növbəti dəfə özündə ehtiva edir. Dahi Heydər Əliyevin müasir hüquq sistemimizin formalaşmasında müstəsna xidməti və əsəri olan Ədliyyə sistemi bu gün Ümummilli Liderin uzun illər təbliğ etdiyi və öz siyasətində hər zaman rəhbər tutduğu haqq-ədalət ideyasına əsaslanır, ondan qaynaqlanır. Bütün bu nüansları nəzərə alaraq deyə bilərik ki, Azərbaycan ədliyyəsinin yenidən və əsaslı surətdə təsis edilməsi məhz Ümummilli Liderin adı ilə bağlıdır.
Çünki Heydər Əliyevin hakimiyyəti dövründə ədliyyə və hüquq sferasında aparılmış islahatları mübaliğəsiz olaraq, tarixi və millətimiz üçün taleyüklü islahatlar hesab edə bilərik. Ulu öndərin siyasi-hüquqi baxışlarının müsbət təsirinin aşkar hiss edildiyi bugünki proseslər də hər bir azərbaycanlıda gələcəklə bağlı ancaq müsbət təəsüratlar formalaşdırır. Bütün bunlar isə bir daha onu sübut edir ki, Heydər Əliyevin dövlətçilik ideyaları bu gün də yaşayır, yaşadılır və Ulu Öndərin yolu xalqımızı yeni-yeni uğurlara, zəfərlərə hələ bundan sonra da aparacaq.
Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi ulu öndəri, dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi ümummilli lideri var. Və bu gün hər birimiz dərk edirik ki, müstəqil Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir. Şübhə yoxdur ki, xalqımız onun müəllifini özünün tarixində və qəlbində əbədi yaşadacaq, Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu bütün dünyada qoşa səslənəcəkdir.
Azərbaycan xalqı ulu öndərin siyasi kursunu davam etdirən möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni, şanlı səhifələrini yazacaq, daha yüksək zirvələr fəth edəcəkdir.
Bu gün müasir ədliyyə sisteminin inkişafı bilavasitə Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev dühası ilə ölkəmizdə ədliyyə fəaliyyəti yenidən quruldu və onların gələcək inkişafının təməli qoyuldu. Bu gün bu sahədə islahatlar möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir. Azərbaycanın özü qədər əbədi olan bu fenomenal şəxsiyyətin şərəfli ömrü və siyasi irsi indiki və gələcək nəsillərə nümunədir. Heydər Əliyev nurlu əməlləri ilə öz adını mənsub olduğu xalqın, dövlətin, onun dəyərlərinin simvoluna çevirmiş şəxsiyyətdir. Bu ad Azərbaycan üçün müstəqilliyin, qurtuluşun, inkişafın, bütövlüyün rəmzidir. Onun işıqlı xatirəsi ədliyyə işçiləri olaraq hər birimizin, xalqımızın yaddaşında əbədi yaşayacaqdır.
Rəna Axundova
Suraxanı rayon qeydiyyat şöbəsinin rəisi