• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Hüseyn Cavidin doğum günüdür

gundem / medeniyyet / ust / manset

24-10-2023, 13:02

Hüseyn Cavidin doğum günüdür
Bu gün şair, yazıçı, dramaturq Hüseyn Cavidin doğum günüdür.

Oxu.Az xatırladır ki, Hüseyn Cavid 1882-ci il oktyabrın 24-də Naxçıvanda ruhani ailəsində dünyaya göz açıb. İbtidai təhsilini molla məktəbində, orta təhsilini M.T.Sidqinin “Məktəbi-tərbiyə” adlı yeni üsullu məktəbdə alıb. 1899-1903-cü illərdə Cənubi Azərbaycanda olub, Təbrizin “Talibiyyə” mədrəsəsində təhsilini davam etdirib. İstanbul Universitetinin ədəbiyyat şöbəsini bitirib, Naxçıvanda, sonra isə Gəncə və Tiflisdə, 1915-ci ildən isə Bakıda müəllimlik edib.

Hüseyn Cavid klassik Azərbaycan ədəbiyyatının ən yaxşı ənənələrini inkişaf etdirən sənətkarlardandır. O, XX əsr Azərbaycan mütərəqqi romantizminin banilərindən biri olub.

H.Cavid sənəti janr və forma cəhətdən zəngindir. O, lirik şeirlərin, lirik-epik, epik poemaların, Azərbaycan ədəbiyyatında ilk mənzum faciə və dramların müəllifidir. “Keçmiş günlər” adlı ilk şeir kitabı 1913-cü ildə çap olunub.

Hüseyn Cavid daha çox dramaturq kimi tanınıb. Onun fəlsəfi və tarixi faciələri, ailə-məişət dramları üslub, yazı ədası forma yeniliyi baxımından Azərbaycan dramaturgiyasında yeni bir mərhələ yaratdığı kimi, milli teatr mədəniyyətinin inkişafına da qüvvətli təsir göstərib, “Cavid teatrı” kimi səciyyələndirilib. Dramaturgiyasında dövrün ümumbəşəri, böyük ictimai-siyasi və mədəni əhəmiyyətə malik problemləri əksini tapıb.

Azərbaycan ədəbiyyatında ilk mənzum faciə olan “Şeyx Sənan” (1914) əsərində xalqları bir-birinə qovuşdurmaq üçün ümumbəşəri din ideyasını ortaya atıb. Hüseyn Cavid bu dövrdə tədriclə “haqq verilmir, alınır” ideyasına gəlib çıxıb.

Yaradıcılığında mühüm yer tutan “İblis” (1918) mənzum faciəsində dövrün bütün mürtəce qüvvələri - “İnsan insana qurddur” fəlsəfəsinin tərəfdarları, “iyirminci əsrin mədəni vəhşiləri” olan dairələri İblis surətində ümumiləşdirilib, işğalçı müharibələrə lənət yağdırılıb.

Hüseyn Cavidin poeziyası onun romantik şeirlərindən və poemalarından ibarətdir.

Hüseyn Cavidi ədəbiyyat tarixində ən çox məşhurlaşdıran və ona böyük şöhrət qazandıran dram əsərləridir. O, Azərbaycan romantik mənzum dramaturgiyasının görkəmli yaradıcısı və banisidir.

1926-cı ildə müalicə üçün Almaniyaya gedən və yeddi ay Berlində yaşayan Hüseyn Cavid oradan ziyalıların mənəvi iztirablarını əks etdirən bir sıra siyasi-lirik və lirik-epik şeirlərlə qayıdıb.
20-30-cu illərdə Hüseyn Cavid bir sıra tarixi dramlar yazıb. “Peyğəmbər” (1922) və “Topal Teymur” (1925) əsərlərindən sonra yazdığı “Səyavuş” (1933), “Xəyyam” (1935) tarixi dramları Hüseyn Cavidin tarixə, tarixi şəxsiyyətlərə baxışında ciddi dönüş olub.

Nəzərinizə çatdıraq ki, Sovetlər Birliyində totalitarizmin dəhşətli dövründə Hüseyn Cavid sosializmin “nailiyyətlər”indən yazmağı özünə rəva bilməyib, Stalini, Azərbaycan ağalarını mədh etməkdən qətiyyətlə boyun qaçırıb. Ona görə də bu mətin şəxsiyyət Sibir buzlaqlarına, Maqadana sürgün edilib və 5 dekabr 1941-ci ildə İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndində həlak olub.

Qeyd edək ki, Hüseyn Cavidin anadan olmasının 100 illik yubileyi geniş qeyd olunub. 1981-ci ildə isə Naxçıvanda ev-muzeyi yaradılıb.

Yubiley ərəfəsində cənazəsinin qalıqları ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə İrkutsk vilayətindən Naxçıvana gətirilib, ev-muzeyinin yaxınlığında dəfn edilib. Naxçıvanda onun qəbri üstündə möhtəşəm məqbərə ucaldılıb. Bakı şəhərinin Yasamal rayonundakı prospektlərdən biri onun adını daşıyır.

Oxunub: 176
Paylaş:
Digər xəbərlər

gundem / manset

24-03-2023, 11:40

Gözləri tutulmuş azərbaycanlı şair Məmməd Səid Ordubadinin doğum günüdür

gundem / manset

5-05-2023, 14:26

İstiqlal şairimiz, himnimizin müəllifinin doğum günüdür

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 15:41
    Gənclər Yay Fest-in “Elm, Etika və Gələcək” düşərgəsində bir araya gəliblər
  • Bu gün, 14:04
    İnsanın içindəki sonsuz məhkəmə: Hötenin "Faust"u və Hüseyn Cavidin "İblis"i - Adəm İsmayıl BAKUVİ
  • Bu gün, 12:46
    DSX-də generalların yeri dəyişdi - Müzəffər Pirizadə Elçin Quliyevin müavini oldu
  • Bu gün, 11:45
    Kolumbiyada mədəndə partlayış - 6 ölü
  • Bu gün, 11:40
    “Araz-Naxçıvan” “İmişli”yə, “Sabah” “Kəpəz”ə qarşı
  • Bu gün, 11:36
    Metroya minənlərin nəzərinə! - Bu gündən xətlər ayrılır
  • Bu gün, 11:28
    Şəhidin qəzada yaralanan qardaşı vəfat etdi
  • Bu gün, 10:45
    Küləkli havada dənizə gedənlərə yenidən - Müraciət
  • Bu gün, 10:40
    Neftimiz bu gün də ucuzlaşdı
  • Bu gün, 10:31
    Kafedra rəhbəri vəfat etdi
  • Dünən, 11:08
    “Global Media”nın əməkdaşı vəfat etdi
  • Dünən, 10:51
    Prezidentin müsahibəsindəki fikirlər beynəlxalq medianın diqqətində
  • Dünən, 10:46
    Tahir Gözel 1 milyon manat “premiya” sözü verdi
  • Dünən, 10:41
    Aeroport yolunda “Opel”lə marşrut avtobusu toqquşdu
  • Dünən, 10:37
    “Azeri Light”ın bugünkü qiyməti açıqlandı
  • Dünən, 10:34
    Putinin həmin adaya səfərinə cavab vermək istəyirlər
  • 13-08-2026, 15:24
    “Qarabağ”- “Dinamo Kiyev” oyunundan əvvəl fan zona təşkil olunacaq
  • 13-08-2026, 15:18
    Ənənədən müasir yaradıcı təhsilə doğru
  • 13-08-2026, 15:09
    Valideynlikdən imtina edib aliment ödəmək istəmədi - Bu qərar verildi
  • 13-08-2026, 13:10
    “Yaxın vaxtlarda Ermənistandan Azərbaycana ixrac başlayacaq”
  • 13-08-2026, 12:45
    “Səyyar Gənclər Xidməti” fəaliyyətini Xızıda davam etdirir
  • 13-08-2026, 12:40
    “Sakinlərin icma qarşısında könüllü sosial məsuliyyəti” konsepsiyası
  • 13-08-2026, 12:34
    Naxçıvanın inkişafı Azərbaycanın inkişafının ayrılmaz hissəsidir
  • 13-08-2026, 12:30
    Naxçıvan: yeni strateji inkişaf məkanı
  • 12-08-2026, 21:17
    Pərvaz Kişiyev məsələsində susqunluq davam edir: LOR həkimi kimi fəaliyyətinin hüquqi əsası niyə açıqlanmır?
  • 12-08-2026, 15:10
    “Dəyişən dünyanın dəyişməz insanları” layihəsində...
  • 12-08-2026, 10:47
    Prezident sabah böyük maliyyə tutumlu Sərəncam imzalayacaq
  • 12-08-2026, 10:43
    Naxçıvanda təmir ediləcək yolların - Siyahısı
  • 12-08-2026, 10:39
    Naxçıvan dəmir yolu şəbəkəsinin yenidən qurulması davam edir
  • 12-08-2026, 10:34
    Laçındakı “Simurq” kitabxanası niyə bağlanır? - Açıqlama
  • 12-08-2026, 10:29
    Prezidentdən Naxçıvanla bağlı 258 milyonluq - Sərəncam
  • 12-08-2026, 10:20
    Naxçıvan Sənaye Parkının təməli qoyuldu
  • 12-08-2026, 10:16
    Prezident yeni elektrik avtobuslarına mindi
  • 12-08-2026, 10:12
    “Sabah” pley-offda!
  • 12-08-2026, 10:07
    “İstisna edilmir ki, gələcəkdə yeni xoşagəlməz hadisələr baş verməsin”
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə