• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Uşaqlar bizim gələcəyimizdir

gundem / ust / manset

27-10-2023, 10:40

Uşaqlar bizim gələcəyimizdir
Uşaqlar hər bir xalqın, dövlətin qiymətli sərvətidir. Cəmiyyətin əsas üzvü olan uşaqların xüsusi müdafiəyə ehtiyacı var. Bu baxımdan hər kəs onların hüquqlarının və maraqlarının qorunmasını təmin etməli, uşaqlara qayğısını əsirgəməməlidir. Uşaq ailənin, xalqın, dövlətin ən qiymətli sərvətidir. Bu qiymətli sərvəti fiziki və mənəvi cəhətdən sağlam, cəmiyyətə faydalı vətəndaş, vətənə sadiq övlad kimi böyütmək çətin və məsuliyyətli olduğu qədər də şərəflidir. Əgər gələcəyimizi bu günün uşaqlarına əmanət ediriksə, onların düzgün tərbiyə olunması, hansı ideyalara qulluq etməsi hər birimizi ciddi düşündürməlidir. Ona görə də uşaqlara hər zaman diqqət və qayğı göstərilir, onların düzgün tərbiyə olunmalarına, qarşılaşdıqları problemlərin aradan qaldırılmasına, hərtərəfli təhsil almalarına dövlət səviyyəsində nəzarət edilir. Axı uşaqlar dövlətin gələcəyi, dayağıdır. Əlbəttə ki, hər bir xalqın, dövlətin ən böyük və qiymətli sərvəti uşaqlardır. Sağlam cəmiyyətdə gələcəyimizin sağlam övladları böyüyür və tərbiyə alır. 20 oktyabr-20 noyabr tarixlərində ölkəmizdə BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində respublikamızda uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin daha da yaxşılaşdırılması məqsədilə "Uşaq hüquqları aylığı" elan edilir. Bununla bağlı tədbirlər noyabrın 20-dək davam edir. Bəşəriyyətimizin gələcəyi olan uşaqların hüquqlarının təmin edilməsi, uşaq problemlərinin ardıcıl həlli ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Bunun nəticəsi olaraq uşaqların hüquq və maraqlarının müdafiəsi, vahid dövlət uşaq siyasətinin formalaşdırılması, uşaqların fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı 1çün lazımi həyat səviyyəsinin təmin olunması istiqamətində mühüm işlər görülüb. Hər il olduğu kimi bu il də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə ənənəvi olaraq 20 oktyabr-20 noyabr tarixlərində BMT-nin Uşaq Hüquqları qəbul edilməsinin ildönümü ərəfəsində respublikamızda "Uşaq Hüquqları aylığı" elan edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz cəmiyyətin gələcəyi olan uşaqların hüquqlarının qorunmasına xüsusi əhəmiyyət verir, uşaq hüquqlarının müdafiəsinə, uşaqların normal formalaşmasına, sağlam böyüməsinə yönələn bir çox dövlət proqramları qəbul edilib və onların həyata keçirilməsi üçün tədbirlər planı müəyyənləşdirilib. Uşaqların istismar olunması, erkən nigah, narkomaniya, zərərli vərdişlər, dini radikalizm kimi problemlərin cəmiyyətimizdə uşaq hüquq və azadlıqlarına qarşı yönəlmiş təhlükələrdir və bu təhlükələrə qarşı mübarizə aparılmalıdır. Uşaqlara göstərilən diqqət və qayğının artırılması üçün cəmiyyətin hər bir üzvünün səy göstərməsi önəmlidir. Qız uşaqlarının erkən nigaha cəlb edilməsi hazırki dövrümüzün aktual problemidir. Təəssüflər olsun ki, həyata keçirilən tədbirlərə baxmayaraq, erkən nigah problemi digər ölkələrdə olduğu kimi ölkəmizdə də hələki mövcuddur və narahatlıq doğuran bir məsələdir. Odur ki, Azərbaycanda, həm də xarici ölkələrdə yaşayan soydaşlarımız, ictimai fəal insanlar, qeyri-hökumət təşkilatlarının nümayəndələri, din xadimləri, bir ümumilikdə bütün cəmiyyət üzvləri problemlə mübarizədə fəal olmalı, bu halların qarşısının alınmasında yaxından iştirak edərək öz dəstəklərini göstərməlidirlər. Bütün dünyada olduğu kimi, Azərbaycanda da cəmiyyətimizi narahat edən məsələlərdən biri erkən nigah hallarının baş verməsidir. Erkən nigah gələcək nəsillərin sağlamlığı və həyatını təhlükə altına almaqla yanaşı, həmçinin müxtəlif risklər də yaradır. Belə hallar boşanmalara, sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur. Unutmaq olmaz ki, azyaşlı uşaqları erkən nigaha və uşaq evliliyinə məcbur etmək, hətta ictimai müzakirələr zamanı belə hallara haqq qazandırmaq müasir, demokratik ölkələr üçün heç bir halda normal qəbul edilə bilməz və birmənalı olaraq gender əsaslı zorakılığın ən bariz nümunəsi kimi dəyərləndirilməlidir. Erkən nigah hallarının baş verməsi bir çox hallarda ailələrdə münaqişələrə, boşanmalara və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur. Nəticədə bəzi qız uşaqları həm təhsildən uzaqlaşdırılır, həm də ailə məsuliyyətini dərk etmədən belə bir ağır yükü daşımaq məcburiyyətində qalır. Belə tələsik qurulan ailələr isə bəzən uğursuz və bəzən də qızların ağır fizioloji və psixoloji travma almalarına səbəb olur. 18 yaş uşaqların müdafiəsi baxımından 1989-cu il tarixli Uşaq Hüquqları Konvensiyasında müəyyənləşmiş son yaş həddidir. Azərbaycan qanunvericiliyimı görə yalnız rəsmi şəkildə bağlanmış nigahlar qanuni sayılır. Rəsmi nigahın bağlanması üçün iki əsas şərt var: nigah könüllü və nigah tərəflərin yaşı qanunvericilikdə icazə verilmiş həddə olmalıdır. Ölkəmizdə insan hüquqlarının müdafiəsi ilə bağlı qəbul edilən bir çox dövlət proqramlarında, strateji sənədlərdə məişət zorakılığı, erkən nigah hallarının azaldılması məqsədi ilə maarifləndirmə işlərinin gücləndirilməsi istiqamətində tədbirlər görülür. 20 oktyabr-20 noyabr tarixlərində "Uşaq hüquqları aylığı" keçirilir. Bu aylıqlar çərçivəsində, həmçinin müntəzəm olaraq müxtəlif sahələr üzrə, o cümlədən qadın, uşaq hüquqları, məişət zorakılığı, gender bərabərliyinin təmini, erkən nigah halları, valideyn məsuliyyəti və digər məsələlərə dair bir sıra maarifləndirmə tədbirləri həyata keçirilir. Uşaq və gənclərin fiziki və mənəvi inkişafı hər bir ölkənin, xalqın inkişaf göstəricisi sayılır. Çünki istənilən uşaq hansı mühitdə böyüyürsə, gələcəkdə məhz o mühitdə görüb-götürdüklərini nümayiş etdirir. Azərbaycanda dövlət gənclər siyasətinin əsas istiqamətləri ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Bu istiqamətdə həyata keçirilən uğurlu siyasət hazırda Prezident İlham Əliyev tərəfindən layiqincə yerinə yetirilir. Ölkə başçısı respublikamızda uşaqlara dövlət qayğısının gücləndirilməsi, uşaq problemlərinə vətəndaş cəmiyyəti qurumlarının diqqətinin artırılması məqsədilə mütəmadi olaraq dövlət proqramlarının həyata keçirilməsi istiqamətində sərəncamlar imzalayır. Dövlətin ən qiymətli sərvətlərindən biri olan uşaqları sağlam, cəmiyyət üçün, ölkənin gələcəyi üçün yararlı yetişdirmək hər bir ailənin müqəddəs borcudur. Ailələrdə tərbiyə alan hər bir uşaq öz milli köklərinə bağlı, böyüklərə hörmət hissi ilə böyüməlidir. Gələcək mirasımız olan uşaqların xoşbəxt böyüyüb, yaşaması üçün hər birimiz çalışmalıyıq. Bu gün ədliyyə sahəsi günü-gündən inkişaf edir, təkmilləşir. Biz ədliyyə işçiləri olaraq ulu öndərin formalaşdırdığı müasir ədliyyə sisteminin səmərəli fəaliyyətinə çalışır, demokratik hüquqi dövlət quruculuğu, insan hüquqlarının qorunması, qanunun aliliyi naminə bilik və bacarıqlarımızı əsrgəmirik.

Aytən Cahangir qızı Muradova
2 saylı Bakı " Asan xidmət " mərkəzində Ədliyyə Nazirliyinin
Qeydiyyat şöbəsinin rəisi kiçik ədliyyə müşaviri

Oxunub: 193
Paylaş:
Digər xəbərlər

gundem / ust / manset

26-10-2023, 11:18

Cəmiyyətin həssas təbəqəsi olan uşaqların müdafiəsi ölkəmizdə daim diqqət mərkəzindədir

gundem / ust / manset

12-05-2023, 18:26

Böyük tarixi şəxsiyyət Heydər Əliyev sözü ilə: "Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır" layihəsinə start verildi

ULUSƏS TV
Son xəbərlər
  • Dünən, 18:02
    Hər bir şəxsiyyətin ömür dəyəri və miqyası mənəviyyatla ölçülür...
  • Dünən, 14:55
    Matviyenko Mehriban Əliyevanı təbrik etdi
  • Dünən, 13:31
    Məramı xoş, niyyəti xoş, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya həsr olunur...
  • Dünən, 11:43
    DİN-dən sosial şəbəkələrdə saxta xidmətlərlə bağlı - Xəbərdarlıq
  • Dünən, 11:38
    Prezident həmkarını təbrik etdi
  • Dünən, 11:32
    Yol polisindən əlverişsiz hava şəraiti ilə bağlı çağırış
  • Dünən, 11:27
    Ərdoğandan Qarabağ Universiteti ilə bağlı qərar
  • Dünən, 11:17
    Əminə Ərdoğandan Mehriban Əliyevaya təbrik zəngi
  • Dünən, 11:09
    Polad Bülbüloğludan evlilik xəbərinə - Reaksiya
  • Dünən, 10:34
    Mehriban Əliyevanın təşəbbüsü ilə uşaqlar üçün əyləncə tədbiri keçirildi
  • 26-08-2026, 17:58
    Astara gəncləri “Səyyar Gənclər Xidməti”nin imkanlarından yararlanırlar
  • 26-08-2026, 17:17
    Salam, azad Laçınım!
  • 26-08-2026, 16:08
    Ustadıma vəfa borcum... – Nəriman Həsənzadənin əziz xatirəsinə
  • 26-08-2026, 15:32
    MKİ direktorunun Rusiyaya məxfi səfəri: ABŞ kəşfiyyatının bir nömrəli şəxsi Moskvada nə axtarırdı?
  • 26-08-2026, 15:29
    Rusiyadan gətirilən sosislərdə salmonella iddiası: AQTA nəticəni açıqladı
  • 26-08-2026, 15:24
    Sarkisyanın ölkədən çıxışına qadağa qoyuldu
  • 26-08-2026, 15:20
    “Milyonçu”dan sonra ikinci dəfə futbola qayıtdı...
  • 26-08-2026, 15:16
    “Hyundai Sonata” yük maşınına çırpıldı, ölən var - Foto
  • 26-08-2026, 15:09
    Baş nazirə Rusiyanın mümkün hücumu ilə bağlı - Xəbərdarlıq
  • 26-08-2026, 12:44
    “Tamstore” 100-cü mağazasını açaraq üçillik hədəfinə vaxtından əvvəl nail oldu
  • 26-08-2026, 12:05
    Ədliyyə naziri Yevlaxda vətəndaşları qəbul edəcək
  • 26-08-2026, 11:25
    Prezident “Sabah”ı təbrik etdi
  • 26-08-2026, 11:21
    Laçın Şəhəri Günü: Zəfərdən quruculuğa
  • 26-08-2026, 10:55
    Mehriban Əliyevanın doğum günüdür
  • 26-08-2026, 10:47
    Qısa ömrün sonsuz Vətən sevgisi
  • 25-08-2026, 15:47
    O, hər kəsin Mehribanıdır – hər evdə mərhəmətə, ümidə və xeyirxahlığa açılan bir pəncərə var onun simasında...
  • 25-08-2026, 14:52
    Beynəlxalq hüquq müdafiəçisi İsmayıl Zalov Gəncə Ağır Cinayətlər Məhkəməsində şəffaf və obyektiv məhkəmə prosesini yüksək qiymətləndirdi
  • 25-08-2026, 14:46
    “Süni İntellekt və Sintetik Zəka”: YYSİB-nin yeni kreativ-innovativ layihəsi
  • 25-08-2026, 14:38
    Xətai rayonunda möhtəşəm musiqi gecəsi
  • 25-08-2026, 14:32
    Azərbaycan-Özbəkistan münasibətləri Türk dünyasının birliyinə töhfə verir
  • 25-08-2026, 14:10
    Ürəyi özündən böyük QADIN
  • 25-08-2026, 12:55
    Prezidentlə xanımı vida mərasiminə əklil göndərdi
  • 25-08-2026, 12:30
    Bu xəstəxanaya yeni direktor təyin olundu
  • 25-08-2026, 12:24
    Sloveniyada işləyə bilərsiniz - Bu sahələr üzrə 200-dən çox vakansiya var
  • 24-08-2026, 18:03
    Azərbaycanın füsunkar xanımı...
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə