• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Azərbaycanın Cənubi Qafqaz hədəfi: Sülh və əməkdaşlığa nail olmaq - ŞƏRH

gundem / siyaset / manset

28-10-2023, 18:29

Azərbaycanın Cənubi Qafqaz hədəfi: Sülh və əməkdaşlığa nail olmaq - ŞƏRH
Azərbaycan 30 illik işğala, separatizmə son qoymaqla postsovet məkanında, Cənubi Qafqazda yeni bir reallıq yaratdı. Ərazi bütövlüyünü, suverenliyini bərpa etdi və bu tarixi hadisə ilə tək bölgədə deyil, beynəlxalq aləmdə bir ilkə imza atdı. Ermənistan da sülh sazişinə imza atacağı təqdirdə Cənubi Qafqazda yeni bir siyasi durum yaranmış olacaq. Düzdür, Ermənistan hələ ki sülh sazişini imzalamaqdan uzaqdır, silahlanmaq və bölgəni Ukrayna və Suriyaya çevirmək niyyətində olan qüvvələrin əlində oyuncaq rolunu oynayır. Azərbaycanın sülh təşəbbüslərini cavablandırmaq əvəzinə, Fransanın diktəsi ilə oturub, durur. Ara-sıra populist bəyanatlar səsləndirərək sülh sazişinin imzalanmasından bəhs edir. Ermənistanın baş naziri Nikol Paşinyanın Tbilisidə “sülh qovşağı” təşəbbüsü də bu qəbildəndir. Lakin Paşinyan və onun havadarları “unudur” ki, məhz Azərbaycan dəfələrlə regionda əbədi sülhün yaranmasının zəruriliyini vurğulayıb. Məhz ilk dəfə Azərbaycan Prezidenti İlham Əliyev “Qafqaz Evi” təşəbbüsü ilə çıxış edib, bölgənin inkişafının sülh və əmin-amanlıqdan keçdiyini irəli sürüb. Prezident İlham Əliyevin hər çıxışından ilhamlanan Nikol Paşinyan əvvəl səslənən fikirləri təkrarlamağa çalışır. Prezidentin Gürcüstana səfərindən dərhal sonra Tbilisiyə beynəlxalq tədbirə qatılıb regional layihələrdən, populist ideyalardan dəm vurur. Halbuki Azərbaycan üç ildir sülh təşəbbüsü ilə çıxış edir, İrəvan isə bunu görməzlikdən gəlir, daha çox Qərbdən gələn əmr və çağırışları eşidir.
Götürək, Fransa və Hindistanla imzaladığı silah alınması ilə bağlı sazişləri. Tbilisidə sülh təşəbbüsü ilə çıxış edən zaman ona təəssüf ki, bu barədə sual verən olmadı. Silah almağın nədir, sülh təşəbbüsün nədir? Bu silahları kimə qarşı yönəltmək istəyirsən? Təbii ki, Azərbaycana. Hələ də ümid edir ki, işğaldan azad olunan torpaqları geri qaytaracaq. Ermənistan baş nazirinin diqqətinə Prezident İlham Əliyevin Tbilisidə səsləndirdiyi daha bir dahiyanə fikri çatdırmaq istərdik. “Üç il bundan əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmişdir, keçən ay bütün ölkə üzrə suverenliyini bərpa etmişdir. İndi isə Ermənistan ilə Azərbaycan arasında imzalanacaq sülh müqaviləsi üzrə fəal çalışmalıyıq. Əgər biz buna nail olsaq, - mən buna ümidliyəm, - bu zaman Cənubi Qafqazda tamamilə yeni bir siyasi vəziyyət yaranacaq”, - Azərbaycan Prezidenti qeyd edib. Cənubi Qafqaz ölkələrinin əməkdaşlığa üçtərəfli formatda başlaya biləcəklərini qeyd edən dövlət başçısı bir çox sahələr, o cümlədən nəqliyyat, enerji təhlükəsizliyi, ticarət, qarşılıqlı sərmayə qoyuluşu üzrə əməkdaşlığın çox uğurlu ola biləcəyini vurğulayıb. “İndi məqam gəlib çatıb və hesab edirəm ki, bu şansı əldən vermək böyük səhv olar. O, Gürcüstan-Azərbaycan-Ermənistan məsləhətləşmələrinin başlanması ilə bağlı fikir mübadiləsi aparıldığını və Azərbaycanın buna hazır olduğunu bəyan edib. Cənab Prezident sülh olacağı təqdirdə faktiki olaraq Qafqaz evi ideyasının reallaşmasının mümkünlüyünə işarə edib.


Ölkə Prezidenti Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşacağı təqdirdə regionda tamamilə yeni vəziyyət yaranacağını, region ölkələrinin əməkdaşlığa üçtərəfli formatda başlaya biləcəklərini vurğulamaqla yanaşı, həm də bu normallaşma prosesində Gürcüstanın vasitəçiliyi məsələsini qeyd edib. Azərbaycan regionun problemlərinin region çərçivəsində həllinə tərəfdar olaraq ölkələri arasında yeni əməkdaşlıq formatının yaradılmasını və bu formatın ümumilikdə bölgənin inkişafına xidmət edəcəyini bəyan edib. Bu gün artıq hər kəs, o cümlədən Gürcüstan da etiraf edir ki, Azərbaycan regionun aparıcı ölkəsidir, ölkələrimizi strateji müttəfiqlik, dost və tərəfdaşlıq birləşdirir. Prezidentin bəyan etdiyi çərçivədə əməkdaşlıq Cənubi Qafqazda yeni mühit yarada, iqtisadi layihələrə yol aça bilər. Məhz bu da ölkələrin inteqrasiya olunmuş modelinin yaranmasını şərtləndirərdi və Ermənistan da istəyərsə, bu modelin tərkib hissəsi ola bilər.

Beləliklə, ümid etmək olar ki, Ermənistan onu çirkin və riyakar oyunlara qoşmağa çalışan beynəlxalq güclərin, xüsusən də Fransa kimi dövlətlərin əlində alət olmaqdan yan olacaq. Anlamalıdır ki, xalqını düşdüyü səfalət və zillətdən çıxarmağın yolu sülh, əmin-amanlıqdan keçir. Başqa yol yoxdur. Sözdə deyil, əməldə “sülh göyərçini” olmaq gərəkdir.

“Report” İnformasiya Agentliyi

Oxunub: 129
Paylaş:
Digər xəbərlər

gundem / siyaset / ust / manset

24-08-2023, 12:09

Paşinyan: “Azərbaycana sülh sazişi ilə bağlı yeni təkliflər vermişik”

gundem / siyaset / manset

14-09-2023, 13:07

Paşinyan: “İrəvan qısa zamanda sülh müqaviləsi ilə bağlı Azərbaycanın təkliflərinə cavab verəcək”

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 11:29
    Sabunçu Rayon Polis İdarəsinin rəisi polis polkovniki Cavid Muradov: 8 NOYABR – ZƏFƏR GÜNÜ: AZƏRBAYCAN XALQININ QÜRUR, ŞƏRƏF VƏ QƏHRƏMANLIQ TARİXİ
  • Bu gün, 11:14
    “Robotlar insanlardan daha məhsuldar olacaq”
  • Bu gün, 11:06
    “Şəfa” “Araz-Naxçıvan”a, “Zirə” “Qəbələ”yə qarşı
  • Bu gün, 11:01
    Sürücülərin nəzərinə!
  • Dünən, 17:26
    Sumqayıtda Zəfər Günü münasibətilə genişmiqyaslı ağacəkmə aksiyası keçirilib
  • Dünən, 17:19
    Bu başçılar Polad Həşimovun anasını ziyarət etdilər - Foto
  • Dünən, 15:46
    SİZ CAN VERDİNİZ, VƏTƏN YAŞASIN...
  • Dünən, 14:17
    ZƏFƏR TARİXİNİN MÜƏLLİFİ... ALİ BAŞ KOMANDANIM!
  • Dünən, 14:13
    Şuşa Zəfəri: şanlı Qələbənin rəmzi
  • Dünən, 13:44
    “VƏTƏNİMDİR, VƏTƏNİMDİR, VƏTƏNİM!..”
  • Dünən, 13:16
    HESABI AXIRDA KƏSƏN MİLLƏTƏM!
  • Dünən, 11:10
    ATU-da Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirildi - Fotolar
  • Dünən, 11:04
    Fatmayıda evdə partlayış, 2 nəfər yaralandı
  • Dünən, 10:59
    “Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
  • Dünən, 10:44
    Məşhur müğənni Güllü Muradovanın həyat yoldaşı həbs edildi – ŞOK SƏBƏB
  • Dünən, 10:36
    Dünyanın ən kiçik avtomobili hərracda satılacaq
  • Dünən, 10:19
    İnterpolla axtarılan şəxs Almaniyada tutulub Azərbaycana gətirildi
  • Dünən, 10:05
    Casusluq riskinə görə BYD-yə məhdudiyyət qoymağa çağırdılar
  • Dünən, 10:00
    İranın qalanını da məhv etməklə hədələdi - “Tezliklə öyrənəcəksiniz”
  • Dünən, 09:56
    Türkiyədə sabiq nazir həbs edildi
  • Dünən, 09:52
    “Ukrayna ilə bağlı böyük razılaşma əldə olunacaq”
  • 5-11-2026, 11:00
    FHN-dən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə - Müraciət
  • 5-11-2026, 10:54
    Anar Rzayevə ağır itki
  • 5-11-2026, 10:45
    Şəhid anası faciəvi şəkildə öldü - Foto
  • 5-11-2026, 10:19
    Beyləqanda Zəfər Günü ərəfəsində ağacəkmə aksiyası keçirildi - Fotolar
  • 5-11-2026, 10:14
    Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi
  • 5-11-2026, 10:10
    “EDU Company” yüksək nəticə göstərən abituriyentlərinə 20 min pul mükafatı verdi
  • 5-11-2026, 10:04
    Sağlam qidalanma ilə bağlı - Bilməli olduğunuz vacib məqamlar
  • 5-11-2026, 10:00
    Papa ilə görüşə kapüşonlu sviterdə getdi - Foto
  • 5-11-2026, 09:56
    Faciəyə görə istefa verdi - Həmin qəza səbəbindən işdən çıxan nazirin yerinə gətirildi
  • 5-11-2026, 09:52
    Gündüz yuxunuz gəlirsə - Bu xəbəri mütləq oxuyun!
  • 4-11-2026, 20:51
    Fədakarlığı və şərəfli fəaliyyəti ilə ucalan səhiyyə ulduzu – Lamiyə Mirzəyeva
  • 4-11-2026, 11:06
    Qəbələdə ölkənin ən böyük qastronomiya tədbiri baş tutdu - Qastronomiya Sammiti 2026
  • 4-11-2026, 11:00
    Neftimiz 113 dollara ticarət edilir
  • 4-11-2026, 10:55
    “Abşeron” TM-in qarşısında ağır qəza, piyada öldü
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə