• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Üçüncü Dünya müharibəsi anonsları - “Kaspi”nin TƏHLİLİ

gundem / dunya / manset

5-11-2023, 16:02

Üçüncü Dünya müharibəsi anonsları - “Kaspi”nin TƏHLİLİ
Rusiya ilə Ukrayna arasında iki ilə yaxındır davam edən nəticəsiz müharibə, eləcə də Yaxın Şərqdə HƏMAS-la İsrail arasındakı hərbi əməliyyatlar dünya düzənini dəyişib. Fövqəldövlətlər arasında gərginlik, qütbləşmə dərinləşib. Artıq dünya liderləri, nüfuzlu beyin mərkəzləri hesabatlarında Üçüncü Dünya müharibəsi (buna nüvə müharibəsi də deyirlər) təhlükəsindən açıq danışmağa başlayıblar.

Mövzuyla bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik.

Siyasi liderlərdən xəbərdarlıq

Bir neçə xarici dövlətin rəhbərləri ard-arda elan ediblər ki, Üçüncü Dünya müharibəsinin başlamasına az qalıb. Məsələn, Belarus Prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, Üçüncü Dünya müharibəsi Yaxın Şərqdə başlaya bilər və bu gün hər şey buna doğru gedir. Oxşar nöqteyi-nəzəri KXDR rəhbəri Kim Çen İn də ifadə edib. O bildirib ki, “biz hazırda Üçüncü Dünya müharibəsinin başlanmasına hazır olmalıyıq”.

Hətta Roma Papası Fransisk də deyib ki, dünya nüvə müharibəsinin astanasındadır. “Dünyamız hissə-hissə aparılan Üçüncü Dünya müharibəsinin məngənəsində qalmaqda davam edir. Ukraynadakı münaqişənin faciəvi vəziyyətində nüvə silahından istifadə təhlükəsi qalmaqdadır. İndiki vəziyyət bizə 1962-ci ilin oktyabrında Kubadakı raket böhranında olduğu kimi, dünyanın nüvə müharibəsi astanasında olduğunu göstərir. Nüvə silahları olmadan da bir dünya mümkündür və bu, zəruridir”, - deyə Papa vurğulayıb.

Bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da bildirib ki, İsrail “Fələstin məsələsini” güc yolu ilə həll etməyə çalışarsa, “bütün əlaqəli region və qeyri-regional oyunçular üçün partlayış təhlükəsi yarana bilər”.

ABŞ-nin Yaxın Şərqdə müharibəyə girə biləcəyi ehtimalları da yeni müharibəni aktuallaşdırıb. Beləliklə, Üçüncü Dünya müharibəsi və yaxud nüvə müharibəsinin baş vermə ehtimalları hansısa bir ekspert və beyin mərkəzləri tərəfindən deyil, konkret liderlər tərəfindən səslənir.

Nüvə təhlükəsi artır

Yeri gəlmişkən, Rusiya-Ukrayna müharibəsi fonunda bir sıra dövlətlər ordusunu gücləndirməyə və hərbi texnika sayını artırmağa qərar veriblər. Müxtəlif dövlətlərin hərbi büdcələri də artır. BMT Baş katibi Antonio Quterreşin sözlərinə görə, dünyada toplam 13 min 400 nüvə başlığı var və bu, nüvə müharibəsi ehtimalını artırır. Əlavə edib ki, nüvə silahının tətbiqi riski “soyuq müharibə”dən bəri görünməmiş səviyyəyə çatıb. O bildirib ki, bu təhlükəni azaltmağın yeganə yolu nüvə silahlarını aradan qaldırmaqdır. A.Quterreş dünya ictimaiyyətini bu məsələdə həmrəyliyə çağırıb. Xüsusilə Rusiyanın Ukraynaya qarşı apardığı işğalçı müharibə nüvə toqquşması təhlükəsinin miqyasını nümayiş etdirir. Bu çağırışlara baxmayaraq, nüvə silahına malik dövlətlər nüvə arsenallarını daha da artırır. Oktyabr ayında NATO ölkələrinin nüvə təlimləri keçirilib. Rusiyanın müdafiə naziri Sergey Şoyqu da bəyan edib ki, nüvə müharibəsi ehtimalı getdikcə artır. Onun sözlərinə görə, Qərb Rusiya ilə münaqişəni gərginləşdirmək xətti tutub və bu, nüvə gücləri arasında hərbi toqquşmaya səbəb ola bilər.

Rusiya fərqli müharibə olacağını bəyan edir, ABŞ isə hədələyir

Qərblə Rusiya arasında qızğın toqquşma baş verərsə, tamamilə fərqli bir müharibə olacağını Vladimir Putin də bəyan edib. ABŞ Konqresinin həm Rusiya, həm də Çinlə eyni vaxtda müharibəyə, o cümlədən nüvə qarşıdurması variantını nəzərə almaqla hazırlaşmaq tövsiyəsini şərh edən Rusiya prezidenti “biz sülh istəyirik və əgər onlar Rusiya ilə döyüşmək istəyirlərsə, bu, tamam başqa müharibə olacaq”, - deyə bildirib. Əlavə edib ki, ağlı başında olan heç bir şəxs nüvə gücləri arasında müharibə ehtimalına yol verməməlidir.

Amerikalı müşahidəçilər hesab edirlər ki, NATO ölkələri taktiki nüvə silahının mümkün istifadəsinə hazırlaşmalıdırlar. ABŞ-nin Çinə diqqətinin yönəldiyi vaxtda nüvə müharibəsi baş verə biləcəyi vurğulanır.

NATO ilə gələcək hipotetik müharibə

Pentaqonun keçmiş yüksək rütbəli məmuru Qreqori Uiver hesab edir ki, Ukraynaya müdaxilənin edildiyi ilk günlərdə rus ordusunun zəif irəliləyişləri NATO-da bəzilərini inandırmışdı ki, alyansın üstünlüyü və adi silahlanma sayəsində rus təcavüzünün qarşısını almaq mümkün olacaq. Amma bu, yanlış təsəvvür idi. “NATO rəhbərliyi başa düşməlidir ki, rus qüvvələrinin Ukraynadakı fəaliyyəti Rusiyanın nüvə silahından asılılığını artıra bilər. NATO ilə gələcək hipotetik müharibədə Rusiya çox güman ki, ya qələbəyə nail olmaq, ya da məğlubiyyətin qarşısını almaq üçün münaqişənin əvvəlində nüvə silahından istifadə etmək ehtiyacını hiss edəcək”, - deyə ekspert bildirib.

Beləliklə, Üçüncü Dünya və yaxud nüvə müharibəsi ehtimalı artır. Ən təhlükəlisi odur ki, ABŞ və digər Avropa ölkələri münaqişələrin həlli istiqamətində heç bir addım atmırlar. Əksinə, münaqişə ocaqlarının daha da alovlanmasına şərait yaradırlar. Bu həm Yaxın Şərqdə, həm də Ukrayna-Rusiya münaqişəsində özünü göstərir. Dünyada 100-dən artıq aktiv münaqişə olduğunu nəzərə alsaq, bu ehtimalın reallığa çevrilmə təhlükəsi günbəgün artır.
Bizimlə əlaqə saxlayın

Oxunub: 106
Paylaş:
Digər xəbərlər

idman / manset

4-11-2023, 11:00

Dünya çempionatı: Azərbaycanın minifutbol yığması üçüncü yer uğrunda görüşə çıxacaq

ULUSƏS TV
Son xəbərlər
  • Dünən, 19:59
    «Ребёнок кричит, но никто не слышит» — ужасающие обвинения в церкви замалчиваются
  • Dünən, 16:51
    “Vaşinqton artıq cinayətdən azaddır”
  • Dünən, 16:48
    Bakıda 35° isti olacaq
  • Dünən, 16:45
    Azyaşlını zorla dilənçiliyə sövq edən şəxs həbs edildi
  • Dünən, 16:25
    MİDA kreditinə ilkin razılıq üçün banka gəlməyə ehtiyac qalmadı
  • Dünən, 12:47
    Pakistanda helikopter qəzaya düşdü - 5 ölü
  • Dünən, 12:44
    Döyülən azyaşlının vəziyyəti hələ də ağırdır
  • Dünən, 12:41
    Prezident həmkarlarını təbrik etdi
  • Dünən, 12:39
    Ehtiyatsızlıqdan sirkə içən qadın öldü
  • 31-08-2025, 12:50
    İlham Əliyev həmkarını təbrik etdi
  • 31-08-2025, 12:47
    “Azərbaycanla Ermənistan arasında artıq sülh bərqərar olub” - İlham Əliyev
  • 31-08-2025, 12:45
    Ukraynanın bu vilayətlərinə raket hücumu oldu
  • 31-08-2025, 12:41
    Bu gün Afrika mənşəli xalqların Beynəlxalq Günüdür
  • 31-08-2025, 12:37
    Şəmkirdə “MAZ” aşdı - Ölən və xəsarət alanlar var
  • 31-08-2025, 12:34
    “Qarabağ” “Karvan”a, “Sabah” İmişli”yə qarşı
  • 31-08-2025, 12:32
    Zelenski sülh üçün əsas tələbi açıqladı
  • 31-08-2025, 11:40
    "Zəngəzurdan dəhlizinin açılışı Orta Dəhlizin imkanlarını genişləndirəcək"
  • 31-08-2025, 11:36
    Ərdoğanla Putin də Çindədir
  • 31-08-2025, 11:33
    Şəmkirdə “MAZ” aşdı - Ölən və xəsarət alanlar var
  • 31-08-2025, 11:31
    Bu gün Afrika mənşəli xalqların Beynəlxalq Günüdür
  • 31-08-2025, 11:29
    Ukraynanın bu vilayətlərinə raket hücumu oldu
  • 31-08-2025, 11:26
    “Azərbaycanla Ermənistan arasında artıq sülh bərqərar olub” - İlham Əliyev
  • 31-08-2025, 11:24
    İlham Əliyev həmkarını təbrik etdi
  • 31-08-2025, 11:22
    Biləsuvar gömrüyündə əməliyyat - Şöbə rəisi işdən çıxarıldı
  • 31-08-2025, 11:19
    İlham Əliyevin şərəfinə xüsusi kortej
  • 31-08-2025, 11:17
    Bu istiqamətdən Neftçilər prospektinə çıxış bağlanır
  • 30-08-2025, 20:12
    Prezident Çinə getdi
  • 30-08-2025, 20:08
    Jurnalistdən DİN-ə müraciət: “Biləsuvar sakini Vasif Bağışov məni aldadaraq 4 min manatımı mənimsədi”
  • 30-08-2025, 11:02
    Son bir həftədə yaşıllıqlara 13 min manatdan çox ziyan dəyib
  • 30-08-2025, 10:59
    İcra başçısı buna görə şiddətli töhmət alıbmış...
  • 30-08-2025, 10:56
    Bu maşınları sürmək yolverilməzdir!
  • 30-08-2025, 10:53
    Ukrayna Rusiyanın neft obyektlərinə zərbə endirib
  • 30-08-2025, 10:51
    Bakı-Ağdam qatarında muğam oxudu
  • 30-08-2025, 10:48
    Çimərliklərdə hava necədir?
  • 30-08-2025, 10:46
    Azərbaycana casusluqda ittiham edilən erməni konsulun - Fotosu
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə