• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür

gundem / manset

26-04-2024, 11:30

Bu gün Mir Cəlal Paşayevin doğum günüdür
Bu gün Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasından 116 il keçir.

Oxu.Az xatırladır ki, Mir Cəlal Əli oğlu Paşayev 1908-ci il aprelin 26-da Cənubi Azərbaycanın Ərdəbil vilayətində dünyaya göz açıb. Kiçik yaşlarında atası Gəncəyə köçdüyündən uşaqlığını burada keçirib.

Yazıçı kimi 1928-ci ildə ədəbiyyata gələn Mir Cəlal Paşayev elə həmin ildə də ilk tədqiqat əsərini yazıb. Sözün gücünə güvənib, onun böyüklüyünə baş əyən sənətkarın könüllərə yanğı salmış “Bir gəncin manifesti” əsəri, zəmanənin güzgüsü olan hekayələri klassik bədii nümunələr kimi ədəbiyyat tariximizin səhifələrində müəllifinə əbədiyaşarlıq qazandırıb. Yuxusuz gecələrinin, gərgin zəhmətinin bəhrəsi olan “Füzuli sənətkarlığı”, “XX əsr Azərbaycan ədəbiyyatı”, “Azərbaycanda ədəbi məktəblər (1905-1917)”, “Ədəbiyyatşünaslığın əsasları” adlı fundamental əsərləri ədəbiyyatşünaslıq elminin qızıl nüsxələrindəndir.

Mir Cəlal Paşayev görkəmli nasir kimi Azərbaycan ədəbiyyatı tarixində öz layiqli və şərəfli yerini tutub. Qəti əminliklə deyə bilərik ki, təkcə “Bir gəncin manifesti” əsərinə görə Mir Cəlal klassik sənətkarlar sırasında dayanmaq haqqını qazanıb. Bu əsər çapdan çıxanda onun heç 30 yaşı yox idi. 1928-ci ildə mətbuatda ilk şeirləri (“Dənizin cinayəti”, “Ananın vəsiyyəti”, “Müxbir”) çap olunub. Lakin o, bundan sonra, daha doğrusu, 1930-cu ildən etibarən hekayələr yazıb. O dövrün “Şərq qadını”, “Gənc işçi”, “İnqilab və mədəniyyət”, “Ədəbiyyat qəzeti” kimi nüfuzlu nəşrlərində “Doktor Cinayətov”, “İfşa”, “Mərkəz adamı”, “Naxələf”, “Bostan oğrusu”, “Qüdrət nümayişi”, “İstifadə”, “Dəzgah qızı”, “Heyrət” hekayələrini çap etdirib. 1932-ci ildə “Sağlam yollarda”, 1935-ci ildə “Boy” adlı ilk oçerklər və novellalar kitabları çap olunub. O zaman, 1935-ci ildə “Dirilən adam” romanı ilə Mir Cəlal Paşayev akademik Məmməd Arifin yazdığı kimi “diqqətli bir realist yazıçı olduğunu göstərib.

Yazıçının qələminə altı roman məxsusdur. Onların arasında “Bir gəncin manifesti”, “Dirilən adam”, “Yolumuz harayadır” keçmişdən, “Açıq kitab”, “Yaşıdlarım” və “Yeni şəhər” isə müasir həyatdan bəhs edir.

Mir Cəlal Paşayev 1940-cı ildə “Füzulinin poetik xüsusiyyətləri” əsərinə görə filologiya elmləri namizədi, 1947-ci ildə isə “Azərbaycanda ədəbi məktəblər” əsərinə görə filologiya elmləri doktoru alimlik dərəcələrini alıb.

Görkəmli Azərbaycan yazıçısı, alimi, pedaqoqu Mir Cəlal Paşayevin əsərləri bir çox xarici dillərə tərcümə edilib, onun əsərləri müxtəlif ölkələrin oxucularında sonsuz maraq doğurub.

Oxunub: 99
Paylaş:
Digər xəbərlər

gundem / medeniyyet / ust / manset

22-03-2024, 15:04

Görkəmli yazıçı İsmayıl Şıxlının doğum günüdür

gundem / medeniyyet / manset

24-02-2024, 15:22

Abdulla Şaiqin doğum günüdür

gundem / ust / manset

20-03-2024, 14:07

Bu gün Cəfər Cabbarlının doğum günüdür

ULUSƏS TV
Son xəbərlər
  • 18-10-2026, 10:38
    Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında Memorandum imzalanıb
  • Bu gün, 13:34
    “Bir qadir insanam el nəzərində”
  • Bu gün, 10:44
    Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasından Prezident İlham Əliyevə məktub ünvanlanıb
  • Bu gün, 10:30
    “Rəqəmsal Media Ayı” keçiriləcək
  • Bu gün, 10:22
    ABŞ-də özəl təyyarə yerə çırpıldı, 9 ölü - Anbaan görüntülər
  • Bu gün, 10:18
    “28 May”dakı tunellərdə işlərin gedişi açıqlandı - 70 metri qazılıb
  • Bu gün, 10:14
    Ağdaşın 11 kəndində işıq olmayacaq - Yenilənib
  • Bu gün, 10:09
    “Müəyyən məqamda onlara ağır zərbə vurmalı olacağıq”
  • Bu gün, 10:05
    Bu yollarda tıxac var
  • Bu gün, 10:01
    “Qələbə qaçışı” 2000-dən çox insanı bir araya gətirdi - Fotolar
  • Bu gün, 09:56
    Şəhid atası vəfat etdi
  • Bu gün, 09:51
    Göygöldə bələdiyyə binasında mühasibin meyiti tapıldı
  • Bu gün, 09:47
    “Arsenal” “Liverpul”u məğlub etdi - Haverts tarixə düşdü
  • Dünən, 19:09
    Azərbaycan və Türkiyə qardaşlığının çağdaşlıq və dövlətçilik idealları: Settar Kaya Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb
  • Dünən, 11:52
    İsveçrədə də kütləvi iğtişaşlar baş verib
  • Dünən, 11:39
    “Şamaxı” “Neftçi”ni, “Kəpəz” “İmişli”ni qəbul edir
  • Dünən, 11:35
    Tramp Netanyahu ilə nə danışdı?
  • Dünən, 11:30
    Kəmaləddin Heydərovdan yeni - Təyinatlar
  • Dünən, 11:26
    96 yaşlı milyarder 48 ildir su içmirmiş...
  • Dünən, 11:20
    Bakıda keçmiş ət kombinatında yanğın
  • Dünən, 11:08
    Bolqarıstanda prezident seçkilərinin ikinci turu başladı
  • Dünən, 10:54
    Onlara vaxtından əvvəl növbəti xüsusi rütbə verildi
  • 31-10-2026, 22:01
    Fələstindən Şimali Kipr Türk Respublikasına qarşı vəfasızlıq
  • 31-10-2026, 11:36
    Elşad Kəlbəliyev – sahibkarlıq fəaliyyəti, zəhmətkeşliyi və işgüzar keyfiyyətləri ilə seçilən nümunəvi iş adamı
  • 31-10-2026, 10:55
    İlham Əliyev mükafatlandırma mərasimində
  • 31-10-2026, 10:49
    Direktor bağçada uşağa şiddət göstərdi - Cinayət işi açıldı
  • 31-10-2026, 10:39
    “HALO Trust” - minatəmizləmədə şübhəli fəaliyyətləri ilə tanınan təşkilatdır
  • 31-10-2026, 10:34
    “Azeri Light”ın qiyməti 126 dollara qalxdı
  • 31-10-2026, 10:21
    Seçkilərə günlər qalmış Tramp administrasiyasına ağır zərbə
  • 31-10-2026, 10:16
    Respublika Elmi Konfransının açılışı keçirilib
  • 31-10-2026, 10:12
    Arzuladığı Nobel mükafatı həyat yoldaşına qismət ola bilər
  • 31-10-2026, 10:07
    10 ay əvvəl direktor olmuşdu, indi nazir müavinidir - Dosye
  • 31-10-2026, 10:02
    Onunla şəkil çəkdirmək istəmədilər - Ənənə pozuldu
  • 30-10-2026, 13:41
    Vüqar Əhmədov – enerji sektorunun inkişafına, müasir idarəçilik və xidmət keyfiyyətinə töhfə verən rəhbər
  • 30-10-2026, 13:14
    Vətənpərvər insan Ümid Əsgərov – dövlətinə, xalqına və Vətəninə bağlılığın nümunəsi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə