
Misli Premyer Liqasının X turunda bu gün daha 2 matç keçiriləcək.
“Qafqazinfo” xəbər verir ki, günün ilk oyununda “Neftçi” səfərdə “Şamaxı” ilə üz-üzə gələcək.
Qarşılaşma saat 15:00-da Şamaxı şəhər stadionunda baş tutacaq.
Günün ikinci görüşü isə Gəncə stadionunda təşkil olunacaq. Ev sahibi “Kəpəz” “İmişli”ni sınağa çəkəcək. Matç saat 17:30-da start götürəcək.
Misli Premyer Liqası
I dövrə, X tur
1 noyabr
15:00. “Şamaxı” – “Neftçi”
Hakimlər: Tural Qurbanov, Cəmil Quliyev, Asiman Əzizli, Emin Əliyev.
Şamaxı şəhər stadionu
17:30. “Kəpəz” – “İmişli”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, İslam Məmmədov.
Gəncə şəhər stadionu.