• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Azərbaycanda keçirilən mötəbər tədbirlər ölkəmizə olan inam və etibarın bariz nümunəsidir

gundem / manset

5-06-2024, 20:10

Azərbaycanda keçirilən mötəbər tədbirlər ölkəmizə olan inam və etibarın bariz nümunəsidir
Qlobal tədbirlərə yüksək səviyyədə ev sahibliyi edən paytaxt Bakı son dövrlərdə artıq beynəlxalq işgüzar tədbirlərin təşkil edildiyi mərkəz kimi tanınır. İyunun 4-də paytaxtımız növbəti mötəbər tədbirə ev sahibliyi edib. Bakıda Bakı Ekspo Mərkəzində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və çoxaylı qonaqların iştirakı ilə Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılışıı keçirilib. Tədbirdə 37 ölkədən 300-dək şirkətin iştirakı Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan rolunun, etibarlı tərəfdaş kimi möhkəmlənən mövqeyinin göstəricisidir.
Açılış mərasimində çıxış edən dövlət başçısı İlham Əliyev bir daha bu reallığı diqqətə çatdırdı ki, “bu tədbir ilk dəfə 1994-cü ildə keçirilib və o vaxtdan bəri Azərbaycanın enerji sektoruna birbaşa xarici sərmayənin cəlb edilməsində çox vacib rol oynayıb. Həmin vaxtdan bəri bu tədbirin miqyasının genişləndiyini və artıq Bakı Enerji Həftəsi adlandırıldığını vurğulayan dövlətimizin başçısı bu məqamı da xüsusi qeyd etdi ki, Bakı Enerji Həftəsi enerji siyasətinin bütün seqmentlərini əhatə edir – neft, qaz, emal, ixrac və əlbəttə ki, yaşıl enerji”.
Bu il Bakı Enerji Həftəsi Azərbaycanın iqtisadi müstəqilliyinin təmin edilməsində əhəmiyyətli rol oynayan «Əsrin müqaviləsi»nin imzalanmasının 30 illiyinə təsadüf edir, bu halda sazişin ötən dövrdə ölkəmizə qazandırdığı uğurların təhlili bir zərurət kimi qarşıda dayanır. «Əsrin müqaviləsi» ilə iqtisadi və siyasi müstəqilliyini möhkəmləndirən Azərbaycan öz sərvətlərinə tam sahib olduğunu bütün dünyaya nümayiş etdirdi. «Əsrin müqaviləsi»nin imzalanması ilə qısa müddətdə Azərbaycan böyük investisiyalar məkanına çevrildi. Bu müqavilə Azərbaycana yeni dostlar və tərəfdaşlar qazandırdı. Ölkəmiz etibarlı və arzuolunan tərəfdaş kimi mövqeyini möhkəmləndirdi.
Prezidentin də qeyd etdiyi kimi “Bu, məhz belə başladı və üç il müddətində “Çıraq” platformasından ilk neft hasil olundu. Bu, neft sahəsinin tarixində çox əlamətdar və rekord bir hadisə idi. Müqavilənin imzalanmasından hasilata qədər cəmi üç il vaxt ötdü və sonra Qara dəniz limanlarına gedən iki boru xətti istismara verildi. 1999-cu ildə onların hər ikisi artıq işlək idi. Sonra çox çətin relyef şəraitində və region ölkələrinin və şirkətlərinin güclü əməkdaşlığı ilə uzunluğu 1700 kilometrdən artıq olan Bakıdan Ceyhana gedən əsas neft ixrac boru kəməri ərsəyə gəldi.
Bu, bizim iqtisadiyyatımıza sanki bir nəfəs verdi və bizim iqtisadiyyatımızın necə inkişaf etməsinə nəzər salsanız, onun enerji siyasətimizlə koordinasiyasını görərsiniz. Sonra Azərbaycan özünü artıq etibarlı tərəfdaş kimi sübut etdi və iqtisadiyyatımızın müxtəlif sahələrinə və əlbəttə ki, enerji sektoruna əlavə investisiyalar yatırıldı”.
Bu gün Azərbaycan özünün ənənəvi enerji öhdəliklərinə sadiq qalmaqla, neft hasilatından tədricən qaz istehsalına strateji keçidi uğurla təmin etmək üzrədir. Hazırda Azərbaycan altısı Avropa ölkəsi olmaqla, 8 dövlətə qaz nəql edir. Baxmayaraq ki, müəyyən dairələr Azərbaycanın Avropanın artmaqda olan ehtiyaclarını ödəmək üçün kifayət qədər qaz ehtiyatlarının olmaması barədə ardıcıl şayiələr tirajlayırdı. Lakin Prezident İlham Əliyevin formalaşdırdığı konfiqurasiya həmin əsassız kampaniyalar seriyasına uğurlu cavab oldu. Xüsusən Azərbaycan Prezidentinin zamanında uzaqgörənliklə reallaşdırdığı infrastrukturlar hesabına ölkəmiz bu gün faktiki olaraq Avropa üçün alternativsiz və çox cazibədar enerji təchizatçısı rolunda çıxış etməkdədir. Amma başqa bir reallıq da var ki, Azərbaycan özünün gələcəyini neft-qaz sferasında yox, alternativ enerjidə görür.
Azərbaycan həm qazıntı yanacağı ilə bir çox ölkələrin enerji təhlükəsizliyində rol almaq, həm də qlobal iqlim dəyişiklikləri ilə mübarizədə açar fiqura çevrilməyi bacarıb. Bu məsələdə də Prezident İlham Əliyevin mövqeyi kifayət qədər aydındır - Azərbaycan enerji strategiyası və bu strategiyada yaşıl enerji amilinin yeri və rolunu aydın müəyyən edib.
Dövlətimizin başçısının da vurğuladığı kimi, "bizim kifayət qədər neftimiz, kifayət qədər qazımız var. Biz növbəti 100 il ərzində bərpaolunan enerji resursları olmadan yaşaya bilərik". Lakin Azərbaycan özünün yolunu müəyyən edib, yaşıl enerjiyə keçid sahəsində addımlarla və COP29-a ev sahibliyini üzərinə götürməklə bu işə töhfə verməkdə qətiyyətini ortaya qoyub və bu gün start verilən Bakı enerji həftəsi və bütövlükdə mövcud siyasi kursun konseptual baxışı deməyə əsas verir ki, Azərbaycan hazırda yaşıl enerjiyə keçid prosesinin aktiv fazasındadır və işlər şaxəli, tarazlaşdırılmış şəkildə həyata keçirilir.
Məhz bu amil Azərbaycanın qlobal enerji təhlükəsizliyində bütövlükdə qlobal siyasətdə çəkisini ciddi formada artırır. Təsadüfi deyil ki, məhz bu inkaredilməz amillər qarşısında hətta Azərbaycana qeyri-dost münasibətdə olan dövlətlər belə əks arqument tapmadı və COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərar verildi. Prezident İlham Əliyevin də ifadə etdiyi kimi, bu, beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü
Azərbaycanda keçirilən mötəbər tədbirlər ölkəmizə olan inam və etibarın bariz nümunəsidir

Oxunub: 96
Paylaş:
Digər xəbərlər

gundem / ust / manset

1-10-2023, 12:22

IAF-ın Nazirlər və parlament üzvləri üçün 13-cü toplantısı Bakıda öz işinə başlayıb

gundem / manset

3-02-2023, 12:08

İlham Əliyev Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasında çıxış edib

gundem / siyaset / manset

2-03-2024, 11:19

İlham Əliyev: “Azərbaycanın bərpa olunan enerji layihələri gündəliyi çox iddialıdır”

gundem / siyaset / ust / manset

20-12-2023, 11:55

Enerji siyasətinin prioriteti

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 11:29
    Sabunçu Rayon Polis İdarəsinin rəisi polis polkovniki Cavid Muradov: 8 NOYABR – ZƏFƏR GÜNÜ: AZƏRBAYCAN XALQININ QÜRUR, ŞƏRƏF VƏ QƏHRƏMANLIQ TARİXİ
  • Bu gün, 11:14
    “Robotlar insanlardan daha məhsuldar olacaq”
  • Bu gün, 11:06
    “Şəfa” “Araz-Naxçıvan”a, “Zirə” “Qəbələ”yə qarşı
  • Bu gün, 11:01
    Sürücülərin nəzərinə!
  • Dünən, 17:26
    Sumqayıtda Zəfər Günü münasibətilə genişmiqyaslı ağacəkmə aksiyası keçirilib
  • Dünən, 17:19
    Bu başçılar Polad Həşimovun anasını ziyarət etdilər - Foto
  • Dünən, 15:46
    SİZ CAN VERDİNİZ, VƏTƏN YAŞASIN...
  • Dünən, 14:17
    ZƏFƏR TARİXİNİN MÜƏLLİFİ... ALİ BAŞ KOMANDANIM!
  • Dünən, 14:13
    Şuşa Zəfəri: şanlı Qələbənin rəmzi
  • Dünən, 13:44
    “VƏTƏNİMDİR, VƏTƏNİMDİR, VƏTƏNİM!..”
  • Dünən, 13:16
    HESABI AXIRDA KƏSƏN MİLLƏTƏM!
  • Dünən, 11:10
    ATU-da Zəfər Gününə həsr olunmuş silsilə tədbirlər keçirildi - Fotolar
  • Dünən, 11:04
    Fatmayıda evdə partlayış, 2 nəfər yaralandı
  • Dünən, 10:59
    “Omid” mağazalar şəbəkəsinin rəhbəri həbs edildi
  • Dünən, 10:44
    Məşhur müğənni Güllü Muradovanın həyat yoldaşı həbs edildi – ŞOK SƏBƏB
  • Dünən, 10:36
    Dünyanın ən kiçik avtomobili hərracda satılacaq
  • Dünən, 10:19
    İnterpolla axtarılan şəxs Almaniyada tutulub Azərbaycana gətirildi
  • Dünən, 10:05
    Casusluq riskinə görə BYD-yə məhdudiyyət qoymağa çağırdılar
  • Dünən, 10:00
    İranın qalanını da məhv etməklə hədələdi - “Tezliklə öyrənəcəksiniz”
  • Dünən, 09:56
    Türkiyədə sabiq nazir həbs edildi
  • Dünən, 09:52
    “Ukrayna ilə bağlı böyük razılaşma əldə olunacaq”
  • 5-11-2026, 11:00
    FHN-dən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə - Müraciət
  • 5-11-2026, 10:54
    Anar Rzayevə ağır itki
  • 5-11-2026, 10:45
    Şəhid anası faciəvi şəkildə öldü - Foto
  • 5-11-2026, 10:19
    Beyləqanda Zəfər Günü ərəfəsində ağacəkmə aksiyası keçirildi - Fotolar
  • 5-11-2026, 10:14
    Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verildi
  • 5-11-2026, 10:10
    “EDU Company” yüksək nəticə göstərən abituriyentlərinə 20 min pul mükafatı verdi
  • 5-11-2026, 10:04
    Sağlam qidalanma ilə bağlı - Bilməli olduğunuz vacib məqamlar
  • 5-11-2026, 10:00
    Papa ilə görüşə kapüşonlu sviterdə getdi - Foto
  • 5-11-2026, 09:56
    Faciəyə görə istefa verdi - Həmin qəza səbəbindən işdən çıxan nazirin yerinə gətirildi
  • 5-11-2026, 09:52
    Gündüz yuxunuz gəlirsə - Bu xəbəri mütləq oxuyun!
  • 4-11-2026, 20:51
    Fədakarlığı və şərəfli fəaliyyəti ilə ucalan səhiyyə ulduzu – Lamiyə Mirzəyeva
  • 4-11-2026, 11:06
    Qəbələdə ölkənin ən böyük qastronomiya tədbiri baş tutdu - Qastronomiya Sammiti 2026
  • 4-11-2026, 11:00
    Neftimiz 113 dollara ticarət edilir
  • 4-11-2026, 10:55
    “Abşeron” TM-in qarşısında ağır qəza, piyada öldü
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə