• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

80 saylı Lerik-Astara Seçki Dairəsinin seçiciləri 1 sentyabrda Təyyar Yəhyayev səs verib, bu şəxsin millət vəkili olmasına səbəb olacaqlar

gundem / ust / manset

15-08-2024, 17:04

80 saylı Lerik-Astara Seçki Dairəsinin seçiciləri 1 sentyabrda Təyyar Yəhyayev səs verib, bu şəxsin millət vəkili olmasına səbəb olacaqlar
Məlumdur ki, 28 iyul 2024-cü il tarixdə ölkə rəhbəri İlham Əliyev cənabları, Azərbaycan Respublikası Konstitusiyasının 981‑ci maddəsinin I hissəsini və 109-cu maddəsinin 1-ci bəndini rəhbər tutaraq, VI çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Sərəncam imzaladı. Qeyd edək ki, Sərəncam imzalandığı gündən VI çağırış Azərbaycan Respublikasının Milli Məclisi buraxıldı və Milli Məclisə növbədənkənar seçkilərin - VII çağırış üzvlərinin seçilməsi 01 sentyabr 2024-cü il tarixə təyin olundu. Əslində Milli Məclisə növbəti seçkilər bu ilin noyabr ayında keçirilməli idi. Xatırladaq ki, Milli Məclisə seçkilər mojaritar seçki sistemi əsasında keçiriləcək və bu seçkidə 20-dən çox siyasi partiya öz namizədləri ilə iştirak edəcəklərini öncədən bəyan ediblər. Sevindirici haldır ki, növbədənkənar parlament seçkiləri ölkəmizin bütün ərazisi hüdudlarında keçiriləcək və buna görə biz ilk növbədə otuz illik torpaq həsrətinə son qoyan qəhrəman Ordumuza, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev cənablarına və bu işdə əməyi keçən hər kəsə minnətdar olmalıyıq. Bundan əlavə, torpaqlarımızın geri qaytarılması zamanı həyata keçirilən döyüş əməliyyatlarında iştirak edib, şəhidlik zirvəsinə ucalan hər bir şəhidin ölməz ruhu qarşısında baş əyirik, eyni zamanda bu yolda sağlamlığını itirən qazilərimizə cansağlığı arzulayırıq. Artıq dörd ilə yaxındır ki, itirilmiş torpaqlarımız geri qaytarılıb və biz “məğlub xalq” adını üstümüzdən götürmüşük.
Onu da bildirək ki, növbədənkənar parlament seçkilərinin bu ilin 1 sentyabrında keçirilməsi tam qanunauyğundur və hər il dünyanın bir ölkəsinin ev sahibliyi etdiyi 29-cu "Tərəflərin Konfransı (COP 29)" noyabrın 11-dən 22-dək Bakı şəhərində keçiriləcək. Belə bir səbəbdən də, ən mötəbər tədbirlərindən biri hesab olunan COP 29 ilə bağlı parlament seçkiləri iki ay müddətinə irəli çəkildi və həmin tədbirdə ayrı-ayrı ölkələrdən təxminən 80-100 min nəfərə qədər nümayəndə heyətinin iştirak edəcəyi gözlənilir. Nəzərə alsaq ki, Avropa Oyunları keçirilən zaman ölkəmizdə təqribən 8 min nəfərə yaxın qonaq iştirak etmişdi. Azərbaycanın belə bir mötəbər tədbirə ev sahibliyi etməsi, ümidvarəq ki, ölkəmizə beynəlxalq miqyasda çox böyük dividentlər əldə etməyə imkan verəcək.
Hörmətli seçicilər!
Hər kəsin diqqətinə onu da çatdırmaq istəyirik ki, növbədənkənar parlament seçkilərinin keçiriləcəyi günə cəmi iki həftədən bir qədər çox vaxt qalıb. Belə bir səbəbdən də, hal-hazırda ölkəmizin ictimai-siyasi həyatında yeni bir canlanma, yeni bir mərhələ yaşanmaqdadır. Buna əsas verən başlıca səbəb, məhz seçki prosesi ilə bağlı yaradılmış münbit şəraitin varlığıdır. Diqqət yetirək ki, millət vəkili olmaq istəyən hər kəs, bu gün yaradılmış imkanlardan lazımınca yararlanırlar. Məsələn, 125 seçki dairəsinin hər birində millət vəkili olmaq istəyənlərin bir çoxu indiyə kimi qeydiyyatdan keçmişlər və hal-hazırda namizədliyi qeydə alınmış şəxslər seçki təbliğatı ilə məşğul olurlar. Belə şəxslərdən biri də, 80 saylı Lerik-Astara Seçki Dairəsindən namizədliyi qeydə alınmış Yəhyayev Təyyar Kazım oğludur. Əldə etdiyimiz şifahi məlumatlara görə, bu şəxs namizədliyi qeydə alınmış şəxslər sırasında ən şanslı namizəd hesab olunur.
Xüsusi diqqət yetirmək lazımdır ki, Təyyar Yəhyayev ölkəmizin ictimai-siyasi həyatında fəal vətəndaş mövqeyi ilə tanınan və seçilən, həmçinin xarakterik xüsusiyyətinin bir çox göstəriciləri ilə əksəriyyətə nümunə olan parlaq simalardan biridir. 80 saylı Lerik-Astara Seçki Dairəsindən namizədliyi qeydə alınan bu şəxs, hal-hazırda Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, bu dairənin ərazisində olan seçicilər arasında təbliğat və təşviqat işləri aparmaqla məşğul olur. Yerli sakinlərdən əldə etdiyimiz şifahi məlumatlar, əməkdaşlarımızın ümumi müşahidələri və s. onu göstərir ki, 80 saylı Lerik-Astara Seçki Dairəsində Təyyar Yəhyayev ən şanslı namizəddir. Söz yox ki, bu şəxsin digər namizədlərə nisbətən daha yüksək reytinqə, böyük nüfuza malik olmasına əsas verən səbəblərdən biri də, Təyyar həkimin parlaq keçmişə malik olması ilə bərabər, ötən illər ərzində onun yerli sakinlərə göstərdiyi diqqət və qayğının varlığıdır. Bir sözlə, bunu seçicilərlə keçirilən görüşlərdən, seçicilərin tam əksəriyyətinin indidən Təyyar Yəhyayevə səs verəcəklərini dilə gətirmələrindən və s. müəyyən etmək olur. Bəli, qeyd olunanları əsas tutaraq belə qənaətə gəlmək olar ki, 1 sentyabrda 80 saylı Lerik-Astara Seçki Dairəsi ərazisində yaşayan seçicilər düzgün seçimlərini edib, məhz öz səslərini bu şəxsə verəcəklər.
Bir faktı da qeyd edək ki, deputatlığa namizəd Təyyar Yəhyayev indiyə kimi Astara rayonunun Toradi, Asxanakəran, Motlayataq, Hamuşam kəndlərində seçicilərlə səyyar görüşlərini keçirib və yerli sakinlərin qaldırdıqları hər bir problemə gələcəkdə həssaslıqla yanaşacağını qeyd edib. Diqqəti cəlb edən hal odur ki, bu şəxsin lazımi potensiala malik olması haqda məlumatlı olan, millət vəkili seçiləcəyi təqdirdə hər kəsin probleminə diqqət göstərəcəyini dilə gətirən ehtiyatda olan polkovnik Hikmət Ağayev, fəlsəfə doktoru Firdovsi Şahbazov, digər tanınmış simalar Elçin Feyziyev və Ramil Hüseynov və s. kimi şəxslər, hal-hazırda Təyyar Yəhyayevə lazımi dəstəklərini ifadə edirlər.
Deputatlığa namizəd Təyyar Yəhyayev Lerik rayonunun Piran kəndində də seçicilərlə görüşünü keçirib və o, əvvəlcə rayonunun girişindəki Şəhidlər Kompleksini, Piran kəndindən olan Vətən Müharibəsi şəhidi Vidadi Cabbarovun məzarını ziyarət edir.Əldə etdiyimiz məlumatlara görə, seçicilər bu şəxsi ləyaqətli, dürüst, hər zaman insanların xidmətində durmağı bacaraq şəxs deyə qəbul edirlər. Çünki, Təyyar həkim son 7 (yeddi) ildə şəhidlərə bağlı layihələrin həyata keçirilməsində maddi və mənəvi dəstəyini əsirgəmir. Qeyd edək ki, bu şəxsi yaxından tanıyan hər kəs bilir ki, o, olduqca enerjili, əzmkarlıq nümayiş etdirməyi bacaran, qorxmaz, mətn, sözübütov və s. kimi göstəriciləri özündə cəmləşdirən bir şəxsdir. Bir sözlə, Təyyar Yəhyayev 80 saylı Lerik-Astara Seçki Dairəsinin seçicilərini Milli Məclisdə təmsil edə biləcək ən layiqli şəxs hesab olunur.
Hörmətli seçicilər!
Siz 1 sentyabrda Təyyar Yəhyayevə səs verməklə birbaşa haqqa, ədalətə, dürüstlüyə, bütövlüyə səs vermiş olacaqsınız! Odur ki, həmin gün seçki məntəqələrinə gedin və 80 saylı Lerik-Astara Seçki Dairəsinin ən şanslı namizədi, hansı ki, sizi Milli Məclisdə layiqincə təmsil etməyi bacaracaq Yəhyayev Təyyar Kazım oğluna səs verin! Bəli, Təyyar Yəhyayev sıradan bir şəxs deyil və həmin gün siz bu şəxsə səs verin ki, hər zaman Milli Məclisdə səsiniz eşidilsin!

Kamal Mirzə

Oxunub: 170
Paylaş:
Digər xəbərlər

siyaset / manset

3-07-2024, 12:00

YAP seçkiyə görə toplandı - Yenilənib

gundem / manset

27-06-2024, 13:01

Konstitusiya Məhkəməsi Prezidentin sorğusuna müsbət cavab verdi

gundem / ust / manset

14-08-2024, 16:33

Hörmətli 123 saylı Kəlbəcər seçki Dairəsinin seçiciləri

gundem / ust / manset

9-08-2024, 15:44

Parlament seçkilərinin təşviqat kampaniyası başladı

gundem / manset

29-06-2024, 13:42

Yeni parlamentin "ömrü" 4 il 1 ay ola bilər

ULUSƏS TV
Son xəbərlər
  • Dünən, 12:38
    Venesuelaya 5 milyon avro ayırdılar
  • Dünən, 12:34
    İranın hücumuna görə BMT-yə çağırış etdilər
  • Dünən, 12:31
    Polis motosikleti təhlükəli sürən şəxsi saxladı
  • Dünən, 12:27
    Xəstəliyi ilə bağlı bunları yazdı - “Heç nə kömək etmir...”
  • Dünən, 12:04
    FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirildi
  • Dünən, 12:00
    Ermənistana Azərbaycandan tranzit keçməklə 11 vaqon buğda göndərildi
  • Dünən, 11:42
    Keçmiş daxili işlər nazirinin müavini, polkovnik Natiq Məmmədağa oğlu Talıbov vəfat edib
  • Dünən, 11:33
    DÇ-də 1/16 finalın bütün cütləri bəlli oldu - Siyahı
  • Dünən, 11:25
    Hüquqşünasın gündəliyi: Bir uşağın cavabı
  • 27-06-2026, 13:50
    Prezidentin qızları bulvarda festivalda
  • 27-06-2026, 13:44
    Səhər bu 5 qaydaya əməl edin, gününüz tam dəyişsin
  • 27-06-2026, 13:41
    60 il öz əlində təcrübə aparan alim sübut etdi
  • 27-06-2026, 13:36
    Rəngli yuxuları kişilər, yoxsa qadınlar görür?
  • 27-06-2026, 13:32
    Leandro Andrade də “Qarabağ”dan getdi - Rəsmi
  • 27-06-2026, 13:29
    Binəqədidə yol çökdü, sürücülər çətin vəziyyətə düşdü
  • 27-06-2026, 11:52
    Tapdıq Əlibəyli - 65
  • 27-06-2026, 11:41
    Əmək və Sosial Münasibətlər Akademiyasında məzun günü
  • 27-06-2026, 11:36
    Leyla və Arzu Əliyevalar Dənizkənarı Milli Parkda
  • 27-06-2026, 11:30
    “Təəssüf ki, ürək parçalayan xəbər gəldi, inanmaq istəmədim”
  • 27-06-2026, 11:25
    Nəriman Həsənzadənin vəziyyəti açıqlandı
  • 27-06-2026, 11:16
    Putin miqrantlarla bağlı qanunu imzaladı
  • 26-06-2026, 19:30
    Vətən müharibəsi qəhrəmanı, Xüsusi Təyinatlı Qüvvələrin Baş giziri Zaur Ələkbərov bu gün sizin gününüzdü
  • 26-06-2026, 17:19
    Qalib gəldi ədalət!
  • 26-06-2026, 16:19
    26 İyun – Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü
  • 26-06-2026, 15:53
    Qalib ordunun şanlı salnaməsi
  • 26-06-2026, 15:45
    Səni tanımaq bizə çox xoş oldu, əziz QARDAŞIMIZ!
  • 26-06-2026, 14:59
    Vətənə sədaqətin əbədi ünvanı – İtkin döyüşçü Elşən Zakir oğlu Əsgərovun şərəfli ömür yolu
  • 26-06-2026, 12:55
    Yaponiyada yenidən güclü zəlzələ oldu
  • 26-06-2026, 12:50
    Bakıda II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” Forumu bədii hissə ilə bitdi
  • 26-06-2026, 12:46
    “Azərbaycan Ordusu güclü dövlətçiliyimizin və milli təhlükəsizliyimizin möhkəm təməlidir”
  • 26-06-2026, 12:41
    Şanlı tarixdən Böyük Zəfərə aparan ordu
  • 26-06-2026, 12:34
    Vətən müharibəsi iştirakçısı vəfat etdi
  • 26-06-2026, 12:30
    “Azər Türk Bank”ın şəhid əməkdaşı ordenlə təltif edildi
  • 26-06-2026, 12:27
    “Narkotik asılılığı qarşısı alına və müalicə oluna bilən xəstəlikdir”
  • 26-06-2026, 12:24
    Ordumuz gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə