• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?

gundem / manset

22-12-2024, 12:21

Yeni qayda qüvvədə: Sələmi xatırladan kreditlərə son qoyulur?

Bank olmayan kredit təşkilatları (BOKT) ilə bağlı yeni qaydalar qüvvəyə minib. Bu qaydalara əsasən, BOKT-ların nizamnamə kapitalı tələbi üç dəfədən çox artırılıb. BOKT-ların verdiyi gündəlik kreditlərə dair tələblər də dəyişib. Dəyişikliyə görə, kreditlərin milli valyutada maksimum məbləği 500 manat, qaytarılma müddəti maksimum 45 gün olmaqla nəzərdə tutulub. Kreditlər üzrə gündəlik faiz dərəcəsi isə maksimum 0,3 faiz müəyyənləşdirilib. Başqa sözlə, qeyri-bank təşkilatları əvvəllər kreditlərə gündəlik yüksək faiz hesablaya bilirdilərsə, indi bu məbləğ 0,3 faizlə limitləndirilib.

Rəsmi statistikaya görə, hazırda ölkəmizdə 50-dən çox BOKT mövcuddur. Onların nizamnamə kapitalının həcmi təxminən 230 milyon manat təşkil edir. Cəmi kapital portfeli isə 460 milyon manatdan çoxdur və kredit qoyuluşu 688 milyon manata bərabərdir.
Bəs görəsən, BOKT-larla bağlı dəyişikliklər nəyə hesablanıb? Bu addım bazarın strukturunda nələri dəyişəcək və qeyri-bank təşkilatlarının fəaliyyətinə necə təsir göstərəcək?

"Maliyyə-kredit sisteminə nizam-intizam gələcək"

Sabiq millət vəkili Rüfət Quliyevin sözlərinə görə, yeni qaydalar maliyyə-kredit sistemində nizam-intizamı daha da gücləndirəcək: "Eyni zamanda, yeni qaydalar müəyyən qanuni yol xəritəsidir. Çünki insanlarda bəzən banklara və qeyri-bank təşkilatlarına qarşı nifrət yaranır ki, yüksək faizlə kredit verirlər. Amma bu, bazar iqtisadiyyatının bir alətidir. Onsuz inkişaf mümkün deyil. Limit məsələsinin tətbiq olunması onunla bağlıdır ki, sosial məsələlərdə problemlər yaranmasın. Tənzimləyici qurum çalışır ki, bu sahədə özbaşınalıqlar yığışdırılsın. Artıq həm BOKT-lar, həm də şikayətçi tərəflər bilməlidir ki, bu istiqamətdə konkret hədəflər var. Hər iki tərəfi dövlət nizamlayır”.

Problemli kreditlər azala bilər

İqtisadçı-ekspert Fuad İbrahimov isə deyir ki, maliyyə bazarlarına mütləq nəzarət olunmalıdır: "Bu gün ölkəmizdə kifayət qədər BOKT fəaliyyət göstərir. Onların fəaliyyəti bankların fəaliyyətindən seçilir. Bu təşkilatların daha rahat, eyni zamanda da daha yüksək faiz dərəcələri ilə kredit vermək imkanları var. Bu qəbildən olan fəaliyyət növlərinə mütləq nəzarət olunmalıdır. Çünki iqtisadiyyat genişləndikcə kreditlərə tələbat artır. Bu sektorun tənzimlənməsi ancaq işin sağlamlaşdırılmasına gətirib çıxaracaq”.

Həmsöhbətimiz qeyd edir ki, yeni tələblər istehlakçı hüquqlarının qorunmasına da xidmət edir: "Bu dəyişikliklər Mərkəzi Bankın "2024-2026-cı illərdə maliyyə sektorunun inkişafı Strategiyası”nda müəyyən edilmiş strateji hədəflər çərçivəsində qəbul olunub. Qaydalarda keyfiyyət xarakterli tələblər müəyyən edilib. Qaydalarda ilk dəfə qısamüddətli "gündəlik” kreditlər üzrə anlayış, məbləğ, müddət və gündəlik faiz dərəcəsi üzrə maksimal hədlər, habelə bu cür kreditlər üzrə daha sərt prudensial normativlər müəyyən edilib. Bu, çox önəmli məsələdir. Vətəndaşların mənafelərinin qorunması baxımından xüsusi əhəmiyyətə malikdir. Kreditlərə gündəlik faiz dərəcələri ilə bağlı limit tətbiq olunması həm də problemli kreditlərin qarşısının alınması istiqamətində müsbət nəticələr verə bilər”.

BOKT-ların bazar payı artacaq

İqtisadçı-ekspert Rəşad Həsənov BOKT-larla bağlı qaydaların yeni dövrün tələblərinə uyğunlaşdırıldığı qənaətindədir. Onun fikrincə, bu qaydalar daha sağlam qeyri-bank təşkilatlarının formalaşmasına gətirib çıxaracaq: "Həm maliyyə, həm də risklərlə bağlı şərtlər əhəmiyyətli şəkildə dəyişib. Eyni zamanda, bu istiqamətdə dövlət siyasətinin çərçivələrində dəyişikliklər var. Əslində, qaydaların yenilənməsi xüsusilə də istehlakçı hüquqlarını qoruyan, bu istiqamətdə daha rəqabətli maliyyə institutlarının formalaşması üçün müəyyən çərçivələr yaradıb. Məsələn, nizamnamə kapitalının artırılması daha sağlam maliyyə dayanıqlığını təmin edəcək. Burada əsas məsələ şəffaflığın, hesabatlılığın müəyyən olunmasıdır. Son dövrlərdə tənzimləyici qurumun məqsədi ondan ibarətdir ki, maliyyə bazarlarının bütün seqmentlərində adekvat siyasəti həyata keçirə bilsin və şəffaflığa nəzarəti təmin etsin”.

İqtisadçının proqnozlarına görə, yaxın gələcəkdə BOKT-ları bazarın bir çox seqmentlərində müşahidə edə biləcəyik: "Təxminən 5-10 il ərzində bu qurumlar istehlak bazarı ilə yanaşı, həm biznes kreditləri, həm də güzəştli şərtlərlə kreditlərin təşkil edilməsi mexanizmləri bazarında payını artıracaqlar. Orta və uzunmüddətli gözləntim ondan ibarətdir ki, əgər yeni tənzimləmələr üzərindən növbəti dövrdə effektiv siyasət və həllər təklif olunarsa, bu, daha dayanıqlı, daha geniş bazar payına malik BOKT-ların formalaşmasına səbəb ola bilər”.

"Maliyyə bazarları şaxələnməyib”

Ekspert həmçinin deyir ki, kredit bazarında faizlər tələb və təklif əsasında rəqabətli mühitdə formalaşmalıdır: "Amma bazarda bir də gerçəklər mövcuddur. Gerçəklər ondan ibarətdir ki, Azərbaycanda maliyyə bazarları şaxələnməyib, bu istiqamətdə əlçatanlıq aşağıdır. Bunu həm Dünya Bankının sorğuları, həm də Azərbaycan Statistika Komitəsinin məlumatları təsdiqləyir. Statistika Komitəsinin sorğularına görə, sahibkarlıq subyektlərinin birinci ən ciddi problemi maliyyə əlçatanlığıdır. Belə bir şəraitdə şəffaf olmayan BOKT seqmenti mövcuddur və verdiyi kreditlərdə yüksək faizlərin tətbiqi imkanı genişdir. Çünki BOKT-lara münasibətdə tənzimləyici qurum xüsusi tənzimləmələr tətbiq etmirdi. Digər sahədə krediti qaytarma qabiliyyəti olmayan müştərilər BOKT sahəsinə meyllənə bilirdilər. Necə ki bu kateqoriyada olanlar lombardlara meyllənirdilər, eyni qaydada da BOKT-lara üz tuturdular. Burada da mövcud vəziyyətdən sui-istifadə halları yaranırdı. Faizlərlə bağlı müvafiq həddin gətirilməsi bu istiqamətdə mövcud olan riskləri idarə etmək məqsədi daşıyır”. ("Kaspi" qəzeti)

Oxunub: 37
Paylaş:
Digər xəbərlər

gundem / ust / manset

20-04-2024, 15:19

Azərbaycanda daha bir bank bağlanır - RƏSMİ AÇIQLAMA

gundem / ust / manset

25-07-2024, 21:06

Bu bankın lisenziyası ləğv edildi

iqtisadiyyat / manset

15-07-2024, 11:59

“Bank BTB” 2024-cü ilin ilk yarımilini müsbət nəticələrlə başa vurub

iqtisadiyyat / manset

24-01-2024, 11:33

Azərbaycanda ödəniş və elektron pul təşkilatları kredit verə biləcəklər - QƏRAR

gundem / ust / manset

6-12-2024, 13:14

İpoteka Fonduna ayrılan 100 milyon əmlak bazarına necə təsir edəcək?

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 17:13
    Xocalı qətliamı: Ermənistanın məqsədyönlü soyqırımı siyasətinin tərkib hissəsi
  • Bu gün, 10:37
    Xocalını Unutma Mərhəmət Lələyev yazır
  • Bu gün, 08:42
    Hakimi məhkəmə qarşısına çıxacaq
  • Bu gün, 08:39
    Əsrin sonunadək dünyada ən çox insan bu dinə inanacaq
  • Bu gün, 08:37
    Meksikada 2026-cı il FIFA Dünya Kuboku təxirə salınacaq?
  • Bu gün, 08:35
    13 yaşlı qızını vəzifəyə təyin etdi - Raketlərlə bağlı əmrlər verir
  • Bu gün, 08:32
    “İkinci hissə bizim üçün məyusedici oldu” - “Nyukasl”ın baş məşqçisi
  • Bu gün, 08:28
    Türkiyədə F-16 qəzaya uğradı - Pilot şəhid oldu
  • Bu gün, 08:26
    Trampın İranla bağlı ilk seçimini açıqladı
  • Bu gün, 08:24
    “İngilis komandalarına qarşı oynamaq böyük təcrübə oldu”
  • Bu gün, 08:22
    “Nyukasl” azarkeşləri bizim vurduğumuz qola əl çalırdılar”
  • Bu gün, 08:20
    ÇL-də 1/8 finala yüksələn - 4 komanda
  • Bu gün, 08:17
    Luvr muzeyinin direktoru istefa verdi
  • Dünən, 20:57
    Yüksək akademik nəticələrdən peşəkar müəllimliyə: Leyla Qurbanovanın uğur yolu
  • Dünən, 20:29
    Mehman Qəhrəmanov: Xocalı – Qanlı tarixin sədası
  • Dünən, 19:45
    “Qərbi Azərbaycana Qayıdış Gənclərin Səsi ilə” layihəsi yekunlaşıb
  • Dünən, 10:59
    Cəlilabad Rayon 46 Saylı Yol İstismar İdarəsinin rəisi Xudayar Rəhimov: Xocalı faciəsi – Millətin qanla yazılmış tarixi
  • Dünən, 10:59
    7 saylı Yol İstismar İdarəsinin rəisi Müşfiq İmranov: Xocalı – Ağrı və qürurun simvolu
  • Dünən, 10:59
    10 №-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin direktoru Araz Bəndəliyev “Xocalı – Millətin qanla yazılmış səlnaməsi”
  • Dünən, 08:30
    Şəmşad Ağaya daha bir ağır itki
  • Dünən, 08:27
    Türkiyənin ən varlılarının siyahısı açıqlandı - Biri Bayraktardır
  • Dünən, 08:24
    Meksikada iğtişaşlarda ölənlərin sayı - Açıqlandı
  • Dünən, 08:22
    Depressiyanın dərmanı mətbəximizdə imiş
  • Dünən, 08:19
    “İran üçün çox pis gün olacaq” - Trampdan xəbərdarlıq
  • Dünən, 08:17
    Keçmiş səfir Epşteynlə əlaqələrinə görə saxlanıldı
  • Dünən, 08:15
    Bu ərazilərdə işıq olmayacaq
  • Dünən, 08:13
    “Baxmırsınızsa, o müğənniləri haradan tanıyırsınız?!”
  • Dünən, 08:02
    “Kıvılcım” sevgilisindən ayrıldı
  • Dünən, 07:59
    “Bu mövsüm ən yüksək səviyyəli oyunumuzu “Qarabağ”a qarşı keçirmişik”
  • 23-02-2026, 19:35
    Şərəfli ömür yolu
  • 23-02-2026, 14:03
    Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi-nin IX qrant müsabiqəsinin qalibi: “Dəqiq fikir, səlis nitq – Məktəbli debatçılar” layihəsinə start verildi
  • 23-02-2026, 13:56
    Mənəvi kamillik və xeyirxahlıq ünvanı – Səfər Əlirzayev
  • 23-02-2026, 10:37
    Mərhəmət Lələyev Professor Fərahim Sadıqov ilə görüş
  • 23-02-2026, 08:21
    36 yaşlı kişinin meyiti yol kənarında tapıldı
  • 23-02-2026, 08:19
    Dilan Polat yenidən ana olur
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə