• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu

gundem / sosial / manset

19-09-2026, 11:50

Xəzər rayonunda “Dövlət Suverenliyi Günü” qeyd olundu
Sentyabrın 18-də “Şəhərsalma və Memarlıq İli” çərçivəsində Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Suveren Azərbaycanın şəhərsalma və memarlıq səlnaməsi” adlı tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Şağan Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Milli Məclisin deputatı Soltan Məmmədov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, YAP İdarə Heyətinin üzvü Rauf Əliyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın sektor müdirləri və əməkdaşları, hüquq-mühafizə orqanlarının, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri, şəhid ailələri, qazilər, Polis Akademiyasının kursantları, Aviasiya Akademiyasının tələbələri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, onun əziz xatirəsini ehtiramla yad ediblər.

Tədbir Şağan Mədəniyyət Mərkəzində davam etdirilib. Əvvəlcə Dövlət Himni səsləndirilib, daha sonra Ümummilli Lider Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Ardınca Azərbaycan Respublikasının Dövlət Suverenliyi Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov bildirib ki, 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpası məqsədilə həyata keçirilmiş lokal xarakterli antiterror tədbirləri nəticəsində dövlət suverenliyi tam bərpa olunub.

O qeyd edib ki, Prezident İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Sərəncamı ilə 20 sentyabr Dövlət Suverenliyi Günü elan olunması ölkəmizdə hüquqi dövlət quruculuğu prosesinin daha da inkişaf etdirilməsi və suverenliyin möhkəmləndirilməsi istiqamətində atılan addımların davamı kimi mühüm əhəmiyyət daşıyır.

Rayon rəhbəri vurğulayıb ki, Azərbaycanın dövlət suverenliyi qəhrəman şəhidlərimizin və qazilərimizin əzmi, iradəsi və fədakarlığı sayəsində təmin olunub. O, xalqımızın milli birliyinin, həmrəyliyinin və dövlətçilik ənənələrinin bundan sonra da möhkəmləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Daha sonra çıxış edən Milli Məclisin deputatı Soltan Məmmədov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, YAP İdarə Heyətinin üzvü, sabiq millət vəkili Rauf Əliyev, Xəzər Rayon Məhkəməsinin sədri Abbas Rzayev və Vətən müharibəsi şəhidi Şahgündüz Cabbarovun atası Habil Cabbarov Azərbaycan Respublikasının Dövlət Suverenliyi Gününün xalqımızın milli kimliyini, azadlıq iradəsini və gələcəyə inamını təcəssüm etdirən əlamətdar tarix olduğunu bildiriblər.

Natiqlər qeyd ediblər ki, Azərbaycan xalqı tarix boyu öz azadlığı və milli iradəsi uğrunda mübarizə aparıb, dövlət müstəqilliyinin və suverenliyin möhkəmləndirilməsi istiqamətində mühüm nailiyyətlər əldə edib. Həmçinin vurğulanıb ki, suverenlik uğrunda canından keçən bütün qəhrəman şəhidlərimizin xatirəsi daim uca tutulur.

Tədbir zamanı Vətən Müharibəsi Qəhrəmanı, şəhid Ramiz Qasımovun qızı Gülay Qasımlı bu il orta təhsilini başa vuraraq Qərbi Kaspi Universitetinin Ekologiya mühəndisliyi fakültəsinə qəbul olunması münasibətilə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov tərəfindən diplomla təltif edilib.

Gülay Qasımlı öz növbəsində ona, eləcə də bütün şəhid və qazi övladlarına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını ifadə edib.

Rəsmi hissədən sonra tədbir respublikanın əməkdar artistləri və tanınmış incəsənət nümayəndələrinin iştirakı ilə təqdim olunan geniş konsert proqramı ilə davam edib.










Oxunub: 2
Paylaş:
Digər xəbərlər

gundem / siyaset / manset

14-02-2026, 13:00

YAP Xətai rayon təşkilatının 33-cü ildönümü qeyd olundu

gundem / sosial / manset

19-09-2026, 11:05

Xətaidə “Suveren Azərbaycan – Zəfərdən gələcəyə” adlı tədbir

gundem / sosial

23-06-2026, 13:20

Suraxanıda dövlət qulluqçularının peşə bayramı qeyd edildi

gundem / siyaset / manset

12-09-2026, 11:03

Qəbulda yüksək nəticə göstərən gənclərlə Binəqədidə görüş keçirildi

gundem / siyaset / manset

12-06-2026, 13:12

YAP Nərimanov və SOCAR 15 iyun Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirdi

ULUSƏS TV
Son xəbərlər
  • 18-10-2026, 10:38
    Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında Memorandum imzalanıb
  • Dünən, 10:30
    “Mobile Payment Solutions” MMC qayda pozdu - AMB tədbir gördü
  • Dünən, 10:11
    Arvadını paltaryuyanın səsinə görə döydü - Məhkəməlik oldular
  • Dünən, 10:07
    “Bank Respublika” və “AccessBank” arasında strateji əqd uğurla tamamlanıb
  • Dünən, 10:02
    Yanğınların tüstüsü diplomatik böhran yaratdı
  • Dünən, 09:58
    İranda Hellouin qalmaqalı - Obyektlər bağlandı, saxlanılanlar var - Video
  • Dünən, 09:53
    ABŞ Qeşm adasına zərbə endirdi
  • Dünən, 09:45
    Gündə cəmi 4 saat yuxu ilə necə yaşamaq olar?
  • Dünən, 09:41
    Əhaliyə “nüvə zərbəsi” bildirişləri göndərdilər - Dünyada “qiyamət günü” panikası - Fotolar
  • Dünən, 09:36
    18 yaşlı müştəri kafe sahibini bıçaqladı
  • Dünən, 09:32
    Bu ölkədə analoq telefon dövrü bitir - Xəbərdarlıq edildi
  • 2-11-2026, 13:34
    “Bir qadir insanam el nəzərində”
  • 2-11-2026, 10:44
    Türkiyə Azərbaycan Dərnəkləri Federasiyasından Prezident İlham Əliyevə məktub ünvanlanıb
  • 2-11-2026, 10:30
    “Rəqəmsal Media Ayı” keçiriləcək
  • 2-11-2026, 10:22
    ABŞ-də özəl təyyarə yerə çırpıldı, 9 ölü - Anbaan görüntülər
  • 2-11-2026, 10:18
    “28 May”dakı tunellərdə işlərin gedişi açıqlandı - 70 metri qazılıb
  • 2-11-2026, 10:14
    Ağdaşın 11 kəndində işıq olmayacaq - Yenilənib
  • 2-11-2026, 10:09
    “Müəyyən məqamda onlara ağır zərbə vurmalı olacağıq”
  • 2-11-2026, 10:05
    Bu yollarda tıxac var
  • 2-11-2026, 10:01
    “Qələbə qaçışı” 2000-dən çox insanı bir araya gətirdi - Fotolar
  • 2-11-2026, 09:56
    Şəhid atası vəfat etdi
  • 2-11-2026, 09:51
    Göygöldə bələdiyyə binasında mühasibin meyiti tapıldı
  • 2-11-2026, 09:47
    “Arsenal” “Liverpul”u məğlub etdi - Haverts tarixə düşdü
  • 1-11-2026, 19:09
    Azərbaycan və Türkiyə qardaşlığının çağdaşlıq və dövlətçilik idealları: Settar Kaya Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb
  • 1-11-2026, 11:52
    İsveçrədə də kütləvi iğtişaşlar baş verib
  • 1-11-2026, 11:39
    “Şamaxı” “Neftçi”ni, “Kəpəz” “İmişli”ni qəbul edir
  • 1-11-2026, 11:35
    Tramp Netanyahu ilə nə danışdı?
  • 1-11-2026, 11:30
    Kəmaləddin Heydərovdan yeni - Təyinatlar
  • 1-11-2026, 11:26
    96 yaşlı milyarder 48 ildir su içmirmiş...
  • 1-11-2026, 11:20
    Bakıda keçmiş ət kombinatında yanğın
  • 1-11-2026, 11:08
    Bolqarıstanda prezident seçkilərinin ikinci turu başladı
  • 1-11-2026, 10:54
    Onlara vaxtından əvvəl növbəti xüsusi rütbə verildi
  • 31-10-2026, 22:01
    Fələstindən Şimali Kipr Türk Respublikasına qarşı vəfasızlıq
  • 31-10-2026, 11:36
    Elşad Kəlbəliyev – sahibkarlıq fəaliyyəti, zəhmətkeşliyi və işgüzar keyfiyyətləri ilə seçilən nümunəvi iş adamı
  • 31-10-2026, 10:55
    İlham Əliyev mükafatlandırma mərasimində
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə