• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Yarım milyon əmlakı əhatə edəcək təkliflər

gundem / manset

12-01-2025, 12:31

Yarım milyon əmlakı əhatə edəcək təkliflər

Sənədsiz evlər probleminin həlli ilə bağlı yeni təkliflər var. Hazırda bu istiqamətdə müvafiq qanun layihəsinin hazırlanması prosesi gedir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazovun sözlərinə görə, pandemiya səbəbindən qeyri-qanuni tikililərin inventarlaşdırılması prosesi tam başa çatdırıla bilməyib: "İşçi qrupları qeyri-qanuni tikililərin qanuni çərçivəyə gətirilməsi ilə bağlı işlərini davam etdirir, lakin bu proses tikililərin dəqiq sayını müəyyənləşdirmək məqsədi daşımır. İnventarlaşdırma zamanı toplanmış ilkin məlumatlara əsasən, ölkə üzrə 400 minə yaxın qeyri-qanuni tikilinin olduğu qeyd edilir və hazırda bu rəqəm dəqiqləşdirilir”.

R.Şahbazov əlavə edib ki, mühafizə zonalarına düşən tikililərlə bağlı vəziyyət daha fərqli yanaşma tələb edir: "Yüksək gərginlikli elektrik xətləri, qaz və su boruları, avtomobil yolları kimi ərazilərdə yerləşən tikililər xüsusi mühafizə zonalarına daxil edilir və fərqli normativlərlə tənzimlənir. Hər yaşayış məntəqəsi üçün spesifik şərtlər mövcuddur və bu sahələrdə yerləşən tikililərin hüquqi statusunun müəyyən edilməsi üçün xüsusi standartların təsdiq edilməsi üzərində işlər davam etdirilir. Vahid kadastr sistemi vasitəsilə müvafiq dövlət orqanlarının təqdim etdiyi məlumatlar əsasında hansı tikililərin mühafizə zonalarına düşdüyü müəyyən edilir. Hazırda bu istiqamətdə müvafiq qanun layihəsinin hazırlanması prosesi gedir”.

Yanvarın 1-dən "Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun da qüvvəyə minib. Bu qanunla kənd təsərrüfatı təyinatlı torpaqlarda yalnız kənd təsərrüfatı məqsədli və müvəqqəti yaşayış təyinatlı tikililərin inşasına icazə veriləcək. Eyni zamanda, torpaq sahələrinin kateqoriyalarının dəyişdirilməsi ilə bağlı müraciətlər elektron qaydada "vahid pəncərə" prinsipi əsasında həyata keçiriləcək.
Bəs görəsən, yeni qaydalardan kimlər yararlana biləcək? 400 minə yaxın evin sənədləşdirilməsi prosesini hansı müddətə qədər başa çatdırmaq mümkün olacaq?

"Rieltorlar Assosiasiyası" İctimai Birliyinin sədri Elnur Azadov bildirib ki, qanunsuz tikililərin sənədləşdirilməsi prosesi asan olmayacaq. Çünki bu, kökü dərin olan bir problemdir: "Hazırda belə tikililərin sayı yarım milyondan çoxdur. Vətəndaşların əllərində ayrı-ayrı dövlət qurumları tərəfindən verilmiş sənədlər var. Güman edirəm ki, ilkin sənədləri olan əmlaklar üzərində mülkiyyət hüququnun tanınması çətin olmayacaq. Yaxın vaxtlarda bu istiqamətdə işlərə başlanılacaq və ilkin sənədi olanların mülkiyyət hüququ tanınacaq”.

Ekspertin fikrincə, heç bir sənədi olmayan tikililərin sənədləşdirilməsi məsələsi sual altındadır: "Bu evlərin leqallaşdırılması qəliz məsələdir, zaman aparacaq. Yaxın beş ildə prosesin həlli mümkün görünmür. Çünki həmin tikililər arasında gələcəkdə leqallaşdırılması mümkün olmayan daşınmaz əmlaklar var. Söhbət qırmızı zonada tikilən evlərdən gedir. Yeni qaydalardan həmin əmlak sahibləri yararlana bilməyəcəklər”.

Ekspert vurğulayıb ki, bu qaydalar işğaldan azad olunmuş ərazilərdə quruculuq işlərinin daha da sürətlənməsinə imkan yaradacaq: "Bir neçə müddətdir ki, böyük şəhərlərin baş planları hazırlanır. Eyni zamanda, işğaldan azad olunmuş ərazilərin də baş planları hazırlanır və təsdiq olunur. Bu ərazilərdəki torpaqların çoxu kənd təsərrüfatı təyinatlıdır. Onların dövlət tərəfindən tikinti və şəhərsalma qanunvericiliyinə uyğun olaraq təyinatlarının dəyişdirilməsi məsələsi baş tutmalıdır ki, həmin ərazilərin yaşayış məntəqələrinə çevrilməsinə qanun icazə versin. Yəni, 2025-ci ildən bu istiqamətdə qanunvericiliyin dəyişdirilməsində birinci məqsəd budur. Bunun fonunda ölkənin digər ərazilərində yaşayış məntəqələrinə çevrilmiş kənd təsərrüfatı təyinatlı torpaqların avtomatik olaraq təyinatının dəyişdirilməsi üçün müvafiq qurumlar tərəfindən normativ-hüquqi sənədlərin hazırlanması prosesi gedəcək. Bu, həmçinin sənədsiz evlərin sənədləşdirilməsi istiqamətində atılacaq növbəti addım olacaq”.

Ekspert hesab edir ki, sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı müraciət fərdi qaydada qəbul edilərsə, effekti olmayacaq: "Bununla bağlı xüsusi portalın yaradılması nəzərdə tutulur. Məqsəd prosesi asanlaşdırmaq, vətəndaş məmnuniyyətini artırmaqdır. Amma müraciətlər fərdi qaydada qəbul ediləcəksə, effekt verməyəcək. Məsələn, Bakı şəhərinin ətrafında salınmış qəsəbə tipli Şuşa şəhərciyində təxminən 2000-ə yaxın tikili var. Həmin qəsəbə kənd təsərrüfatı təyinatlı torpaqda salınıb. Vaxtilə bu torpaqlar bələdiyyənin balansında olubsa, sənədləşmə ilə bağlı müraciət də həmin qurum tərəfindən edilməlidir. İlkin olaraq bələdiyyələr tərəfindən bu torpaqların kadastr planları hazırlanmalıdır”.

Daşınmaz əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı isə deyib ki, bu ilin yanvarından qüvvəyə minən yeni qaydalar daha çox kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin təyinatı üzrə istifadəsinin optimallaşdırılması məqsədi daşıyır: "Deyək ki, bir vətəndaşın kənd təsərrüfatı təyinatlı torpaq sahəsi var. Amma məqsədli istifadə növü əkinçilikdir. Yeni qanunla mülkiyyətçi Dövlət Xidmətinə elektron qaydada müraciət edərək tutaq ki, bağçılığı əkinçiliyə, əkinçiliyi bağçılığa dəyişdirəcək. Mülkiyyətçinin beş hektar və daha artıq kənd təsərrüfatı təyinatlı torpaq sahəsi varsa, həmin torpaq sahəsinin bir faizini keçməmək şərtilə yalnız kənd təsərrüfatı məqsədli və müvəqqəti yaşayış təyinatlı tikililərin inşasına icazə veriləcək”.

Onun sözlərinə görə, sənədsiz evlərin sənədləşdirilməsi yalnız yeni hazırlanan qanun layihəsindən sonra mümkün olacaq və müraciətlərin qəbulu elektron qaydada həyata keçiriləcək.

bildirib ki, torpaqların təyinatlarının dəyişdirilərək yaşayış məntəqələri təyinatlı torpaqlara çevrilməsindən sonra onların üzərində tikilən evlərə çıxarışların verilməsi mümkün olacaq: "Bu günə kimi bu istiqamətdə müəyyən addımlar atılsa da, real nəticələr yoxdur. Ümid edirik ki, bu dəfə olacaq. Məsələnin yubanması vətəndaşlarla yanaşı, dövlət üçün də ziyandır. Dövlət bu sahədən əmlak və torpaq vergisindən gəlir götürə, sığorta şirkətləri bu tip əmlakları sığortalaya bilmir...”

Mənbə: "Kaspi" qəzeti

Oxunub: 40
Paylaş:
Digər xəbərlər

gundem / manset

17-12-2024, 16:48

Bu ərazilərdə tikililərin inşasına icazə veriləcək - 2025-ci ildən...

gundem / sosial / manset

17-12-2024, 16:33

Sənədsiz evlər söküləcək? (AÇIQLAMA)

gundem / ust / manset

7-09-2023, 10:50

Qeyri-qanuni erməni silahlılarının Kəlbəcərdə təxribatının qarşısı alınıb

dunya / manset

21-09-2023, 08:23

Meksikada qeyri-qanuni miqrasiya səbəbindən 60 qatarın hərəkəti dayandırılıb

dunya / manset

6-03-2023, 08:16

Böyük Britaniyada qeyri-qanuni miqrasiyaya son qoyulacaq

ULUSƏS TV
Son xəbərlər
  • Bu gün, 20:57
    Yüksək akademik nəticələrdən peşəkar müəllimliyə: Leyla Qurbanovanın uğur yolu
  • Bu gün, 20:29
    Mehman Qəhrəmanov: Xocalı – Qanlı tarixin sədası
  • Bu gün, 19:45
    “Qərbi Azərbaycana Qayıdış Gənclərin Səsi ilə” layihəsi yekunlaşıb
  • Bu gün, 10:59
    Cəlilabad Rayon 46 Saylı Yol İstismar İdarəsinin rəisi Xudayar Rəhimov: Xocalı faciəsi – Millətin qanla yazılmış tarixi
  • Bu gün, 10:59
    7 saylı Yol İstismar İdarəsinin rəisi Müşfiq İmranov: Xocalı – Ağrı və qürurun simvolu
  • Bu gün, 10:59
    10 №-li Xüsusi Təyinatlı Yol İstismarı MMC-nin direktoru Araz Bəndəliyev “Xocalı – Millətin qanla yazılmış səlnaməsi”
  • Bu gün, 08:30
    Şəmşad Ağaya daha bir ağır itki
  • Bu gün, 08:27
    Türkiyənin ən varlılarının siyahısı açıqlandı - Biri Bayraktardır
  • Bu gün, 08:24
    Meksikada iğtişaşlarda ölənlərin sayı - Açıqlandı
  • Bu gün, 08:22
    Depressiyanın dərmanı mətbəximizdə imiş
  • Bu gün, 08:19
    “İran üçün çox pis gün olacaq” - Trampdan xəbərdarlıq
  • Bu gün, 08:17
    Keçmiş səfir Epşteynlə əlaqələrinə görə saxlanıldı
  • Bu gün, 08:15
    Bu ərazilərdə işıq olmayacaq
  • Bu gün, 08:13
    “Baxmırsınızsa, o müğənniləri haradan tanıyırsınız?!”
  • Bu gün, 08:02
    “Kıvılcım” sevgilisindən ayrıldı
  • Bu gün, 07:59
    “Bu mövsüm ən yüksək səviyyəli oyunumuzu “Qarabağ”a qarşı keçirmişik”
  • Dünən, 19:35
    Şərəfli ömür yolu
  • Dünən, 14:03
    Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi-nin IX qrant müsabiqəsinin qalibi: “Dəqiq fikir, səlis nitq – Məktəbli debatçılar” layihəsinə start verildi
  • Dünən, 13:56
    Mənəvi kamillik və xeyirxahlıq ünvanı – Səfər Əlirzayev
  • Dünən, 10:37
    Mərhəmət Lələyev Professor Fərahim Sadıqov ilə görüş
  • Dünən, 08:21
    36 yaşlı kişinin meyiti yol kənarında tapıldı
  • Dünən, 08:19
    Dilan Polat yenidən ana olur
  • Dünən, 08:16
    35 yaşlı qadın dərmandan zəhərləndi
  • Dünən, 08:13
    Bu kəndlərə bir neçə gündür canavarlar hücum edir
  • Dünən, 08:11
    “Sanki biz qol vurduqca, qələbə qazandıqca azarkeşlərimiz daha da azalır”
  • Dünən, 08:09
    Malayziyada güclü zəlzələ oldu
  • Dünən, 08:06
    13 yaşlı yeniyetməni elektrik cərəyanı vurdu
  • Dünən, 08:04
    Həm faydasızdır, həm də ziyanlı
  • Dünən, 08:02
    “Sabah”ı məğlub edib Azərbaycan Kubokunu qazandılar
  • Dünən, 08:00
    Mahir Emreli yaşıl meydanlara geri döndü
  • 22-02-2026, 15:19
    Bir ömrün işığında –jurnalist Mərhəmət Lələyev İmran Əbilov ilə unudulmaz görüş
  • 22-02-2026, 12:34
    Lvovda TERROR AKTI: Ölən və yaralananlar var
  • 22-02-2026, 12:27
    Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib
  • 22-02-2026, 12:25
    Tramp Qrenlandiyada xəstə insanların qayğısına qalmaq qərarına gəlib
  • 22-02-2026, 12:23
    Vəkil Əfqan Məmmədov vəfat etdi
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə