• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video

Giresun, Samsun, indi isə Gümüşhane - Qara dənizdə nə baş verir?

gundem / dunya / manset

10-04-2025, 11:35

Giresun, Samsun, indi isə Gümüşhane - Qara dənizdə nə baş verir?

Bu gün səhər saat 06:09-da episentri Gümüşhane (Türkiyə) vilayətinin Kelkit rayonunda yerləşən 4,2 bal gücündə zəlzələ baş verib. Zəlzələnin dərinliyi 5,09 kilometr olaraq qeydə alınıb.

Qaynarinfo xəbər verir ki, Gümüşhanedə baş verən yeraltı təkanlar ətraf vilayətlərdə və xüsusilə də Ərzincanda da hiss olunub. Qara dəniz bölgəsi ümumiyyətlə aşağı zəlzələ riski ilə tanınır. Lakin buna baxmayaraq, 14 iyulda Giresun sahillərində 3,9, 16 iyulda isə Samsunda 3,4 bal gücündə zəlzələlər qeydə alınmışdı. Bəs insanlar tərəfindən "təhlükəsiz" kimi qəbul edilən Qara dənizdə əslində nə baş verir?

Geologiya Mühəndisləri Palatasının zəlzələ məsləhət şurasının üzvü professor Süleyman Pampal Şimal Anadolu qırılma xəttinin Şimal Anadolu dağlarının yaranmasına səbəb olan qırılma xətti olduğunu və bu xəttin Qara dənizdən keçdiyi yerlərdə də zəlzələlərin baş verə biləcəyini qeyd edib. O, Gümüşhanedə son zamanlarda baş verən zəlzələyə diqqət çəkərək aşağıdakıları bildirib:

"2023-cü ilin dekabr ayında yenə Gümüşhanenin Kelkit rayonunda 4,1 bal gücündə zəlzələ baş vermişdi. İndi isə eyni ərazidə 4,2 bal gücündə yeni bir zəlzələ oldu. Qara dəniz ümumiyyətlə zəlzələ baxımından təhlükəsiz hesab olunur, lakin bu, həqiqəti əks etdirmir. Gümüşhanedə baş verən zəlzələ sürpriz deyil".

Kelkit ətrafının Şimal Anadolu fay zonasına çox yaxın yerləşdiyini bildirən professor Pampal deyib:

"Bu ərazi böyük zəlzələlər yaratmaq potensialına malikdir. Zəlzələnin baş verdiyi yer Ərzincana yaxındır və orada da hiss olunub. Onsuz da Anadoluda baş verən ən önəmli zəlzələlər Ərzincan ətrafında olub. Bu bölgədə təqribən hər 50 ildə bir dəfə 7 baldan yuxarı zəlzələ baş verir. Son min ildə aparılan qeydlərdə bu bölgədə 20-dən çox zəlzələ qeydə alınıb".

Qara dəniz nə üçün düşündüyümüz qədər təhlükəsiz deyil?

Professor Pampal Qara dəniz bölgəsinin niyə təhlükəsiz sayılmaması barədə bunları bildirib:

"Türkiyənin dünya miqyasında əhəmiyyətli qırılma xətti Şimal Anadolu qırılma xəttidir. Bu xətt Yunanıstandan başlayaraq Gökçeada, Bozcaada, Tekirdağ, Ganos xətti, Orta Mərmərə xətti, Mərmərə dənizi, İzmit, Sakarya, Bolu, Ərzincan və Vana qədər uzanır. Təxminən 1500 kilometr uzunluğunda, sağ yönlü və aktiv bir faydır (dextral-transcurrent fault). Bu qırılma tarix boyunca və son dövrlərdə Türkiyədə ən dağıdıcı zəlzələləri yaradıb. Son dövrlərdə 1912-ci ildə Tekirdağda başlayaraq, 1939-cu ildə Ərzincanda davam edib və daha sonra 1942, 1943, 1944, 1957, 1967, 1992 və 1999-cu illərdə 10-a yaxın 7 və üzəri balda zəlzələlər qeydə alınıb. Bu xətt indi İstanbul üçün ciddi təhlükə yaradır".

Bəs Qara dənizlə əlaqəsi nədir? Mütəxəssis bildirib ki, Şimal Anadolu xətti bütün Anadoluya təsir edən bir xəttdir və Qara dəniz bölgəsi bu xəttdən uzaqda deyil. Qara dənizdəki yaşayış məntəqələri KAF-dan 50-100 kilometr məsafədə yerləşir. Bu məsafə zəlzələnin dağıdıcı təsiri baxımından kifayət qədər yaxındır. Yəni bu xəttlə Qaradəniz şəhərləri arasında məsafə azdır və mümkün zəlzələlərdə bu bölgələr də zərər görə bilər.

Qara dənizdən qırılma xətti keçir?

"Çoxlarının düşündüyünün əksinə olaraq, bəli, Qara dənizdən xətt keçir. Batumidən Zonquldaka qədər uzanan litosfer plitələrinin sərhədini təşkil edən bir xətt var. Bu, çox mühüm bir xəttdir. Qara dəniz dənizinin içindən keçən bu xətt Qara dəniz xətti adlandırıla bilər. Sahil boyunca uzanan bu xətt Batumidən başlayaraq Artvin, Rize, Trabzon, Giresun, Ordu, Samsun, Sinop, Bartın və Zonquldak sahillərinə qədər davam edir", deyə Pampal əlavə edib.

O bildirib ki, Qara dənizdə ən yaxın tarixdə - 3 sentyabr 1968-ci ildə Bartın mərkəzli zəlzələ baş vermişdi. Bu, Qara dəniz sahilində cihazlarla qeydə alınmış ən güclü zəlzələdir: "Bu xəttin tarixində başqa böyük zəlzələlər yoxdur. Qara dənizdən keçən bu xəttdə yaxın gələcəkdə böyük bir zəlzələ gözlənilmir. Olmayacaq demək deyil, amma hazırda bu fayda yalnız kiçik zəlzələ hərəkətləri müşahidə olunur. Bu səbəbdən bizi bu faydan çox, KAF narahat edir".

Bolu üçün vacib xəbərdarlıq

Süleyman Pampal Bolu üçün də əhəmiyyətli bir xəbərdarlıq edib: "Bolu şəhərindən keçən və Kaynaşlıdan Geredeyə qədər uzanan qırılmamış bir hissə var. Bu, KAF-ın bir parçası olan və Düzce xətti adlandırılan xəttin davamıdır. Bu hissə Boluda 7 və üzəri balda dağıdıcı bir zəlzələ yaratma potensialına malikdir".

Yedisu fayı aktivdir

KAF ilə DAF-ın kəsişdiyi Karlıova ilə Ərzincan arasındakı Yedisu xəttinin də olduqca aktiv bir quruluşa malik olduğunu deyən Pampal bildirib:

"Yedisu xətti KAF-ın Mərmərədəki qolları ilə birlikdə son yüz ildə zəlzələ yaratmamış sismik boşluqlardan biridir. Bu xətt zonasındakı son zəlzələ 1700-cü illərdə baş verib. Burada yaxın zamanda zəlzələ baş verməsi çox mümkündür".

Aydın

Oxunub: 8
Paylaş:
Digər xəbərlər

dunya / manset

27-02-2023, 09:10

Qırğızıstanda ard-arda güclü zəlzələlər baş verib

sosial / manset

8-09-2024, 11:47

Göygöldə zəlzələ - Ətraf rayonlarda da hiss olundu

dunya / manset

6-01-2023, 08:25

Əfqanıstanda 5,7 bal gücündə zəlzələ baş verib

gundem / manset

24-03-2023, 11:38

İsmayıllıda zəlzələ olub

gundem / bolge / manset

28-02-2025, 10:41

İsmayıllıda zəlzələ oldu

ULUSƏS TV
Son xəbərlər
  • Dünən, 17:14
    Sentyabrın 17-də Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatının XI konfransı keçirilib.
  • Dünən, 17:02
    20 Sentyabr – Neftçilər Gününə böyük ehtiramla
  • Dünən, 14:32
    Bizim Nizami müəllim...
  • Dünən, 10:27
    DTX məlumat yaydı - Video
  • Dünən, 10:22
    Səudiyyə Ərəbistanına 48 ədəd F-35 satacaqlar
  • Dünən, 10:18
    Ər-arvad “USS Abraham Lincoln”da “ölüm həbləri” satırmış - Həbs ediliblər
  • Dünən, 10:14
    Yeniyetməni döyüb başı üstə yerə çırpdılar - Süni tənəffüs aparatına qoşuldu
  • Dünən, 10:11
    Bu ölkədə ABŞ hərbi bazası yaradılacaq
  • Dünən, 10:08
    1700 illik nadir “Odisseya” parçası tapıldı
  • Dünən, 10:04
    Pezeşkianla Əraqçi ABŞ-yə gedəcək
  • Dünən, 09:46
    Dünyada şiddətli yağışlarla bağlı - Xəbərdarlıq
  • Dünən, 09:37
    Nəsimi buranı görsə, hüsnünə heyran olardı... - Video
  • 17-09-2026, 20:05
    “Daş abidə” parkının yerini kim alıb? - Bu tikintiyə kim icazə verib?... - Yenilənib - VİDEO
  • 17-09-2026, 17:29
    “Dəyişən dünyanın dəyişməz insanları” layihəsində...
  • 17-09-2026, 10:17
    “Səyyar Gənclər Xidməti” fəaliyyətini Yardımlıda uğurla davam etdirib
  • 17-09-2026, 10:09
    Ağdaşda kənd təsərrüfatı ilə bağlı tədbir keçirildi - Fotolar
  • 17-09-2026, 10:05
    17 yolda tıxac var - Siyahı
  • 17-09-2026, 10:01
    “ChatGPT”yə oğlunu öldürmək istədiyini yazdı - Həbs edildi
  • 17-09-2026, 09:56
    Lənkərandakı ağır qəzada ölənlərin kimliyi bilindi - Yenilənib
  • 17-09-2026, 09:49
    Kral taxtından imtina edib - Həvəskar qapıçı olmağı seçdi
  • 17-09-2026, 09:45
    “Cəhənnəm sanksiyaları” qəbul edildi
  • 17-09-2026, 09:42
    ABŞ Mahmud Abbasa viza vermədi
  • 17-09-2026, 09:34
    Şahzadə Diana haqqında kitabın ilk nüsxələri nəşrdən əvvəl oğurlandı
  • 17-09-2026, 09:32
    “Faiz dərəcələrini tez bir zamanda endirin” - FED-ə çağırış etdi
  • 17-09-2026, 09:28
    13 saat parlamentin tualetində bağlı qaldı - Xəstəxanalıq oldu
  • 16-09-2026, 20:33
    Prezidentdən Ülvi Quliyevlə bağlı - Sərəncam
  • 16-09-2026, 20:32
    Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurasına Şikayət
  • 16-09-2026, 18:01
    Xuraman Muradova: Bir kişi güclüdürsə, onun ruhunda bir qadın sevdası var
  • 16-09-2026, 16:44
    Diplomatik səfərə qarşı Ermənistanın reaksiyası təəssüf doğurur
  • 16-09-2026, 16:27
    Türk dünyası və İslam həmrəyliyi
  • 16-09-2026, 10:36
    Dövlət Proqramı ilə bağlı Qobustanda görülmüş işlər barədə tədbir keçirildi - Fotolar
  • 16-09-2026, 10:26
    İşdən çıxarılan həkim qardaşına yeni vəzifə verildi
  • 16-09-2026, 10:20
    “Səmərəli müzakirələri yüksək qiymətləndirirəm”
  • 16-09-2026, 10:16
    ABŞ-də neft ehtiyatları gözlənilmədən artdı - Qiymətlər endi
  • 16-09-2026, 10:12
    Süni intellektlər öz aralarında yeni bir dil yaratdı
Daha çox
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
Sosial şəbəkələrimiz:
  • Baş direktor: Şamil Məmmədəlioğlu
  • E-mail: [email protected] | [email protected]
  • Telefon: (+99455) 200-67-99
  • Baş məsləhətçi: Təyyar Yəhyayev
  • Gündəm
  • Siyasət
  • İqtisadiyyat
  • Sosial
  • Mədəniyyət
  • Səhiyyə
  • Təhsil
  • Dünya
  • İdman
  • Bölgə
  • Müsahibə
  • Kriminal
  • Şou
  • Maraqlı
  • Video
Müəllif hüquqları qorunur. Ulusestv.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə